Ramalın Niyama cavabı gecikmədi: “Hamıya it hürəndə, mənə də çaqqallar ulayar”
Medeniyyet
Oxunub: 590
11 avq 2018 | 20:17
Ramalın Niyama cavabı gecikmədi: “Hamıya it hürəndə, mənə də çaqqallar ulayar”














“Bir el misalı var: “Hamıya it hürəndə, mənə də çaqqallar ulayar”.
Bu sözləri müğənni Ramal İsrafilov ötən gün onu döyməklə hədələyən Niyam Səlami haqda deyib. Həmkarını tənqid edən ifaçı onun haqda sərt fikirlər səsləndirib:
“Mənim insanlığıma, sənətimə, xasiyyətimə qiymət verəcək ən son adam sənsən. Hələ ki, efirdən dərs keçəcək statusda deyilsən. Efir mədəniyyətini də səndən öyrənəcək adam deyiləm. Nəyə ixtiyarım, haqqım çatır, buna sən yox, mən qərar verirəm. Öncə haqqı öyrən, sonra kimin haqlı olduğunu öyrənərsən”.
İfaçı Niyama aşbaz deməklə onu təhqir etmədiyini bildirib:
“Efirdən birinə aşbaz demək təhqir yox, hərəni öz adı və peşəsi ilə çağırmaqdır. Müsahibəmdə dediklərimi təhqir hesab edirsənsə, buyur, ver məhkəməyə, amma efirdən təhdid eləmə. Unutma ki, efirdən deyilən hər bir təhdid cinayət işinin başlanması üçün sübutdur”.
Ramal Niyama mahnı verməsi məsələsinə də toxunub:
“Deyirsən ki, sənə mahnı vermişəm. Bəli, “Sənə haram əllər dəymiş” adlı mahnıdır. Elə o mahnı da sənə haram olsun. Sənə mahnını hədiyyə etmişəm, pulla satmamışam. Mahnı hədiyyə edən bəstəkarmı müğəniyə hörmət etməlidir, yoxsa, hədiyyə alan sənin kimi oxuyançılarmı pulsuz mahnı aldığı bəstəkara? Mədəniyyəti və tərbiyəsi olan kəs, əlbəttə ki, hədiyyə verən bəstəkara dəyər verməlidir. Yoxsa sənin kimi çıxıb efirdə şəklimi yerə tullayıb, səviyyəsiz müsahibəyə yol açacaq ifadələr işlətməzdi. Amma səni də qınamıram. Hər kəs öz səviyyəsinə görə danışa bilir, nə az, nə də çox”.

Səlaminin “Ramal ağzına gələni danışır” sözlərinə isə sənətçi belə reaksiya verib:
“Səndən fərqli olaraq, mən ağzıma gələni yox, ağlıma gələni danışıram. Bunu anlamaq üçün də gərək səndə ağıl ola. Bu gedişlə, çətin ki, dediklərimdən baş açasan. Mövlanənin gözəl sözü var: “Bir cümlə yetər sözdən anlayana, dastan yazsan təsir etməz sözdən anlamayana”. Çox şükür, kiminsə qarşısında üz-üzə gələndə utanılacaq işim yoxdur. Nə işim varsa, səninkindən azdır ki, çox deyil. Hələ ki, sən o adam deyilsən üzünə baxmağa üzüm olmaya. Bəli, səndən fərqli olaraq, mən sadəcə mahnı ifa etmirəm, bəstəkaram, yemək bişirməyi də bilirəm, lazım olanda özüm öz stilistliyimi də edirəm. İndi sənin istedadsız olmağının günahkarı mənəm? Get, buynuzunu başqasının çomağına sürt. Cahil insan davul kimidir, səsi çox çıxır, amma içi boşdur. Boş adamlara deyəcək sözüm bu qədər”.
Prime-Time
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