Azərbaycanın hansı müğənnilərinin biznesi var - SİYAHI
Medeniyyet
Oxunub: 592
25 may 2018 | 12:20
Azərbaycanın hansı müğənnilərinin biznesi var - SİYAHI














Azərbaycanın tanınmış sənətçilərinin, xüsusilə də müğənnilərin biznes fəaliyyəti məşğul olması barədə xəbərlərə tez-tez rast gəlmək mümkündür. Onlardan bəziləri bunu açıq şəkildə hər yerdə etiraf etsələr də, bir hissəsi isə yayılan xəbərlərin həqiqətə uyğun olmadığını söyləyir.

Müğənni İlqar Muradov "Report”a bildirib ki, zaman-zaman "Fayton” restoranının sahibi olması haqqında xəbərlər yayılır: "Artıq bir çoxları bunu həqiqət kimi qəbul ediblər. Lakin mən müğənilikdən başqa, heç bir biznes fəaliyyəti ilə məşğul olmuram. Həmin restoran da dostuma məxsusdur və əvvəllər mahnılarımı orada ifa edirdim. Bəlkə də buna görə "Fayton" restoranın mənə məxsus olduğunu düşünürlər. Mən yalnız Azərbaycan Milli Konservatoriyasında baş müəllim işləyirəm”.

Əməkdar artist Tünzalə Ağayevanın isə biznesi var. Onun produseri Yalçın Cabbarov "Report”a açıqlamasına deyib ki, müğənni "Menar Azərbaycan" Uşaq İnkişaf Mərkəzinin yaradıcısıdır. O, sənətçinin hazırda yeni biznes fəaliyyəti ilə qurmaq niyyətində olduğunu, ancaq sahənin hələlik məlum olmadığını söyləyib.

Əməkdar artist Vasif Məhərrəmli "Report”a oğlunun adına kişi geyimi mağazası olması xəbərlərini inkar edərək yayılan məlumatları yalan adlandırıb.

Əməkdar artist Baloğlan Əşrəfov da "Report”a restoranı olması ilə bağlı xəbəri təkzib edib: "Universiteti bitirib 6 il məktəbdə müəllim işləmişəm və bununla birlikdə müğənni kimi fəaliyyət göstərmişəm. Heç bir biznesim yoxdur. Mənə bir yol göstərən olmayıb ki, vaxt gələr, sənə də əlavə biznes lazım olar. Belə gəlmişəm, belə də gedəcəyəm”.

Müğənni Zamiq Hüseynovun "ZH fashion man” adlı kişi geyim mağazası, eyni zamanda səsyazma studiyası var. Müğənni "Instagram" hesabından adıçəkilən mağazanın fəaliyyətini izlədiyini də görmək mümkündür.

Sevil-Sevinc bacıları da "SS footwear” ayaqqabı mağazasının sahibləridirlər və "Instagram" səhifələrindən də onun fəaliyyətini izləyirlər. Onların həmçinin "SS nails” adlı yeni bizneslərini də yaradacağı xəbərləri yayılıb.

Rəqqasə, aktrisa Oksana Rəsulovanın isə özünə məxsus "OksiMedia production” şirkəti və rəqs məktəbi var.

Emil Bədəlov isə qızının adı ilə bağlı olan "S Group Travel” turizm şirkəti yaradıb.

Rəqqasə Fatimə, müğənnilər Xuraman Şuşalı və Xatirə İslam isə öz bizneslərini xına mərasimlərinin təşkili sahəsində qurublar.

Əməkar artist Röya Ayxan isə bir müddət əvvəl "First Fashion Lab” moda evinin açılışını etdiyini "Instagram" səhifəsindən paylaşmışdı.
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