Günün qoroskopu: ehtiyatlı olun
Medeniyyet
Oxunub: 607
25 may 2018 | 09:00
Günün qoroskopu: ehtiyatlı olun














Qoç - ünsiyyət üçün əlverişli olmayan gündür. Əla bələd olduğunuz insanlarla belə, dil tapa bilməyəcəksiniz. Şəxsi münasibətlərlə işgüzar təmasları qarışdırmaq əsla məsləhət deyil. İşlə bağlı qərar qəbul edərkən rəğbət və ya antipatiya hisslərinə əsaslanmayın. Yalnız işgüzar məziyyətləri önəmli bilin.

Günün ikinci yarısında şəxsi münasibətlərdə ciddi problemlər yarana bilər. Sevdiyiniz insanla təmaslarda sərt olmayın, aqressiv davranmayın. Maliyyə məsələlərini dərhal həll etməyə çalışmayın. Alış-verişi ertələmək mümkündürmü? Pullarınızı yelə verməyin. Gələcəyi düşünün.

Buğa - mürəkkəb, qarışıq gündür. Sizi çoxsaylı kiçik problemlər və anlaşılmazlıqlar gözləyir. Kiçik, ilk baxışdan önəmsiz, amma mühüm əşya və ya nəsnə itə bilər. Səfərlərlə bağlı ləngimələr mühüm görüşün təxirə salınmasına səbəb olacaq. Gərgin və emosional diskussiyada təmkinli olun. Qarşı tərəfin əlverişsiz şərtlərlə çıxış etdiyi müzakirələrin kəskin mübahisəyə çevrilməsinə imkan verməyin.

Günün ikinci yarısında maliyyə çətinlikləri yaranacaq. Narahat olmayın, problemlər müvəqqətidir. Şəxsi münasibətlər baxımından əlverişli gündür. Yaxınlarınız sizi dəstəkləyəcək, maneələrin dəf olunmasında sizə yardım edəcəklər.

Əkizlər - neqativ və ya pozitiv emosiyalarınızı gizlətməyə çalışın. Soyuqqanlı olun, hissləriniz simanıza "yazılmasın". Əks təqdirdə yanınızdakı insanlar sizi impulsiv, emosional, çılğın insan kimi tanıyacaqlar. Düşünülməmiş addımlar və tələsik qərarlar yaxşı ideyanızın dəstəkdən məhrum qalmasına, təşəbbüsünüzün yetərincə dəyərləndirilməməsinə səbəb ola bilər.

Günün ikinci yarısında ailə üzvləri və yaxınlarınızla təmaslarda həssas olun. Ailə üzvlərinizdən biri daha müstəqil olmaq istədiyini deyəcək.

Yaşlı qohumların məsləhətlərinə qulaq asın. Belədə bir sıra səhvlərdən qurtula bilərsiniz.

Xərçəng - problemlər vəd edən gündür. Fəqət, bu problemlərin heç biri ciddi deyil. Narahat olmağa dəyməz. Məqsədə aparan yolda qarşınıza çıxan sədlərlə maneələri dəf edin, ruhdan düşməyin. Həyasızcasına davranan və kollektivdə özünü hamıdan ağıllı sayan, qruplaşma yaratmağa çalışan ambisioz, amma dəyərsiz insanın təxribatlarına uymayın. O, özünə yeni iş yeri tapacaq: uduzan siz olacaqsınız.

Günün ikinci yarısında məhsuldar əmək gələcək uğurların təməlini qoyacaq.

Faydalı tanışlıqlar istisna deyil.

Axşam saatlarında aktiv istirahəti seçin. Yaşam potensialının səviyyəsi yüksəkdir. İşlər çox olsa da, yorulmayacaqsınız. Peşəkar fəaliyyətlə bağlı, şəxsi münasibətlər sahəsindəki məsələləri müzakirə etmək olar.

Şir - işgüzar münasibətlər rəvan deyil. İndiyədək müttəfiq hesab etdiyiniz insanlarla ünsiyyətlərdə sərinləşmələr ola bilər. Bir sıra məsələlərlə bağlı mövqelərinizi aşkar söyləyəndə qarşı tərəfi də düşünün. Sərt və aqressiv sözləriniz yaxın ətrafınızdakı insanların xətrinə dəyə bilər.

Bədxahların, sizə pislik etmək istəyən insanların sayını artırmayın.

Günün ikinci yarısında yaradıcılıq potensialının səviyyəsi aşağı düşəcək. Fantaziya, qeyri-standart yanaşma tələb edən işləri yerinə yetirmək çətinləşir. Axşam saatlarına yaxın müsbət təmayüllərin təsiri artacaq. İşlərin qaydaya düşdüyünü hiss edəcəksiniz.

Qız - tələsməyin, vurnuxmaya qapılmayın. Məsuliyyətli, ciddi işlərin günün ilk yarısında görməyin. Səbrli və təmkinli davranın, rəqiblərin nələr etmək istədiklərini əvvəlcədən təxminləməyə çalışın. Belədə böyük uğur və qələbələrə nail ola bilərsiniz. Peşəkar fəaliyyət müstəvisində irəliləyiş, yaşamınızda dəyişikliklər ola bilər.

Günün ikinci yarısında soyuqqanlı davranın.

