Fədayə məhz buna görə "Qoca"nı sevmişdi - Rza Rzayev yazır
Medeniyyet
Oxunub: 540
27 avq 2018 | 13:13
Fədayə məhz buna görə "Qoca"nı sevmişdi - Rza Rzayev yazır














Rza Rzayev
O, o baxışı, o "baxmamağı" sevib.

Çoxdandı insanlarımız qurban vermir, ən yaxşı halda ildə bir dəfə qurban kəsirik, onu da öz aramızda qohuma - yaxına paylayırıq. İnanmırıq ki, kimsə qurbanı əsl ünvanına çatdıracaq və yaxud "qurban düşənlərə" çatdıracaq. Sadəcə həmişə yediyimizə bu dəfə Qurban adı qoyub yeyirik. Qurban verməyi tam yadırğamışıq, çünki qurban getməyi mənasız saydıq, sağ qalanlar dəyməz dedilər. Son günlər baş verən hadisə bu məsələni gündəmə gətirdi, iki məhbus qaçıb və yaxud kimsə onların qaçmaqlarına kömək olub. Biri tezcə təslim oldu, çünki əvvəldən məqsədini tam müəyyən etməmişdi, məqsədini qaçmağa qədər hesablamışdı, qaçandan sonra nə edəcəyini bilmirdi. Döyüşdə olduğu səngərdən çıxıb əvvəldən hara girəcəyini hesablamayan əsgər kimi. Çöldə yer tapa bilməyib içəridə yer elədiyi yeri də yenidən itirmiş oldu.

"Qoca" ləqəbli məhbus isə çox şeyi hesablamışdı, məqsədi tək qaçmaq deyilmiş, başqa planları da qurulmuş imiş və ən sonuncunu da hesablamışdı. Onunla kimlərin necə davranacağını da öncədən bilirmiş kimi. İçəridə yeri pis olmayan məhbusu qaçmağa nə vadar edə bilər? Heç demə içəridə ola - ola o, həm də çöldə özünə sevgi qazanmış, hətta çoxlarının çöldə qazana bilmədiyini, yolunda özünü ona qurban verənlər var imiş. Qurban verənlərdən bir də çoxumuzun ekranlardan tanıdığımız müğənni Fədayə imiş. Ağlı yerində olan biri, çöldə olan kişilərin çoxunu yaxından tanıyan və çoxu da təhlükəsiz hesab olunan kişilər. Amma həyatı risk altında olan və risk edib onunla görüşən, onu sevən müğənni. Bu məhbus özünü "çöldəkilərdən" necə fərqli göstərmişdi ki, ən azı bir neçə adam sonunu bilə-bilə bu adama özünü qurban verməyə hazır idi və verdilər. Niyə çöldə özünü bizə qurban verə biləcək adamları yetişdirə bilmirik, amma içəridə belələri var və onları hansısa səbəblərdən həbs etmişik, o səbəblərdən çoxumuz da azadlıqda şellənirik. Adama elə gəlir ki, onların çöldə olması çoxlarına əngəl yaradır.

Bəli, yaradır, bir az sonra buna aydınlıq gətirəcəm. Niyə çöldə belələrinin dəyərini bilmirik, çöldə onlara cəmiyyət üçün daha yararlı ola biləcəkləri imkanları yaratmırıq? Heç cəmiyyət içində olmusunuz? Hər yoldan keçən qadının hamının yanında arxasınca boylanan "kişiləri" görmüsünüz? Heç metroda, sıxlıqda, hamının içində şəraitdən istifadə edib hamının gözünün qarşısında adamın gözünün içinə baxa-baxa "özünü" qadınlara tərəf çəkən kişiləri görmüsünüz? Dayanacaqda avtobus gözləyən qadınlara maşın saxlayan kişiləri heç görməmisiniz?! Görmüsünüz! Bunlara etiraz edən kişiləri heç görmüsünüz? Yoxxx, çünki onların çoxunu müxtəlif səbəblərdən içəri salmışıq, bunları edənlər arxayındılar, bilirlər ki, kimsə nəsə deməyəcək, deyənlər ya içəridə, ya da içəri gedəcək...
Onda içəridə uşaq məhbuslarla "pis" davranan nadzoru qətlə yetirən və bu hərəkətin nəticəsinə görə özünün hansı fiziki, psixoloji təzyiqlərə məruz qalacağını öncədən bilən kişiyə, niyə kişi olmaq istəyənlər rəğbət bəsləməsin? Niyə hər addım başı restoran müdirlərindən, iş üçün münasibətdə olduğu "kişilərdən" hər şeyin əvəzində "qadın "qarşılığı istənən Fədayəni içəridə "qadın" ehtiyacı olan bir kişi özünə bu qədər sevdirə bilib?

Onun içəridə yata-yata Fədayəyə yaşatdığı nədir ki, çöldə siz onu neçə illərdi Fədayə içinizdə ola - ola sizdən qoruyub? Siz çöldə Fədayəyə həmişə hansı gözlə baxmısınız ki, içəridəki, "qatil" ona elə baxmayıb, o, o baxışı, o "baxmamağı" sevib. Və bu baxışa görə qurban getməyini göz önünə alıb, bunu ürəklə edib. Dəyişə bilməyəcəyi nəticənin zövqünü yaşayıb, bilib ki, bir daha çöldə bunu ona yaşadacaq kimsə yoxdu. Kimsə çöldə ona o gözlə baxmayacaq. Bir həftə Azərbaycan güc sturukturlarını ayaq üstə saxlayan, hər yərdə axtarılan, bir neçə dəfə əldən çıxıb qaçan belə oğullarımızı niyə Azərbaycan ordusunun bəzi səbəblərdən gedə bilmədiyi, keçə bilmədiyi sədləri tək başına keçməsi, səsinin Yerevandan gəlməsini, düşmən ordusunu vahiməyə salmasını, düşmənin güc strukturlarını həftələrlə onu axtarmasına imkan tanımayaq? Onsuz da onun üçün təslim olmaq , yuxarı əl qaldırmaq anlayışı yoxdu, sona qədər döyüşmək, ya da ölmək var öz amalı üçün.
Qaçanı niyə öldürək ki, bəlkə Qoca bu qaçmaqla, təhlükə altında, sevgilisi ilə görüşməklə, təhlükə altında meşədə azaldığa əl eləməklə bu günə qədər heç kimin yaşamadığı zövqü yaşadı ki, ölüm onun üçün bu qədər adi gəldi. Heç biz azadlıqda, təhlükəsiz, axtarışda olmaya-olmaya o zövqü yaşamırıq. Öldürmək həmişə var, amma son deyil... Belə ölümlər rəğbət yaradır, yerləri boş qalmır... Yenə kəsdiyimiz qurbanı özümüz yedik, bundan heç kim qazanmadı. Bəlkə biz onu azadlıqdan aldığı zövqə görə öldürdük? Anasının başındakı yaylığın rənginə heç fikir verdiniz ? Azadlığın rənginə !
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb