"Tatlısəs, Sibel Can və..." — İfası ilə Türkiyəni silkələyən Nahidə Babaşlı + VİDEO
Medeniyyet / Video
Oxunub: 632
18 okt 2018 | 13:40
"Tatlısəs, Sibel Can və..." — İfası ilə Türkiyəni silkələyən Nahidə Babaşlı + VİDEO














Murad Göğebakanın "Ay yüzlüm" mahnısı ilə həm Türkiyədə, həm də vətənimizdə böyük şöhrət qazanan Nahidə Babaşlı "Ulduz" adlı mahnıya çəkilmiş ilk klipini təqdim edib.
"Ölkə.Az" bildirir ki, müğənni bu barədə publika.az-a müsahibə verib.

- "Ulduz" mahnısı necə yarandı?

- Mahnının musiqisinin müəllifi iranlı bəstəkar Vəfa Abrişamidir. O, həm də studiyada çalışır. Bir gün studiyada idik, mahnını mənə dinlətdi, həm sözlərinə, həm də musiqisinə çox vuruldum. Söylədi ki, kompozisiya səsimə çox uyğundur. Və onu mənə hədiyyə etdi. Daha sonra qısa versiyasını ifa edib instaqramda paylaşdım. Mahnı sosial şəbəkədə böyük əks-səda doğurdu, hamı dayanmadan onun tam versiyasını tələb edirdi. Aranjeman olunduqdan sonra qərara gəldik ki, mahnıya klip çəkək. Klipin rejissorluğunu Bəxtiyar Ələkbərov edib.

- Rejissor klipdə calandırdığınız obrazdan razı qaldı?

- Bəxtiyar Ələkbərovla görüşüb söhbət etdikdən sonra qənaətə gəldik ki, klipdə özüm rol alım. Klipin məzmunu sözlərə uyğun olaraq çəkilib. Burada yarının yolunu gözləyən insanın Allahla təkbətək söhbətindən danışılır. Obrazın inandırıcı alınması üçün çox çalışdım. Rejissor nəticədən razı qaldı.

- Bəzi səhnələr Xızı dağlarında baş tutub. Çətin olmadı ki?

- Təsəvvür edin ki, ağ nazik donda dağın başına qalxmalı idim. Oraya çıxana qədər böyük stress yaşadım. Çünki yüksəklik qorxum var, yuxarı qalxdıqca arxaya baxa bilmirdim. Çəkiliş prosesində bir nəfər məni ora çıxartdı, çəkiliş yekunlaşanda isə gəlib yenidən aşağı düşürdü. Dağın başında dayandığım müddət ərzində tərpənmədim, qorxudan ayaqlarım titrəyirdi. Üstəlik soyuq hava şəraiti çətinlik yaradırdı, çox üşüyürdüm.

Koverləri telefonla çəkib paylaşmaq rahatdır, klipdə obraz canlandırmaq tamam fərqlidir. Hər halda əlimdən gələni etdim ki, səhnələr effektli alınsın.

- Sizcə, "Ulduz" niyə bu qədər uğurlu alındı? Sözlərin tanınmış şair Məhəmməd Hüseyn Şəhriyara aid olmasının rolu ola bilər? Bu gün istər dünyada, istər Azərbaycanda əksər müğənnilərin oxuduğu mahnı sözləri çox bəsitdir. Bəsit sözlər dinləyicinin qəlbinə və ruhuna yola tapmır.

- Burada bir neçə amil var: həm sözlər dərindir, həm aranjeman fərqlidir, həm də mahnı səsimə uyğundur. Mahnı Azərbaycan üslubunda aranjeman olunmayıb, yaradıcı yanaşma və ideya var. Sözlər, musiqi və səsim bir-birini ideal şəkildə tamamlayıb, ola bilsin ki, mahnının sevilməsinin səbəbi budur. Dolayısı ilə tamamlanmış iş dinləyicinin xoşuna gəlib.

- Vəfa Abrişami ilə əməkdaşlığınız gələcəkdə də davam edəcək?

- Vəfa bəy iranlıdır, üç-dörd il əvvəl Azərbaycana gəlib. Hazırda burada yaşayır. Onunla tanışlığımız, eləcə də "Ulduz"u mənə təqdim etməsi təsadüf nəticəsində baş verdi.

Bir nöqtədə qalmaq və bir insanla işləmək haqda düşünmürəm. Əlbəttə ki, Vəfa bəylə gələcəkdə işbirliyimiz davam edə bilər. O, ürəyimi oxşayan yeni mahnılar hədiyyə etsə, sevə-sevə oxuyaram. Eyni zamanda, başqa bəstəkarlardan gələn təklifləri də qiymətləndirəcəyəm.

- Gənc bir müğənninin "Ulduz"la sənətə gəlməsini onun böyük uğuru adlandırmaq olar. Maraqlıdır ki, sonrakı fəaliyyətinizdə bir çoxları kimi repertuarınıza toy mahnıları daxil etməyi düşünürsünüz?

- İlk mahnım haqqında yüksək fikirdə olmağınız mənim üçün sevindirici haldır. Hər halda əlimdən gələni edəcəyəm ki, standart müğənni olmayım və keyfiyyətsiz mahnılar oxumayım. Azərbaycanda bu gün bu tərzdə ifa edən çox az sayda sənətçi var. Bu tərzdən və bu xətdən kənara çıxmayacam. Bu xəttin içində dəyişiklik etməyə çalışacağam.
Keyfiyyətli işin bəhrəsini gec-tez görürsən. Toylar tutmasam da, başqa ölkələrdən təkliflər gəlir, gözəl insanlar və ya istedadlı bəstəkarlar tanış olmaq şansı qazanıram. Konsertə və ya verilişlərə dəvət edirlər.

- Yerli bəstəkarlardan necə, sizə müraciət edən olub?

- Yerli bəstəkarlardan təklif gəlməyib. İbrahim Tatlısəs, Sibel Can və s. məşhur türk müğənniləri üçün mahnı yazan müəlliflər müraciət ediblər. Bəstəkarın adını hələ ki, açıqlamaq istəmirəm. Əgər işbirliyi olarsa, o zaman ətraflı məlumat verərəm.

- Ötən müsahibəmizdə "O Səs Türkiyə" müsabiqəsində iştirak etməyi çox arzuladığınızı demişdiniz...

- Bu fikridən daşınmalı oldum, artıq Türkiyədə və öz ölkəmdə müəyyən qədər tanınıram. Deyə bilmərəm ki, böyük irəliləyiş var, hər halda addımlar atıram. İndi öz dinləyicilərim var, o müsabiqəyə çıxıb adi bir yarışmaçı olmaq istəməzdim. Odur ki, o yarışmaya qatılmağa ehtiyac duymuram.

- "Ulduz sayaraq gözlemişəm hər gecə yari

Gec gəlmədədir yar yenə olmuş gecə yari

Yatmış hamı bir Allah oyaqdır, daha bir mən

Məndən aşağı kimsə yox, ondan da yuxari"

Bu misralarda sevgi həsrəti çəkən insanın ağrıları təsvir olunub. Maraqlıdır ki, Nahidə Babaşlı kimin və nəyin həsrətini çəkib?

- Sözün düzü, real həyatda heç kimin həsrətini çəkmirəm. Böyük səhnələrin həsrətini çəkirəm... Hədəflərim böyükdür... Böyük səhnələrə çıxmaq və minlərlə tamaşaçı qarşısında çıxış etmək istəyirəm. Mikrofonumu zala uzadanda bütün zalın "Ulduz" mahnımı mənimlə birlikdə əzbər oxumalarını istərdim. Bu arzuları reallaşdırmaq üçün müəyyən bir yol qət etməliyəm.

- Müsahibə üçün minnətdaram. Tezliklə Azərbaycan sərhədlərini aşmağı arzulayıram. Uğur olsun!

- Mən də öz növbəmdə sizə uğurlar diləyir və maraqlı suallara görə təşəkkür edirəm.

Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO