“Nar TV” tətbiqini yüklə, smartfonda sevdiyin kanallara bax
Medeniyyet
Oxunub: 542
26 okt 2018 | 16:12
“Nar TV” tətbiqini yüklə, smartfonda sevdiyin kanallara bax














“Nar” Azərbaycan telekommunikasiya bazarında ilk dəfə olaraq, onlayn TV - “Nar TV” tətbiqini təqdim edir.

“Nar TV” tətbiqi vaxt və məkan sərhədi tanımır. Belə ki, bundan sonra abunəçilər istənilən məkanda və vaxtda smartfonlarında sevdikləri TV kanallara və verilişlərə rahat şəkildə baxa biləcəklər.

“Nar TV” mobil telefonlarda və ya tabletlərdə idman, əyləncə, uşaq, film, xəbər də daxil olmaqla, 100-ə qədər seçilmiş yerli və regional televiziya kanallarına giriş imkanı verir.

“Nar TV” tətbiqini indi yükləməklə istifadəçilər 100-ə qədər kanala 1 ay ərzində ödənişsiz baxa bilərlər. Abunəçilərə rahat şəkildə sevdiyi kanalları izləmək imkanı yaradan “Nar TV” mobil tətbiqini “Google Play“App store”dan telefonlara və ya tabletlərə yükləməli, “Nar” nömrəsindən istifadə edərək qeydiyyatdan keçilməlidir.

“Nar TV”nin digər üstünlüyü, vaxtınız olmadıqda ötürdüyünüz proqramlara 12 saat ərzində baxmaq mümkünlüyüdür. Aylıq abunə haqqı cəmi 3 AZN-dir. Abunəçilər “Nar TV”yə “Nar”ın 4G şəbəkəsindən istifadə etməklə, tam keyfiyyətdə baxa bilərlər.

“Nar TV”də valideyn nəzarət xidməti də mövcuddur. Bunun üçün xüsusi kanalları PİN kod vasitəsilə məhdudlaşdırmaq olar. Qeyd edək ki, “Nar TV” xidməti “Uninet”-lə əməkdaşlıq çərçivəsində təqdim edilir. “Nar TV”nin digər üstünlükləri barədə daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.

“Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub.

Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar