Nəsibə Zeynalovanın anım günüdür
Medeniyyet
Oxunub: 1 979
10 mar 2015 | 13:53
Nəsibə Zeynalovanın anım günüdür

“Gəlin mənim süpürgəmdir, harda qoysam, orda da durmalıdır…” Artıq şərhə ehtiyac yoxdur. Hər kəs bilir ki, söhbət səhnəmizin kraliçası, sevilən aktrisa, xalq artisti Nəsibə Zeynalovadan gedir. Bu gün onun xatirə günüdür.

Azerinfo.az-ın Publika.az-a istinadən yaydığı məlumata görə, Nəsibə Zeynalova ilə bizi 11 illik zaman kəsiyi ayırır. Amma bu, cismani ayrılıqdır. Sevilən aktrisa ikinci ömrünü bu gün də davam etdirir. Səhnədə və kinoda yaratdığı gözəl obrazları ilə.

Nəsibə Zeynalova həyatını teatra həsr edən sənət fədaisi idi. Aktrisa bunu ölümü ilə də sübut etdi. Məhz Milli Teatr günündə dünyasını dəyişdi. Yadımdadır ki, həmin vaxt Rəşid Behbudov adına Mahnı Teatrında Milli Teatr günü ilə bağlı mükafatlandırılma mərasimi keçirilirdi. Qəfildən xəbər gəldi ki, Nəsibə Zeynalova dünyasını dəyişib. Salonda hər kəs bu itkinin acısına göz yaşı tökdü. Doğrudan da belə bir ölüm də hər adama qismət olmur. Teatrı canı-qanı qədər sevən, ömrünü səhnəyə fəda edən Nəsibə Zeynalova kimi bir aktrisa həyatla belə bir gündə vidalaşa bilərdi.

Hər dəfə dünyasını dəyişən sənət adamları haqqında yazanda yadıma sevilən aktyor Yaşar Nurinin sözləri düşür. Yaşar Nuri deyirdi ki, aktyorlar iki ömür yaşayır: sağlığında yaşadığı ömür, bir də dünyasını dəyişəndən sonra davam edən ömrü. Nəsibə xanım da bu gün ölümündən sonrakı ömrünü yaşayır.

Azərbaycan teatrsevərləri arasında “qayınana” kimi sevilən, milli Musiqili Komediya teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını çiyinlərində daşıyan Nəsibə Zeynalova 1916-cı il aprelin 20-də Bakıda doğulub. Atası Kərbəlayı Cahangir tanınmış tacir və eyni zamanda aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub. Elə atasının ilk və yeganə övladına arzusu da bu olub ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkləşdiyini görmək ataya nəsib olmayıb.

Nəsibə xanımın yaratdığı Cənnət xala, Nargilə, Züleyxa rolları yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur.

Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda çıxış edən Nəsibə Zeynalovanın kinomuzda Fatmanisə (“Ögey ana”), Telli (“Böyük dayaq”), Züleyxa (“Ulduz”), Cənnət xala (“Qaynana”), Gülsüm (“Molla Fətəlinin sərgüzəşti”), Əsli xala (“Bəyin oğurlanması”) rolları daha canlı və daha şöhrətlidir.

... Bu gün onu yad edirik, oynadığı rolları və aforizmə çevrilən sözləri ilə. İstər-istəməz dodağımıza təbəssüm qonur. Nəsibə xanım hələ bizi çox güldürəcək, həm də düşündürəcək.
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub
Dünən, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Dünən, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Dünən, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Dünən, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Dünən, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Dünən, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Dünən, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Dünən, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
22-04-2024, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
22-04-2024, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
22-04-2024, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
22-04-2024, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
22-04-2024, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO