"Qadın pasientim özünü 12-ci imam adlandırırdı"
Medeniyyet
Oxunub: 512
22 sen 2018 | 19:46
"Qadın pasientim özünü 12-ci imam adlandırırdı"















Şizofreniyalı xəstələr deyəndə insanların ağlına qeyri-adi hadisələr törədən şəxslər gəlir. Belə insanlar həm özlərinə, həm də ətrafdakılara zərər vura biləcək qədər təhlükəli olurlar. Amma çoxumuz bu xəstəliyin nədən yarandığını, hansı fəsadlarının olacağını bilmirik.

Psixoloq, psixoterapevt və seks terapevti Təhmasib Cavadzadə Sputnik Azərbaycan-a müsahibəsində bu barədə ətraflı danışıb. Mütəxəssis, həmçinin çalışdığı müddətdə qarşılaşdığı şizofreniyalı xəstələr barədə məlumatlar verib.

- Doktor, şizofreniyalı xəstələrlə işləmək çətin deyil?

— Əlbəttə ki, çətindir. Mən xəstəxanada işə başlayanda iki həftə durmadan başım ağrıyıb. Daha sonra bu vəziyyətə uyğunlaşdım. Tələbələrim işlədiyim müəssisəyə gələndə oranın aurasını görüb, mənim o vəziyyətdə necə işlədiyimi soruşurlar. Cavab verirəm ki, bu, mənim işimdir və artıq adi qarşılayıram.

- Şizofreniya nədən yarana bilər?

— Müəyyən xəstəliklər var ki, onlara hamı şizofreniyalı kimi baxır. Bu, belə deyil. Nevroz və psixoz xəstəliklər var. Nevroz öz-özünə və ya müalicə ilə sağalan xəstəlikdir. Nevrozun daxilində onlarla xəstəlik yatır və onlar müalicə olunur. Buna fobia, panikatak və digərlərini misal göstərmək olar. Bu xəstəliklər hər bir insanın başına gələ bilər. Psixoz isə daha ciddi və təhlükəli xəstəlikdir, adətən irsi keçir. Bunlardan ən geniş yayılmışı şizofreniyadır. Belə xəstələr həm özləri, həm də ətraf üçün təhlükəlidir. Xəstəlik ən çox yaz və payız aylarında şiddətlənir. Təəssüflər olsun ki, şizofreniya xəstəliyini tam müalicə etmək mümkün deyil. Sadəcə dərmanlarla qismən yüngülləşdirmək olur.

- Belə xəstələri ev şəraitində müalicə etmək mümkündürmü?

— Şizofreniyalı xəstələr qrafiklə dərman içdikləri üçün xəstəxanada saxlanılırlar. Düzdür, belə insanlar ev şəraitində müalicə almaq istəyirlər, həmçinin dərman qəbul etməkdən imtina edirlər. Çünki belə pasientlər xəstə olduqlarını qəbul etmək istəmirlər, evdə dərman içmirlər. Bu da xəstəliyi dərinləşdirir, nəticədə həmin xəstə ya ətrafında olanlara, ya da özünə xəsarət yetirir. Xüsusilə şəxsiyyət pozuntuları olan xəstələrdə bu hala tez-tez rast gəlinir.

- Şəxsiyyət pozğunluğu deyəndə nə nəzərdə tutulur?

— Belə insanlar özlərində olan problemi görmürlər. Elə bilirlər ki, hər kəs xəstədir, təkcə onlar sağlamdırlar.

- Şizofreniya xəstəliyi hansı hallarda irsi olur?

— Bu xəstəlik anada, atada və ən yaxın qohumlarda varsa, övladlarında da ola bilər. Bibi, əmi, dayı, xaladan da keçmə ehtimalı böyükdür. Ən ağır forması isə iki şizofreniya xəstəsinin nikahından dünyaya gələn uşaqda olur. Həmin insanların valideynlərindən "övladınızın xəstə olduğunu bildiyiniz halda, niyə evləndirirdiniz?" — deyə soruşanda, cavab verirlər ki, "nəvə görmək istəyirdik". Anlamırlar ki, belə xəstə nəvə həm onlar üçün mənəvi əzabdır, həm də cəmiyyət üçün təhlükəlidir. İki şizofreniyalı xəstəni evləndirmək qəti qadağandır. Belə xəstələrə, ümumiyyətlə ailə qurmaq olmaz. Onların nikahından doğulan uşaqlarda bəzən əqli gerilik də olur. Belə uşaqların gələcəyi də olmur.