Maliyyə fonu stabildir. Əhəmiyyətli gəlirlərlə bağlı ehtimallar azdır. Bununla belə, böyük xərclər də olmayacaq. Yaşam potensialının səviyyəsi yüksəkdir. Axşam saatlarında gəzintiyə çıxın.

Fiziki işdə və təmrinlərdə xeyir var.

Tərəzi - uzunmüddətli perspektivə hesablanmış planlar qurmaq olar. Aktiv olun, enejili fəaliyyət göstərin. Mühüm qərarlar qəbul etmək olar. Planlardan bəzilərinin həyata keçirilməsinə dərhal başlaya bilərsiniz. Hüquqi ixtilafların yoluna qoyulması üçün yaxşı zamandır. Ehtiyac yaranarsa, məhkəməyə üz tuta bilərsiniz.

Günün ikinci yarısı yeni biliklər, bacarıqlar, təcrübə və məlumat əldə etmək üçün sərfəlidir.

Yenilikləri, maraqlı məqamları dərhal görməyə can atın. Yaradıcılıq potensialı yüksəkdir. Ən darıxdırıcı sönük məşğuliyyəti maraqlı edə bilərsiniz.

Əqrəb - diqqətli və sərvaxt olun. Sizi öz fırıldaqlarına, manipulyasiyalarına hədəf etmək istəyənlər var. Hiyləgərin felinə uymayın. Öz maraqlarını güdərək sizi tərifləyənə inanmayın. Əməkdaşlıqla bağlı uzunmüddətli anlaşmalar imzalamaq, yeni tərəfdaşlarla anlaşma və ya sövdələşmələri müzakirə etmək üçün münasib gün deyil.

Günün ikinci yarısında təmaslarda diqqətli olun. Çoxları sizin rəğbətinizi qazanmağa çalışır. Sizə əsla uyuşmayan insanla yaxın müansibətlər qursanız, ciddi risklə üzləşəcəksiniz. Maliyyə baxımından əlverişli gündür. Əhəmiyyətli gəlir əldə edə bilərsiniz.

Oxatan - çox əlverişli və yaxşı gündür. İşdə əhəmiyyətli uğurlara nail olmaq, rəqibləri geridə qoymaq, yaxşı gəlir əldə etmək şansları var. İşlə bağlı müzakirə və danışıqlarda gərəkli tonu seçin. Haqlı olduğunuzu opponentlərə sübut edin.

İşlə bağlı aldığınız təklifləri dərhal rədd etməyin. Həmin təkliflər arasında sərfəli və məntiqi olanları var.

Günün ikinci yarısında səhhətinizdə kiçik problemlər yaranacaq. Narahat olmayın, sağlıq durumunuz üçün heç bir təhlükə yoxdur. Emosional fon yaxşıdır. Əhvalınız pis olmayacaq. Yaxınlarınızla təmaslarda səmimi, qayğıkeş olun.

Axşam saatlarında yeni tanışlıq istisna deyil.

Oğlaq - çox uğursuz gündür. Həddən ziyadə diqqətli və ehtiyatlı olun. Sərvaxt davranın, təxribatlara uymayın. Hər addımınızı diqqətlə düşünün. Təmasları məhdudlaşdırın. Yalnız inandığınız, etibar etdiyiniz insanlarla çalışın. Maliyyə məsələləri və daşınmaz əmlakla bağlı qərar vermək üçün münasib zaman deyil.

Günün ikinci yarısında işgüzar aktivliyin səviyyəsi aşağı düşəcək. İşləri başqasına həvalə edərək istirahət etmək fikrinə düşməyin. Çalışın, zəhmətkeş olun. Nəzərdə tutulmamış səfər ola bilər.

Axşam saatlarında xoşagəlməz görüş istisna deyil.

Dolça - məhsuldar gündür. Qətiyyətli, aktiv olun. Təşəbbüslərlə çıxış etsəniz, uğur şansı artır. Fiziki işlər çox olsa da, usanmayın, süstlüyə qapılmayın. Rəqibləri üstələməyə çalışın. Əhəmiyyətli məbləğdə gəlir ola bilər. Maraqlı işgüzar təklif alacaqsınız. Sərfəli anlaşmaya nail olmaq ehtimalı mövcuddur.

Günün ikinci yarısında ailə üzvləri ilə təmaslarda kiçik fikir ayrılıqları yaransa da, münasibətlər səmimi və harmonik qalmalıdır.

Ehtiyatlı olun. Kiçik travma, yanıq və zədə riskləri var.

Balıqlar - səbəbi naməlum narahatlıq, nigaranlıq, təlaş yaşayacaqsınız. Bu hisslər bütün diqqəti işə yönəltməyə mane olur. Hisslərinizin əsiri olsanız, başladığınız işlər yarımçıq qalacaq. Həmkarlarınıza verdiyiniz vədlər, əldə etdiyiniz razılaşmalar yaddan çıxacaq. Hansısa mühüm işi unudacaqsınız.

Yanınızda sizi anlayan və narahat davranmağa qoymayan insan olarsa, pis deyil.

Günün ikinci yarısı yenilənmə, yaşam və fəaliyyət arealında dəyişikliklər üçün əlverişli zamandır. Mebel və interyer əşyaları, məişət texnikası almaq olar.
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası