Bürclər – 23 Avqust
Medeniyyet
Oxunub: 542
23 avq 2018 | 09:00
Bürclər – 23 Avqust














Qoç – təhlükəsizliyinizə və işinizin səlis yerinə yetirilməsinə fikir verin. Hadisələrin bir qismini nəzarətdə saxlayın. Məntiqli olun, soyuqqanlı və təmkinli davranın.
Emosiyalara uymayın, avantür təkliflərə aldanmayın. Problemlərə reaksiyanı qeyri-emosional səviyyəyə salın. İşin məhsuldarlığı yüksək olacaq. Lakin ifrat dərəcədə çalışmayın.
Səhhətinizlə bağlı problem riski var.
Yardım və ya qayğı təklif olunursa, inadkarlıq etməyin. İşin “zəif həlqə”sini nəzarətdə saxlayın.
Yeni maraqlar üçün yaşam arealında gərəkli məkan yaradın.

Buğa – günün ilk yarısından etibarən bir çox işlərin öhdəsindən gələ bilərsiniz. Tələskənliyə yol verməyin, vurnuxmaların fiqurantına çevrilməyin. İşgüzar əlaqələri intensivləşdirin.
Günün ikinci yarısında işdə rəhbərlik təmaslarda səbrli olun, təmkinli davranın. Dostlarla, dəyərli insanlarla ümumi işləri müzakirə etmək olar.
Mübahisəli məsələləri gündəmə gətirsəniz, qarşı tərəfin mövqelərini də nəzərə alın.
Axşam saatlarında alış-verişə yollanmaq olar.

Əkizlər – məntiqlə davranın, radikal qərarlar qəbul etməyin. Həddən ağır iş görərək özünüzü yormayın. İfrat yorğunluq bir çox xəstəliklərin mənbəyidir.
Rasionunuza fikir verin. İşlə bağlı məsələlərin həllində aktiv olun.
Günün ikinci yarısında rutin işlər təcili çözümünü tələb edir. Sevdiyiniz insanla ciddi söhbəti təxirə salın. Bu gün münasibətləri ayırd etmək üçün əlverişli zaman deyil.
Anlaşılmazlıq və mübahisə riski az deyil.

Xərçəng – yaxın ətrafınıza, yaşam arealınıza diqqət yetirin. Ağıllı və fəndgir davranın, ehtiyatı əldən verməyin.
Qüvvələrinizi bərpa etməyə çalışın. Bunun üçün təmrinləri və ya prosedurları müəyyənləşdirin.
Yeni informasiya alına bilər. Bu xəbər işlərin gedişatında, işgüzar tərəfdaşlarla münasibətlərdə dəyişikliklər yarada bilər.
Başlanmış prosesi dayandırmağa can atmayın, çünki niyyətiniz reallaşmayacaq.
İşdə kiçik, amma önəmli detalı aşkarlayın. O detal və ya ünsür işi tamamlamağa, onu mənalandırmağa imkan verir.

Şir – hisslərinizə uyaraq düşünülməmiş addımlar atmayın. Günün emosional fonu sizdən rasional və praqmat davranış tələb edir. Həddən artıq aktiv olmayın. Zərurət varsa, tempi bir qədər aşağı salın.
Günün ikinci yarısında şəriklər və ya tərəfdaşlarınızdan biri sizə sürpriz edə bilər. Gözlənilməz hadisələrə hazır olun. Situasiyanın ani dəyişkliklərindən faydalanın.
Axşam saatlarında gəzintiyə çıxın.

Qız – ünsiyyətdə qarşılıqlı maraqları ön plana çəkməyin. Kompromisslərə meylli olun. Əhvalınız və səhhətiniz imkan verirsə, daha çətin işlərə başlamaq olar. Fəaliyyətinizdə ciddi, əhəmiyyətli dəyişikliklər olmayacaq. Rutin işləri ənənəvi qaydada yerinə yetirin.
Günün ikinci yarısında ailə üzvlərindən birinin təcili yardıma, dəstəyə ehtiyacı yaranacaq. Ona kömək edin, laqeyd davranmayın.
Sizə dəyər verən insanlarla münasibətləri korlamayın.
Axşam saatlarında internetdə çox vaxt keçirməyin.

