Azərbaycanın varlı xanımları – Onları siz də tanıyın!
Medeniyyet
Oxunub: 462
19 okt 2018 | 11:20
Azərbaycanın varlı xanımları – Onları siz də tanıyın!














Qadınların rolu və iştirakı olmadan hər hansı cəmiyyətin inkişafı və tərəqqisi mümkün deyil. Nə qədər acı olsa da, şərq dəyərlərinin hakim olduğu cəmiyyətlərdə qadınlar bir o qədər önə çıxmağa həvəsli olmurlar. Bunu doğuran obyektiv və subyektiv səbəblər var. Bir səbəb mentalitetin yaratdığı manelərdisə, digər səbəb yaxınlarının buna etiraz etməsidir.

Lakin bununla yanaşı Azərbaycanda karyera zirvəsinə çatmış, öz sahəsində böyük uğurlar əldə etmiş xanımlarımız da az deyil.

Azxəbər.com bu məqalədə sahibkarlıq sektorunda öz sözünü demiş işgüzar xanımlardan bəhs edəcək.

Zərifə Həmzəyeva 1999-cu ildə təsis edilən və Azərbaycanda kosmetik məhsulların istehsalçısı olan “Gazelli” şirkətinin sahibidir. “Gazelli” şirkəti Azərbaycanda ətriyyat-kosmetika məhsullarının istehsalçısı olan ilk şirkətdir. 20 milyon manatdan çox nizamnamə kapitalına sahib olan şirkətin Bakının Şüvəlan qəsəbəsində 10.000 kvadrat metrdən artıq istehsalat sahəsi və bir neçə törəmə müəssisəsi var. Şirkət 200 addan çox məhsul istehsal edir. Eyni zamanda Z.Həmzəyeva maliyyə bazarında da iştirakçılardan biridir. O, ölkəmizin aparıcı banklarından birində payçılardandır.

Azərbaycanın varlı xanımları – Onları siz də tanıyın!










Kəbirə Məmmədova paytaxtın iri ticarət mərkəzlərindən olan və uzun müddətdir fəaliyyət göstərən “Binə” Ticarət Mərkəzinin rəhbəridir. Ticarət mərkəzi qeyri-ərzaq məhsulları sahəsində ölkəmizin ən böyük topdansatış mərkəzlərindən biridir. Hazırda Qaradağ rayonu ərazisində yerləşən ticarət mərkəzi təkcə paytaxtı deyil, regionları da geyim, elektronika, məişət, xırdavat və digər məhsullarla təmin edir. Mərkəzin tabeliyində minlərlə dükan fəaliyyət göstərir.

Azərbaycanın varlı xanımları – Onları siz də tanıyın!









Aytən Quliyeva paytaxtın ən böyük tibb ocaqlarından olan – “Baku Clinic”in rəhbəridir. Nərimanov rayonu ərazisində yerləşən hospital laborator analizlər və instrumental müayinələr sahəsində böyük təcrübəyə malikdir. Eyni zamanda bu tibb mərkəzinin nəzdindən fəaliyyət Cərrahiyyə Mərkəzində müxtəlif səpkili endoskopik və laporoskopik əməliyyatlar icra olunur.

Azərbaycanın varlı xanımları – Onları siz də tanıyın!










Səkinə Babayeva Azərbaycanın ilk tikiş müəssisələrindən olan Bakı-Əyrici-Toxucu-Trikolaj Fabrikinin rəhbəridir. Onu digərlərindən fərqləndirən iki xüsusiyyət var. Bunlardan biri adi işçidən fabrik sahibliyinə qədər yüksəlməsi, digəri isə eyni zamanda ictimai fəaliyyətlə məşğul olmasıdır. S.Babayeva həmçinin İqtisadiyyat Nazirliyinin dəstəyilə yaradılmış Azərbaycan Qadın Sahibkarları Assosiasiyasının sədridir.

Azərbaycanın varlı xanımları – Onları siz də tanıyın!









Leyla Şıxlinskaya Azərbaycanda ilk şəxsi klinikalardan birinin – öz adını daşıyan klinikanın sahibidir. İxtisasca aktrisa olan və bir çox filmlərdə rol alan L.Şıxlinskaya həkim ailəsində dünyaya göz açıb. Görünür ailədən gələn təcrübə onun üçün yol xəritəsi olub və tibb ocağı yaratmaq qərarına gəlib. Hazırda bu klinikada bir çox tibbi prosedurlarla yanaşı Doğuş şöbəsi də fəaliyyət göstərir.

Azərbaycanın varlı xanımları – Onları siz də tanıyın!








Ruhi Əliyeva bir müddət müğənni kimi fəaliyyət göstərsə də, son dövrlər bütün diqqətini biznes sahəsinə yönəldib. Onun qızıl dükanı, turizm şirkəti, moda mərkəzi və digər obyektləri elitar kəsimin üz tutduğu əsas alış-veriş mərkəzlərindən biridir. İctimai fəaliyyətlə də məşğul olan Ruhi eyni zamanda xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO