Ali təhsili olmayan azərbaycanlı müğənnilər: Aygün, Röya, Eyyub…
Medeniyyet
Oxunub: 603
4 okt 2018 | 09:45
Ali təhsili olmayan azərbaycanlı müğənnilər: Aygün, Röya, Eyyub…














Son dövrlər bəzi gənclərimiz özünü daha çox şou əhlinə oxşatmağa çalışır. Geyimində, davranışlarında onların hərəkətlərini yamsılayan kifayət qədər insanlar olsa da, bir çoxları hələ də bilmir ki, bir çox məşhur müğənnilərimizin elementar ali təhsilləri belə yoxdur.

AZXEBER.COM ali təhsili olmayan müğənnilərlə bağlı araşdırma aparıb.

Araşdırma zamanı məlum olub ki:

Aygün Kazımova orta məktəbin VIII sinfindən Bakı Mədəni Maarif texnikumuna qəbul olunub (o zamankı qanuna görə, VIII sinifi bitirən şagirdlər texnikuma sənəd verə bilirdilər). Sonradan texnikum təhsilini yarımçıq qoyub və ailə həyatı qurub. Bu səbəbdən Aygün orta məktəbi də tam bitirə bilməyib.

Xumar Qədimova da ali təhsili olmayan müğənnilərdəndir. Orta məktəbi bitirdikdən sonra ifaçılıqla məşğul olan müğənni deyilənə görə, heç zaman ali məktəbə sənəd verməyib.

Tünzalə Ağayeva Üzeyir Hacıbəyov adına Dövlət Musiqi Akademiyasında bəstəkarlıq dərsləri alsa da, heç bir ali məktəbi bitirməyib. Yəni ali təhsili yoxdur.

Mətanət İsgəndərova orta məktəbi bitirdikdən sonra Əfsər Cavanşirovun rəhbərlik etdiyi “Bənövşə” xorunda oxuyub. Ali təhsili olmayan müğənni peşəkar fəaliyyətə 25 yaşında qədəm qoyub.

Röya Ayxan BDU-nun Hüquq fakültəsinə daxil olsa da, sonradan təhsilini yarımçıq qoyub. Müğənni kimi fəaliyyətə başladıqdan sonra əsas diqqətini bu sahəyə yönəldən Röya sonradan ali təhsil almayıb.

Damla (Məsumə Məmmədova) orta məktəbi bitirdikdən sonra universitetə imtahan versə də, qəbul ola bilməyib. Bundan sonra səhnəyə çıxan Damla qısa müddətə populyarlıq qazanıb.

İradə İbrahimova da ali təhsili olmayan müğənnilərdəndir. Hazırda Türkiyədə yaşayan müğənni bir zamanlar çox məşhur olub.

Mətanət Əsədova üçüncü sinifdən ifaçılığa başlasa da, heç bir universitetdə təhsil almayıb. İlk dəfə “Kəsmə şikəstə” oxuyub.

Şəbnəm Tovuzlu da orta məktəbi bitirməklə kifayətlənən müğənnilərdəndir. O, heç bir ali təhsil müəssisəsində təhsil almayıb.

Türkan Vəlizadə son dövrlər populyar olsa da, ali təhsili yoxdur. Yenicə müğənniliyə başlasa da, kifayət qədər məşhurluq qazana bilib.

Nadir Qafarzadə 10 yaşından müğənniliklə məşğul olsa da, heç bir universiteti bitirməyib.

Bilal Əliyev Musiqi Texnikumunun “Xanəndə” fakültəsini bitirən ifaçı orta ixtisas təhsili ilə kifayətlənməli olub.

Eyyub Yaqubov orta ixtisas təhsilli olsa da, ali təhsil almayıb. Xalq artisti Musiqi Texnikumunu bitirib və bundan sonra ali təhsil almayıb.

Zamiq Hüseynov da orta ixtisas təhsilli müğənnilərdəndir. O, Musiqi Texnikumu bitirib və bundan sonra peşəkar fəaliyyətə başlayıb.

Namiq Qaraçuxurlu, Pərviz Bülbülə, Üzeyir Mehdizadə, Elşad Xose və digərlərinin də ali təhsili yoxdur.
Qeyd edək ki, məlumatlar ifaçıların wikipedia səhifələrinə istinadən hazırlanıb.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb