MTRŞ-nin sədr müavini: — "Tamaşaçı bəzi aparıcıların şitliyindən, müştəbehliyindən, bayağılığından əsəbiləşir"
Medeniyyet
Oxunub: 456
6 noy 2018 | 17:17
MTRŞ-nin sədr müavini: — "Tamaşaçı bəzi aparıcıların şitliyindən, müştəbehliyindən, bayağılığından əsəbiləşir"
















"Sirr deyildir ki, teleradio yayımçıları əhalini maarifləndirmək və məlumatlandırmaqla yanaşı, həm də əyləndirmək missiyasını həyata keçirirlər. Azərbaycan efirində geniş yer alan şou xarakterli verilişlər də elə daha çox məhz bu məqsədə xidmət edir. Təbiidir ki, tamaşaçı da şoulara əylənmək və sinirlərini sakitləşdirmək məqsədilə baxır. Lakin bəzi efir aparıcılarının şitliyi, müştəbehliyi, qoyulan mövzuların bəsitliyi və primitivliyi ucbatından tamaşaçı efirdən nəinki istədiyi zövqü ala bilmir, üstəlik ya əsəbiləşir, yaxud da yad və bayağı təsirlərə məruz qalır".
Bunu Milli Televiziya və Radio Şurası (MTRŞ) sədrinin müavini, tarix elmləri doktoru, Əməkdar jurnalist Qafar Cəbiyev "Xalq qəzeti"ndə dərc olunan məqaləsində bildirib.

Onun sözlərinə görə, bəzi teleaparıcılar bu gün efirin çox ciddi probleminə çevrilib:
"Etiraf edək ki, uğurlu seçim olmayan bəzi teleaparıcılar bu gün, sözün tam mənasında, efirimizin çox ciddi probleminə çevrilib. Nədənsə teleradio qurumlarının rəhbərləri insanların gözünü qabar etmiş olan bu cür başabəla aparıcılardan əl çəkmək istəmirlər. Məgər onları daha bacarıqlı, daha istedadlı və daha peşəkar insanlarla əvəz etmək olmaz?! Yəni, atalar demişkən “xoruz olmasa, sabah açılmayacaq?!”

Sədr müavini həmçinin bildirib ki, son vaxtlar bəzi telekanallarda sosial şəbəkələrin populyarlaşdırdığı, əslində isə əxlaqi və psixi durumunda problemləri olan insanlar üzərində şoular qurması, cəmiyyətimiz və mənəviyyatımız üçün əsla səciyyəvi olmayan tək-tək halların daha da şişirdilərək əcayib tərzdə tamaşaçıya təqdim olunması da çox ciddi ictimai narazılıq doğrurur.

"Teleradio yayımçılarının işi və qayğısı təkcə baxımlı proqramlar hazırlamaqla tamaşaçıların rəğbətini qazanmaqdan ibarət deyil. Bu, sadəcə onların gündəlik işinin görünən tərəfidir. Bununla yanaşı, onlar hazırladıqları efir materiallarından həm də qazanc əldə etmək barədə düşünürlər. Yəni, reytinq gətirən verilişlər hazırlanmalıdır ki, yaxşı reklamı da olsun. Doğrudur, dövlətin maliyyələşdirdiyi kanalların bu cəhətdən sıxıntısı yoxdur. Amma özəl yayımçılar bu yolda az qala hər qəpik uğrunda çarpışmalı olurlar. Çünki onlar məhz özlərinin qazancı hesabına maddi-texniki bazalarını təkmilləşdirir, işçilərin sosial təminatını yaxşılaşdırır, həm də dövlət büdcəsinə ödəmələr həyata keçirirlər. Lakin bu qəbildən olan qayğılarla bərabər özəl telekanallar həm də cəmiyyəti maarifləndirməyə, insanları Vətənimizə, dövlətimizə və xalqımıza məxsus dəyərlərin qorunmasına, yaşadılmasına və təbliğ edilməsinə səfərbər etməyə borcludurlar. Xatırladaq ki, bu məqam “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununda da öz əksini tapıb. Qanunun 32.0.1 maddəsində maarifçilik və mədəniyyət məsələlərinə üstünlük verilməsi, proqramların tarazlaşdırılması yolu ilə efirin kommersiya, informasiya, yaxud eyntipli digər verilişlərə yüklənməsinin qarşısının alınması əsas tələblər kimi öz əksini tapıb", - deyə o bildirib.
Bu gün, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Bu gün, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Bu gün, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Bu gün, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Bu gün, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO