“Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə!
Medeniyyet
Oxunub: 726
5 okt 2018 | 12:08
“Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə!















Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti Qəbələ şəhərində yeni Satış və Xidmət Mərkəzini istifadəyə verib.

Şirkətin satış və xidmət şəbəkəsinin genişləndirilməsi planı çərçivəsində açılmış yeni Satış və Xidmət Mərkəzi Bakcell abunəçilərinə bütün növ müştəri xidmətlərindən yararlanmaq, eyni zamanda mobil cihazlar, nömrə və aksessuarlar əldə etmək imkanı verir.

"Bakcell özünün ən innovativ məhsul və xidmətlərini və ölkənin ən sürətli mobil internetini Azərbaycanın bütün bölgələrində yaşayan abunəçilərinə təqdim etmək üçün xüsusi strategiya həyata keçirir. Qəbələ rayonu da bu strategiyada xüsusi yerə malikdir. Bakcell şirkətinin 4G xidməti artıq bütün Bakı və Abşeron ərazisini əhatə edir. Eyni zamanda biz Qəbələ daxil olmaqla ölkənin 30-dan çox rayon və şəhər mərkəzində 4G şəbəkəsi qurmuşuq. Qəbələdəki 4G stansiyalarının sayı artıq 6-ya çatıb və biz burada 4G şəbəkəsinin daha da genişləndirilməsi üzərində işləyirik. Bundan başqa, 16 regionda pulsuz 5 GB internet kampaniyası həyata keçiririk ki, onlardan biri də Qəbələdir. Burada yaşayan abunəçilərimiz oktyabrın sonuna kimi pulsuz internet paketi vasitəsilə 4G şəbəkəsininin üstünlüklərini sınaqdan keçirə bilərlər”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.

Yeni Satış və Xidmət Mərkəzin açılış mərasimində Şirkətin "WiFi router" adlanan yeni məhsulu da müştərilərə təqdim edilib. Heç bir kabel çəkmədən, divarları, qapıları və pəncərələri deşmədən 32-yə qədər cihazı yüksəksürətli İnternetlə təmin etmək imkanı verən bu yeni məhsulun satışına artıq başlanılıb.

Qəbələdə yeni Satış və Xidmət Mərkəzinin açılışı münasibətilə burada yaşayan əhali bir ay müddətində mobil telefonlara 10%-ə qədər endirim ala, eyni zamanda telefon alarkən pulsuz nömrə və aksessuar əldə edə biləcək.

Bakcell şirkəti özünün yüksək keyfiyyətli xidmətlərini və ölkədə ən yüksək sürətli mobil şəbəkəni Azərbaycanın bütün bölgələrində yaşayan müştərilərinə təqdim etmək məqsədilə həm mobil rabitə şəbəkəsini, həm də müştəri xidməti və satış şəbəkələrini genişləndirməyə davam edəcək.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.

7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Şirkət 2018-ci ilin I və II rübü üzrə nüfuzlu "Ən sürətli mobil şəbəkə üzrə Speedtest mükafatı”nın qalibi olub. Bu mükafat bütün dünyada tanınmış "Ookla” şirkəti tərəfindən "Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində

beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan "P3 Communications” şirkəti tərəfindən isə Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb ("Best in Test”).

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə "Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

“Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə!“Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə!“Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə!
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...