Novruz bayramının ilk təşkilatçısı
Medeniyyet
Oxunub: 1 421
25 mar 2015 | 16:10
Novruz bayramının ilk təşkilatçısıŞıxəli Qurbanov 16 avqust 1925-ci ildə Bakıda doğulub. Ədəbiyyatşünas-alim, dramaturq, şair, yazıçı, dövlət və ictimai xadim olub.

A. S. Puşkinin Azərbaycan poeziyasına təsirinin tədqiqatçısı, XIX əsr Azərbaycan-rus ədəbi əlaqələrinin inkişaf mərhələlərinə dair monoqrafiyanın, onlarla məqalənin, publisistik əsərlərin, povest, şeir və poemaların müəllifidir. Və bütün bunlarla yanaşı, Şıxəli Qurbanov uzun illər Azərbaycan KP MK-da rəhbər vəzifədə çalışıb.
Ş. Qurbanov Novruz Bayramı ilə bağlı hazırlıqlarını ailəsindən gizlin edirdi. O dövrlərdə belə bir addım atmaq çətin olduğu üçün Şıxəli ailəsinin həyəcanlanmağına lüzum görmürdü. Təhlükəli olsa da, Şıxəli Qurbanov uzunmüddətli fasilədən sonra 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə müvəffəq oldu. Məqsədi Azərbaycan xalqının milli şüurunu oyatmaq idi. Şıxəli bu istəyinə nail oldu. Həmin gün sanki bütün insanlar oyanmışdı, kim olduqlarını dərk etmişdilər. Qız qalasına doğru insanların axını dayanmırdı, hamının üzündə ürkək sevinc hissləri var idi.
Həyat yoldaşı Xavər xanım danışır ki, bayramın axşamı Mərkəzi Komitənin birinci katibi Vəli Axundov onu təhlükəli işlər gördüyü barədə xəbərdarlıq etmişdi. Şıxəli Qurbanov isə öz hərəkətlərinə görə özü cavab verəcəyini demişdi. O zaman vəzifə başına keçmək istəyənlər Moskvadakıların qulaqlarını o qədər doldurdular ki, Şıxəlini ora izahat yazmağa çağırdılar. O da Novruz bayramının tarixi ilə bağlı 22 səhifəlik izahat yazdı. Sübut etdi ki, Novruz bayramı heç də dinlə əlaqəli bayram deyil. Amma təhlükə hələ də sovuşmamışdı, Qurbanovlar ailəsi hər an səksəkədə idi, bilirdilər ki, Şıxəli Qurbanovun başı hələ çox ağrıyacaq. Üç dəfə həyatına qəsd olundu. Bayramdan sonra maşında gedərkən güllə atmışdılar ona, əlinə dəyib sıyırmışdı. Daha sonra üstünə maşın sürmüşdülər, özünü güclə ağacın dibinə atıb canını qurtara bilmişdi. Bir dəfə də zəhərləmək istəyiblər alınmayıb.
Novruz bayramından iki ay keçmişdi. Bir gün, daha doğrusu may ayının 24-də Şıxəli Qurbanov dişlərini müalicə etdirmək üçün həkimə gedir. Və elə oradaca müəmmalı şəkildə vəfat edir. Həkim dişinə iynə vurarkən Şıxəli Qurbanov ölür, həkim pəncərədən qaçır. Ailəsi onun ölümünün dövlət səviyyəsində hazırlandığını iddia edir. Daha sonra aydın olur ki, sianid turşusu vurublar.
Ş. Qurbanov Vətən müharibəsindəki xidmətlərinə görə o,"İgidliyə görə", "Almaniya üzərində 1941-1945-ci illərdə qələbə" medalları ilə təltif edilmişdir.Tərcümeyi-halından aydın olur ki, o, ehtiyyatda olan kapitan rütbəsinə qədər yüksəlmişdir. 1946-cı ildə Bakı istehsalat kombinatında kadrlar şöbəsinin müdiri vəzifəsində işləyir. 1947-ci ildə Azərbaycan LKGİ Bakı Şəhər komitəsinin təlimatçısı göndərilir.Elə bu andan o, daima odlu-sınanmış axtarış adamları arasında olur.1953-cü ildə Şıxəli Qurbanov Azərbaycan KP Şəhər Rayon Partiya komitəsinin katibi,1945-55-ci illərdə Azərbaycan Kommunist Partiyası Bakı Partiya komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri,1955-57-ci illərdə Bakı Voroşilov (indiki Səbael) Rayon Partiya komitəsinin I katibi, 1955-59-cu illər Bakı Zəhmətkeşlər Deputatları Sovetinin deputatı,1957-ci ildə SSRİ Jurnalistlər İttifaqının üzvü,1957-61-ci illərdə Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsinin müdiri,elə həmin illərdə Azərbaycan KP MK-nın üzvü,1958-63-cü illərdə Azərbaycan SSRİ Ali Sovetinin deputatı seçilir.1966-cı ilin fevral ayında Azərbaycan Kommunist Partiyasının XXVII qurultayında Şıxəli Qurbanov Azərbaycan KP MK üzvü,birinci pleniumda isə Azərbaycan KP MK bürosunun üzvü və katibi seçilir.O, bu vəzifədə həyatının sonuna kimi zəhmətsevərliklə çalışmışdır.

Azens.az
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...