- Belə anladım ki, şizofreniyanın da növləri var…

— Bəli. Şizofreniyanın sadə, qarışıq, paranoid və digər növləri var. Onlar içində ən ağırı paranoiddir. Belə ki, paranoid xəstələr istənilən şəxsdən şübhələnə bilirlər və həmin şəxslərə xəsarət belə, yetirirlər. Məsələn, mən İranda təhsil alan zaman belə bir xəstə ilə qarşılaşmışam. Kişi gecə vaxtı yatan yoldaşının və uşaqlarının başını kəsmişdi. Özü polisə gələrək törətdiyi əməli etiraf etmişdi. O, iddia edirdi ki, "yoldaşım mənə xəyanət edir, uşaqlar məndən deyil, ona görə onları öldürdüm".

- Paranoidlər digərlərindən nəylə fərqlənir?

— Belə xəstələr normal insanlardan fərqlənmirlər. Sadəcə onlar istənilən şəxslərdən şübhələnə bilirlər. Bu cür xəstələrin qulaqlarına səs gəlir. Onlar iddia edirlər ki, kimlərsə onunla danışır və əmr edirlər. Hətta beyinlərində uydurduqlarını gözlə görə bilirlər.

- Cin, şeytan görürlər?

— Elm cin və şeytanı təkzib edir. Belə bir sübut yoxdur. Xəstələr, sadəcə öz uydurduqları birini görürlər. Belə xəstələr normal insan kimi görmürlər. Onlara hər şeyi tüstü-duman içində görünür. Amma səsi aydın eşidirlər. Onlar, hətta heyvan və ağaclarla da danışırlar. Bizim pasientimiz vardı, paranoid şizofreniyalı idi. Deyirdi ki, "mənim atam insanlara vaxtı keçmiş dərmanlar vurur". Ondan soruşurdum ki, həmin dərmanların istifadə müddətinə baxmısız? Deyirdi "yox". Amma əmin idi ki, atası insanlara zəhərli dərman vurur. Hətta, evlərinə gələn xəstələri qovurdu, onlara "qaçın, canınızı qurtarın" deyirdi.

- Bəzən uşaq dünyaya gətirən qadınlarda da belə hallar müşahidə olunur.

— Bəli, qadın uşaq dünyaya gətirəndən sonra orqanizmində dəyişikliklər gedir. Belə qadınları bir neçə ay tək qoymaq olmaz. Çünki həmin qadınların bu dönəmdə şizofreniya xəstəliyinə tutulma şansları çoxdur. Hətta bəzi insanlarda belə hallar baş verəndə yaxınları fikir vermir və nəticə faciə ilə bitir. Təhsil aldığım zaman bir qohumumuz intihar etmişdi. Yaxınlarından soruşanda dedilər ki, "son vaxtlar özündə olmayıb, səbəbsiz yerə qonşuları söyüb, evdə dava edirmiş, öz-özünə daışırmış". Ailəsi də bilməyib ki, o, paranoid şizofrenik olub və intihar edib.

- Adətən yaşlı insanlarda da belə hallar baş verir. Onlar müxtəlif heyvanlar görürlər, rəhmətə getmiş qohumları ilə danışırlar, qulaqlarına səslər gəlir. İnsan yaşlaşdıqca da şizofreniya xəstəliyinə tutulur?

— Xeyir. Bu, qocalıq psixozudur. Yaşlı insanlarda belə hallar tez-tez görünür.

- Şizofreniklər özləri barədə nələrsə iddia edirlər. Belə xəstələriniz olur?

— Klinikada birinci xəstəm özünü 12-ci imam adlandırırdı. Özü də qadın idi. İsrarla deyirdi ki, "mən 12-ci imamam". Belə hallar tez-tez baş verir. Axı bizim qəbul elədiyimiz dini inancla və adət-ənənə ilə bu xəstənin etdiyi iddia düz gəlmir. Bəzi kişi xəstələr də olur ki, qadın olacaqlarını iddia edirlər. Halbuki elə deyil.
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...