Rəqsanə: “Təranəyə görə övladım məktəbə getməyə utanırdı”
Medeniyyet
Oxunub: 420
1 noy 2018 | 22:16
Rəqsanə: “Təranəyə görə övladım məktəbə getməyə utanırdı”















Müğənni Rəqsanə İsmayılova da illərdir küsülü olduğu və hazırda həbsxanada olan prodüser Təranə Səmədovanın həbs xəbərinə münasibət bildirib.

İfaçı prodüserin onun haqqına girdiyini bildirib: “Bu gün baxıram və bunu demək istəyirəm ki, bir neçə ilə nəzər salın baxın… Bu gün yaşadıqlarını mən və ailəm bir vaxtlar yaşadıq. Neçə illər mənim başıma gəlməyən qalmadı. Hansı ki, indi o qardaşlar da həbsdədir. Uşağımın adına açılan sosial şəbəkədə profil, bacımın, anamın başına gətirilən oyunlar… Bəs, mən bu günə kimi dözdüm, hər yerdə yazdılar, dedilər, amma dözdüm. Ailəmin arxasında oldum, nələr çəkdim bir Allah, bir mən bilirəm.

Bu gün Təranəyə sevinmirəm. Çünki balası var. Allah yenə də qapısını açsın, İradə xalaya səbr versin. Anası çox yaxşı insandır, heç kimə pislik etməyin, çörəyin yeyib ayağının altını qazmayın. Hər yerdə mənim haqqıma girirdi. Aysunun adından sosial şəbəkədə profil açıb, Təranə, nələr etdin. Övladım məktəbə getməyə utanırdı.

Dünən onun başına gələnləri oxuduqca, bütün başıma gələnlər gözümün qabağından keçdi. Dedim, Rəqsanə sən nələrə dözüb, sinə gərdin. Hanı o qardaşlar, hardadır? Onlar da həbsdədir. Onlarla əlbir olub mənə nələr etmədiz. Üzümə bəlkə yalan yerə 40 nəfər adam qoydunuz. Heç nə sübut olmadı, qanun isə xitam verdi.

O qədər yazası sözüm var. Yenə də deyirəm, özünə görə yox. Özü bu gün yaşadıqlarını vaxtında mənə və başqalarına çox yaşadıb. Amma Allah onu körpə balasına və anasına görə qapısını açsın. Uşağın, ananın heç bir günahı yoxdur.

Bu günə qədər bir dəfə də olsun mən onun anasının və balasının adını çəkməmişəm. Çünki mən də anayam, övladlarım var. Amma sən mənim anamın, bacımın, övladımın haqqına girdin. Nələrə əl atdın, nələr etdin. Belə günə sevinən gərək insan olmasın. Elə ürəyə sahibəm ki, ailəsinə kömək olaram. Bilirəm ki, onların heç kimi yoxdur. Bir il tez gəlib keçər, övladının yanında olarsan”.

Qeyd edək ki, Təranə bir vaxtlar Rəqsanənin prodüseri olub. Daha sonra onlar qalmaqallı şəkildə ayrılıblar. Hazırda qadın alverində təqsirləndirilən Təranə həbsxanadadır.
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi