Bürclər – 9 oktyabr
Medeniyyet
Oxunub: 482
9 okt 2018 | 09:34
Bürclər – 9 oktyabr















Qoç – səhər saatlarında əhvalınız sürətlə dəyişə bilər. Məqsəd və niyyətinizdə ardıcıl, məntiqli davranmasanız, çətinliklərin sayı artacaq.
İşlərinizdə sayıq olun. Kənar təsirlərlə təzyiqlərə imkan verməyin.
Günün ikinci yarısında qüvvənizi real qiymətləndirin. Potensialınıza ifrat nikbin nəzər salmayın.
Kompleks və fobiyalarınızın sayını artırmayın. Əksinə, onların əksəriyyətindən qurtulmaq olar.
Axşam saatlarında yaxın ətrafınızdakı insanlarla ünsiyyət xoş emosiyalar bəxş edəcək.

Buğa – günün ilk yarısı əsəblərin tarıma çəkilməsini vəd edir. İntensiv fiziki və ya intellektual fəaliyyət istisna deyil. Saatlar keçdikcə gərginlik daha da artacaq.
İşdə rəhbərliklə mübahisə etməyin. Rəqabət güclənəcək. Qarşıdurmaya hazır olun.
Günün ikinci yarısında kollektivdəki şəxslərdən birindən özünüzlə bağlı xoşagəlməz sözlər eşidə bilərsiniz. Səbrli və təmkinli olun. Tənqidləri səbrlə dinləyin.
Axşam saatlarında dostlarnızla birlikdə istirahət edin.

Əkizlər – günün ilk yarısından rutin işlərin və adi problemlərin sayı artacaq. Karyera inkişafı ilə bağlı konkret addımlar atmaq üçün əlverişli zaman deyil. İşdə rəhbərlik təşəbbüslərinizi dəstəkləməyəcək.
Günün ikinci yarısında çətinliklərin həllində kreativ olun. İntuisiyanızı dinləyin. Bədxərclik etməyin, alış-verişdə diqqətli olun.
Axşam saatlarında yaxşıca istirahət etməyə çalışın.

Xərçəng – çox şey vəd edən uzunmüddətli investisiyalar yatırmaq şansınız var. Riskə getmək baxımından çox uğurlu gündür. Təkcə gəlirlərinizi artırmaq və faydalı sövdələşmələr əldə etmək olar: peşəkarlıq intuisiyanız sizi yanıltmayacaq. Daha maraqlı və yüksək maaşlı işə keçə bilərsiniz.
Şəxsi həyatınızda ciddi dəyişikliklər gözlənilmir. Sevinc və kədər o qədər əhəmiyyətsiz olacaq ki, onlara çətin diqqət yetirəsiniz. Valideynləriniz sizin davranışlarınızdan narazı qala bilərlər. Amma onlar öz fikirlərini sərt formada ifadə etməyəcəklər.

Şir – işdə çətinliklər yarana bilər. Texniki nasazlıqlar, həmkarlarınızla anlaşılmazlıqlar istisna deyil. İradənizlə mənəviyyatınızın sınağa çəkiləcəyi situasiyalarda ətrafınızdakı insanların davranışlarına diqqətlə baxın.
Günün ikinci yarısında peşəkar məziyyətlərinizi artırın. Dəyər verdiyiniz insanla əlaqələrinizi daha səmimi, rəvan edin.
Axşam saatlarında soyuqqanlı olun.

Qız – adi günlərdən fərqli olaraq qəfil hadisələr, ilk baxışdan anlaşılmaz məsələlərlə zəngin gündür. Ən kiçik məsələlər sizi təbdən çıxarmasın.
Ünvanınıza deyilən ehtiyatsız kəlmələr, fərqli düşüncə və mövqe daşıyıcılarının dedikləri qıcıq yaratmasın.
İşdə rəhbərliyin tənqidləri sərtləşəcək, şayiələrin sayı artacaq.
Günün ikinci yarısı yeni tanışlıq və əlaqələr üçün münasibdir. Yaxınlarınız sizi dəstəkləməyə bilər.
Axşam saatlarında normal istirahət edin.

Tərəzi – çətinliklər olmayan yerdə özünüzə problemlər aramayın. Həddən artıq şübhəli insan təsiri bağışlamayın. Sonradan sonuclarına təəssüflənəcəyiniz addımlar atmayın.
Günün ikinci yarısı əmlak və ya maliyyə ilə bağlı əməliyyatlar üçün əlverişli deyil. Alış-verişə yollansanız, çox pul xərcləməyin. Tərəfdaş və ya şəriklərlə qarşılıqlı fəaliyyətdə işinizi yüngülləşdirmək cəhdləri neqativ reaksiya doğura bilər.
Axşam saatlarını sevdiyiniz insana həsr edin.

Əqrəb – səhər saatlarında emosional narahatlıq apogeyə çata bilər. Mümkün qədər fəal çalışmağa can atın. Daxili enerjinizi zahirdəki əməllərə döndərin. Məqsədli olun, iradəli insan təsiri bağışlayın.
Günün ikinci yarısında yerinizdə saymayın, qüvvənizi real və praktik sahələrdə reallaşdırın. Yaxın vaxtlarda məntiqi şəkildə başa vura biləcəyiniz layihənin gerçəkləşdirilməsinə üstünlük verin.
Yaxın bildiyiniz insanların məsləhətlərinə qulaq asın.
Axşam saatlarını ailənizə sərf edin.

Oxatan – yaşamınızda dəyişikliklər üçün əlverişli zaman deyil. Emosional “partlayış”dan qaçın. Mənfi hisslər, qıcıq yaradacaq məqamlardan uzaq durun. Məsuliyyətli işi görərkən diqqətli olun. Fikrinizin dağınıq olması ciddi fəsadlar yarada bilər.
Günün ikinci yarısında başladığınız işləri başa vurun. Həddən ziyadə önəm verdiyiniz işi sabaha ertələmək olar. Axşam saatları üçün nəzərdə tutduğunuz görüşün baş tutmayacağı təqdirdə fəaliyyətinizdə mütləq şəkildə yenilik edin.
Əyləncəni zəhmətdən üstün tutmayın.

Oğlaq – yaşadığınız durumu diqqətlə müşahidə edin. Sayıq, çevik olun. Ən kiçik dəyişiklikləri nəzərdən qaçırmayın. Yaxın ətrafınızdakı insanlar arasındakı münaqişələrə dəstək verməyin. Mübahisə, qarşıdurma istisna deyil.
Günün ikinci yarısında münasibətləri araşdırmağa çalışmayın. Ani çətinliklərə həddən artıq əhəmiyyət verməyin. Bəzi problemlər və çətinliklər avtomatik olaraq həllini tapacaq. Bilavasitə iştirakınızın tələb olunduğu məsələlərdə aktivlik edin.
Axşam saatlarında şəxsi münasibətlərdə ənənəvi davranış modelindən kənara çıxmayın. Ekssentrik, ekstravaqant olmayın.

Dolça – ilk əvvəl təxirəsalınmaz məsələlərin həlli ilə məşğul olun. Bu işlər xeyli vaxtınızı və qüvvənizi alacaq. Daha maraqlı işlərə can atmayın. Rutinlikdən qaçmaq mümkün deyil.
Günün ikinci yarısında yeni layihə, təklif, ideya istisna deyil. Sizə qarşı neqativ əhval-ruhiyyədəki insanlarla ünsiyyətinizi minimuma endirin.

Balıqlar – ruhdan düşməyin. Böyük miqyaslı layihəyə başlamaq niyyətiniz varsa, potensialınızı real və ciddi şəkildə dəyərləndirin. Nə istədiyinizi müəyyənləşdirin. Məqsədə çatmaq üçün bütün imkanlardan istifadə edin.

Günün ikinci yarısında işdə rəhbərliklə normal münasibətləri korlamayın. Maaş, karyera müstəvisində irəliləyişdə bağlı məsələləri müzakirə etmək olar. Hisslərə qapılmayın.
Axşam saatlarında nüfuzunuza zərbə vura biləcək addımlar atmayın. (Milli.Az)
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...