Xuramanın "ala"sı, Şəbnəmin 590 manatlıq dodağı, qardaşına 20 minlik başdaşı düzəltdirən xalq artisti - HƏFTƏBECƏR
Medeniyyet
Oxunub: 563
21 may 2018 | 21:48
Xuramanın "ala"sı, Şəbnəmin 590 manatlıq dodağı, qardaşına 20 minlik başdaşı düzəltdirən xalq artisti - HƏFTƏBECƏR















TopXeber.Az milli.az-a istinadən jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (172-ci say) təqdim edir.

Bilirəm ki, ötən həftə müğənni Xuraman Şuşalıyla "Onda başladıq" verilişində yaşanan insidentdən xəbərdarsınız. Xəbərdar olmayanlar üçün xatırladım ki, proqram ərzində bir neçə dəfə başqa qonaqlara verdiyim suallara etdiyi müdaxilələr, "sizdən müsbət enerji almıram" deməyi və sair bu kimi atmacaları adi qarşılamışdım. Çünki ona elə gəlirdi ki, verdiyim hər sual Xuramana atmacadır. Məsələn, deyildi ki, xınayaxdını yalnız ailəli, uşaqlı insan apara bilər. Mən də bildirdim ki, kiminsə əri vəfat edib, yaxud övladı olmaya bilər. Yəni, dolayısıyla belə fikir səsləndirmək ailəli olmayan qadınlara qarşı ayrı-seçkilikdir. Söhbət, təbii ki, normal qadından gedir. Və bütün bunlardan sonra sual vermişdim ki, insanın ailə qurana qədər etdikləri nəzərə alınırmı? Tutaq ki, bir qadın ailəlidir, lap səkkiz övladı, əri var. Axı bu adamın ərə gedənə qədər çıxdığı hoqqalar da nəzərə alınmalıdır. Söhbəti isə Xuramana aid etməmişdim, sadəcə, ümumi olaraq fikir bildirmişdim. Ancaq verdiyim sualların cavabsız qaldığından gəldiyim qənaət belə oldu ki, bəli, Xuramanın ənənələrə, mentalitetə söykənən məclisi aparmağa ixtiyarı yoxdur. Daha doğrusu, özü hər dəfə suallardan yayınmaqla belə düşünməyimə səbəb oldu. Ardınca baş verənləri isə, yəqin ki, özünüz görmüsünüz. Verilişin əvvəlində ayələrdən, surələrdən danışan qadın proqramın sonuna yaxın studiyada nələr etdi... Və təxminən bir həftədir sosial şəbəkələrdə müzakirə olunan mövzuda məni haqlı bilənlər də var, "Şirinka Jaliçka" adıyla daxil olub təhqir edən gədələr də. İnanın səmimiyyətimə ki, Xuramanın bu qədər qardaşının olduğunu ağlıma da gətirməzdim. Deməli, xeyli pərəstişkarı varmış.

Rəqsanə ayın açıqlamasını verib. Deyib ki, müğənnilərin hərəsini bir biznesmen saxlayır. Axır ki, bu sözü deyən tapıldı. Halal olsun, Rəqsanə. İndi kimsə çıxıb deyəcək ki, sənin özünü də kimsə saxlayıb, yaxud saxlayır. Tamamilə yalandır və mən bu sözə inanmıram. Rəqsanə sənətə gəldiyi gündən öz gücünə, öz səsinə irəliləyib və Moskvaya qədər gedib çıxıb.

Damla film çəkdirir, özü də 300 minə. Filmdə sənətçinin uşaqlığı, yeniyetməliyi öz əksini tapacaq. Tamamilə haqlı və doğru qərardır. Gələcək nəsil sənətkarının gəncliyini, uşaqlığını da görməlidir. İntəhası, görəsən, filmdə hər şey olduğu kimi yer alacaqmı? Yer alsa...

Şəbnəm Tovuzlunun dodaq izi olan fincan 590 manata satılıb. Yəni, kimsə Şəbnəmin fincandakı dodaq izinə görə 590 manat xərcləyib. Bir ailə tanıyıram, iki övladı xəstədir. Müalicəsinə ilkin olaraq iki min manat vəsait lazımdır. Sizi inandırıram ki, həmin adam o ailəyə iki yüz manat verməz.

Bir xalq artisti var. Qardaşı 15 min manatın ucbatından vəfat elədi, amma xalq artisti əlini uzatmadı. İndi həmin qardaşa 20 minlik başdaşı, məqbərə düzəltdirib. Bacısı da ağır xəstədir, ona da baxmır. Yəqin ki, gözləyəcək, bacısı vəfat edəndən sonra onun da qəbrinin üstündə park saldıracaq.

Sonda sizə Xuraman Şuşalının efirdə verdiyi açıqlamanı təqdim edirəm. Görün başdakı hicabla, efirdə "ala, bir dənə meyxana de, bəlkə tutdu" söhbəti nə dərəcədə uyğun gəlir. Ləhcə də əsl Şuşa ləhcəsidir ha. Buyurun, qərar sizindir:

"Yoldaşımın da çox gözəl şeir demək qabiliyyəti var. Hətta meyxana demək qabiliyyəti də var. Hərdən deyirəm ki, "ala" bir dənə meyxana de, bəlkə tutdu. Sən də yaxşı pul qazan da. Özü də tembri gözəldir. Bu yaxınlarda meyxana çempionatı edəcək. Arada nəsə deyir mən cavab verirəm. Deyir ki, "Sağ ol, Xuraman, "davay". Amma meyxana ilə yox şeirlə deyirəm. Məndən gözlənməyən şeylər".
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır