23-02-2015, 11:09 Oxunub: 882

Azərbaycan Londonda beynəlxalq kitab sərgisində iştirak edəcək

Azərbaycan Londonda beynəlxalq kitab sərgisində iştirak edəcək


Londonda keçiriləcək beynəlxalq kitab sərgisində Azərbaycan da təmsil olunacaq.


Azerinfo.az AzərTAc-a istinadən bildirib ki, apreldə keçiriləcək sərgidə Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, turizmi haqqında kitab və reklam çap məhsulları, “Hədəf” və “Qələm” nəşriyyatının məhsulları, həmçinin “Bakı-2015” Avropa Oyunları ilə bağlı broşür və bukletlər nümayiş etdiriləcək.

Kitab sərgisi nəşriyyat sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması, Azərbaycanın zəngin mədəniyyətinin və sürətli inkişafının, Qarabağ həqiqətlərinin, birinci Avropa Oyunlarının Bakıda keçirilməsinin və eyni zamanda IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının təbliğ olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Sərgidə 100-ə yaxın ölkədən 400-dən çox nəşriyyatın iştirakı planlaşdırılır.
Prezidentin qızları Londonda sərgidə Prezidentin qızları Londonda sərgidə Medeniyyet Dünyanın tanınmış simaları Dədə Qorqud üçün Bakıya gəlir Dünyanın tanınmış simaları Dədə Qorqud üçün Bakıya gəlir Medeniyyet Leyla Əliyeva Londonda Azərbaycan rəssamlarının sərgisində iştirak edib Leyla Əliyeva Londonda Azərbaycan rəssamlarının sərgisində iştirak edib Medeniyyet Bakı metrosunda mühüm yenilik Bakı metrosunda mühüm yenilik Sosial İlham Əliyevdən müraciət İlham Əliyevdən müraciət Gundem