Tərəzi – mənəvi və fiziki sağlamlığın vəhdətinə nail olun. Çalışdığınız şəraitin rahat, yeni planların reallaşdırılması üçün əlverişli olmasına can atın. Var qüvvənizlə işləyirsinizsə, nəticənin də məntiqi olmasına can atın.
Günün ikinci yarısında işdə rəhbərliklə danışıqlarınızın təfərrüatlarını həmkarlarınıza danışmayın. Şəxsi məsələlərdə tərəfdaşın qayğılarını və fikirlərini nəzərə alın.
Laqeyd, soyuqqanlı, eqoist olmayın.

Əqrəb – istənilən, hətta ən kiçik işlərdə fayda və mənfəət arayın. Hadisələri tələsdirməyin. Etdiyiniz seçimi dərhal açıqlamayın. Ev işləri və ailə tədbirləri üçün əlverişli zamandır.
Yeni işə və ya fəaliyyət sahəsinə maraq yarana bilər.
Günün ikinci yarısında yeni ideya və fikirlərinizi yaxın ətrafınızdakı insanlarla bölüşə bilərsiniz.
Axşam saatlarında aktiv istirahəti seçin.

Oxatan – günün ilk yarısından səs-küydən, qarmaqarışıqlıqdan uzaq olun. Əhvalınızı poza biləcək insanlardan uzaq durun. Dəyər verdiyiniz insanlarla birgə fəaliyyətə üstünlük verin.
Günün ikinci yarısında xidməti səlahiyyətlərinizi yerinə yetirərkən yaxın perspektivi düşünün.
Axşam saatlarını sevdiyiniz insanla keçirin. Münasibətlərdə harmoniya yaradın.

Oğlaq – günün ilk yarısından etibarən aqressiv olmayın. Dəyər verdiyiniz insanlarla normal davranın. Kollektiv fəaliyyətdə fayda var. Çətin durumlarda təmkinli davranın, emosiyalara qapılmayın.
Günün ikinci yarısında qəliz vəziyyətlərin həlli çox asandır. Küsülülərin barışma şansı var. Köhnə problemləri asanlıqla həll edə bilərsiniz.
Axşam saatlarını ailə üzvlərinə həsr edin.

Dolça – gərgin, ağır və mürəkkəb intellektual fəaliyyət üçün yararlı zamandır. Önəmli qərarlar qəbul edəndə tələskənliyə yol verməyin. Yeni layihəyə başlamaq üçün münasib zaman olsa da, situasiyanı tam dəqiqliklə qiymətləndirin.
Təşvişə düşməyin. Vurnuxmalara aldanmayın.
Günün ikinci yarısında xüsusi diqqət və ehtiyatlı davranış tələb edən məsələlərdə yüz ölçüb, bir biçin. Axşam saatlarında yaxınlarınızla ünsiyyətdə anlaşılmazlıqlar yarana bilər. Ailə üzvlərinə yetərincə vaxt ayırın.
Stressdən mütləq şəkildə qurtulun.

Balıqlar – günün ilk yarısından etibarən yaxın ətrafınızdakı insanlarla və qohumlarınızla münasibətlərdə gərginlik yarana bilər. Yaşlı qohumların, ailə üzvlərinin dediklərini dinləyin. Məsləhətləri qulaqardına vurmayın.
Günün ikinci yarısında problemlərin həllinə yaradıcı yanaşın. Tapşırıq və sifarişləri vaxtında, keyfiyyətlə yerinə yetirin. Cari öhdəlikləri unutmayın.
Axşam saatlarını dostlarınızla keçirin. Səs-küylü məclis əhvalınıza mənfi təsir edəcək.(milli.az)
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi