Zaqataladakı yeni Satış və Xidmət Mərkəzinə gələn ilk 50 abunəçi “Bakcell”dən hədiyyə qazandı
Medeniyyet
Oxunub: 785
5 okt 2018 | 12:07
Zaqataladakı yeni Satış və Xidmət Mərkəzinə gələn ilk 50 abunəçi “Bakcell”dən hədiyyə qazandı














Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti növbəti Satış və Xidmət Mərkəzini Zaqatala şəhərindəki abunəçilərinin istifadəsinə verib. Beləliklə, Şirkət bir-birinin ardınca 3 gündə 3 yeni mərkəzin - Göyçayda diler mağazasının, Qəbələ və Zaqatalada isə satış və xidmət mərkəzlərinin açılışını edib.

Bakcell həm özünün yüksək sürətli 4G şəbəkəsi ilə yanaşı satış və xidmət şəbəkəsini də Azərbaycanın regionlarına doğru genişləndirir. Bu fəaliyyət planı çərçivəsində Zaqatalada açılmış yeni Satış və Xidmət Mərkəzi Bakcell abunəçilərinə tam çeşiddə müştəri xidmətlərindən yararlanmaq, eyni zamanda ən son model mobil cihazlar, mobil nömrə və aksessuarlar əldə etmək imkanı verir.

"Bakcell ölkənin ən innovativ məhsul və xidmətlərini və ən sürətli mobil internetini Azərbaycanın bütün bölgələrində yaşayan abunəçilərinə təqdim etmək üçün böyük işlər görür. Bizim 4G xidmətimiz artıq Zaqatala da fəaliyyət göstərir və yerli əhali Bakcell şəbəkəsinin etibarlılığı və yüksək sürətindən tam şəkildə yararlanmaq imkanına malikdir. İnanıram ki, açdığımız yeni Satış və Xidmət Mərkəzi abunəçilərimizə əlavə rahatlıq və üstün müştəri təcrübəsi bəxş edəcək”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib

Yeni xidmət mərkəzinə baş çəkən ilk müştərilər maraqlı sürprizlə qarşılaşıblar. Belə ki, buradakı xidmətlərdən faydalanan ilk 50 abunəçi "Bakcell”dən pulsuz 4G data kartı və 1 ay pulsuz İnternet hədiyyə qazanıb.

Bakcell özünün yüksək keyfiyyətli xidmətlərini və ölkədə ən yüksək sürətli mobil şəbəkəsini Azərbaycanın bütün bölgələrinin sakinlərinə daha yaxın etmək məqsədilə həm mobil rabitə, həm də müştəri xidməti və satış şəbəkələrini genişləndirməyə davam edəcək.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.

7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Şirkət 2018-ci ilin I və II rübü üzrə nüfuzlu "Ən sürətli mobil şəbəkə üzrə Speedtest mükafatı”nın qalibi olub. Bu mükafat bütün dünyada tanınmış "Ookla” şirkəti tərəfindən "Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan "P3 Communications” şirkəti tərəfindən isə Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb ("Best in Test”).

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə "Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Zaqataladakı yeni Satış və Xidmət Mərkəzinə gələn ilk 50 abunəçi “Bakcell”dən hədiyyə qazandıZaqataladakı yeni Satış və Xidmət Mərkəzinə gələn ilk 50 abunəçi “Bakcell”dən hədiyyə qazandı
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Dünən, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Dünən, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30-04-2024, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
30-04-2024, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
30-04-2024, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
30-04-2024, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
30-04-2024, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
30-04-2024, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR