Bürclər – 11 noyabr
Medeniyyet
Oxunub: 448
11 noy 2018 | 09:00
Bürclər – 11 noyabr














Qoç – günün ilk yarısında ehtiyatlı olun. Nəzərdə tutduğunuz görüşdə diqqətli davranın, qarşı tərəfin mövqeyini nəzərə alın. İşdə irəliləyiş və karyera yüksəlişi üçün münasib zamandır. Fəqət illüziyalara qapılmayın. Emosional davransanız, problemlərlə qarşılaşacaqsınız.

Günün ikinci yarısı peşəkar fəaliyyət və maliyyə məsələləri baxımından pis zaman deyil. İşgüzar intuisiyanız iti olsun. Alış-veriş etmək olar. Bədxərclik etməyin. Əməkdaşlıqla bağlı anlaşmaları müzakirə edəndə sayıqlığı əldən verməyin.

Buğa – münaqişələrdən yan qaçmağa çalışın. Sizi təxribatlara çəkməyə çalışacaqlar. Hisslərə qapılaraq düşünülməmiş addımlar atmayın. Həmkarlarla yanaşı, yaxınlarınızla rəvan münasibətləri qorumağı unutmayın. Üzləşdiyiniz problemi müstəqil çözsəniz, yaxşıdır.

Günün ikinci yarısında yardımçılara və tərəfdaşlara güvənməyin. Onlar, gerçəkdən də, faydalı işlər görmək əvəzinə diqqətinizi yayındıracaqlar. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün aktiv olun.

Axşam saatlarında qəfil görüş ola bilər. Əyləncə və ya istirahəti işə qurban vermək məcburiyyətində qalacaqsınız. Sakit, təmkinli olun. Dincəlməyə, şənlənməyə hələ çox imkanlar yaranacaq.

Əkizlər – tələsməyin. Bu gün qarşılaşacağınız problemlərin hamısını həll etmək mümkün deyil. Peşəkar fəaliyyət müstəvisində uğurlara nail olmaq fikriniz varsa, qətiyyətli olun, təxəyyülünüzü işə salın.

Çoxdankı rəqibləri üstələmək üçün bir qədər hiyləgərlik edin. Fəndgir olun.

Günün ikinci yarısında məhsuldar əməkdaşlıq etdiyiniz insanlardan birindən maraqlı işgüzar təklif alacaqsınız.

Şəxsi münasibətlər baxımından əlverişli zamandır. Yaxınlarınızla asanlıqla dil tapacaqsınız. Sevdiyiniz insan xoş sürprizlə sizi sevindirəcək.

Xərçəng – sizdən təcrübəli və nüfuzlu insanlarla toqquşmalardan yayının. Belə situasiyadan asanlıqla çıxmaq müşkül işdir. Üstəlik, münasibətlərdəki gərginlik əhvalınıza çox pis təsir edəcək.

Müstəqil fəaliyyət göstərməyə çalışın.

Günün ikinci yarısında görüş yaxşı nəticə verəcək. Çoxdan bəri maraqlandığınız insanda özünüzlə bağlı müsbət rəy formalaşdırın. Diqqət yetirilməyə layiq insanı kütlədən ayırmağı bacarın.

Şir – parlaq, yaddaqalan gün olacaq. Amma asan və sadə zaman da deyil. Güclü rəqiblə mübarizə maraqlarınızı müdafiə edin. İtkilərə yol verməmək üçün hiyləgər olun. Hadisələrə təsir imkanlarına malik insandan dəstək alacaqsınız.

Günün ikinci yarısında fəal olun, bədxahların planlarını alt-üst edin. Qeyri-adi, emosional saatlardır. Birmənalı olmayan açıqlamanı diqqətlə dinləyin. Şəxsi münasibətlərdəki harmoniyanı bərpə etmək üçün xeyli çalışmalı olacaqsınız.

Qız – fəaliyyət üçün yaxşı zamandır. Genişmiqyaslı, mürəkkəb, məsul işlərə başlaya bilərsiniz. İndiyədək start verməkdən çəkindiyiniz layihəni reallaşdırın.

Fəaliyyət planını tənzimləyin. Ən kiçik məsələlərdə belə, diqqətli olun. Prioritetləri müəyyənləşdirin, müttəfiqləri dürüst seçin. Hər şeyə rəğmən problemlərin sayı artacaq.

Günün ikinci yarısında görüləsi işlər çoxalır. Səhhətinizə fikir verin. Axşam saatlarında normal istirahət edin. Əks halda nasazlıq işlərinizə pəl vura bilər.

Nəzərdə tutulmamış səfər, mühüm xəbərin alınması istisna deyil. Şəxsi həyatınızda dəyişikliklər olacaq.

Tərəzi – uğurlu zamandır. Situasiyadan istifadə edin. Planları gerçəkləşdirmək, məqsədə çatmaq üçün şəraitdəki nüansları dəyərləndirməyi bacarın. Mümkün qədər ehtiyatlı olun. Risk etməyin, avantüralara qatılmayın. Yanlış qərarlar verməyin.

Günün ikinci yarısında maliyyə işlərində qayda yaradın. Qarışıqlığa yol verməyin.

Dəvət olunduğunuz tədbirə axşam saatlarında yayının. Yeni tanışlıq, habelə indiyədək haqqında yaxşı sözlər eşitdiyiniz insanla qarşılaşmağınız istisna deyil.

Xarici görkəminizə fikir verin.

Əqrəb – məhsuldar və maraqlı iş günüdür. Qarşınızda duran məsələlər asan deyil. Amma onların öhdəsindən sürətlə gələcəksiniz. Təxəyyülünüzə həsəd aparmaq olar. Məqsədə çatmağın yeni yollarını arayın. Problemlərin həllində orijinal olun.

Günün ikinci yarısında maliyyə fonu pis deyil. Emosiyalarınıza hakim olun. Axşam saatlarında dostlarınızla görüşün, problemi onlarla müzakirə edin.

Sevdiyiniz insanın istəklərini qulaqardına vurmayın.
Oxatan – yeni işə başlamaq olar. Lakin tələsməyin. Səhər saatlarından etibarən mühüm problemin çözülməsi üçün radikal addımlar atmayın. Günün ilk yarısı gərgin, hadisələrlə zəngin vaxtdır. Sərvaxt davranın.

Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Ciddi uğurlara nail ola bilərsiniz.

Yaxınlarınız sizi dəstəkləyəcək. Bəzi ideyalarınız qohumlar və dostlara şübhəli təsir bağışlasa da, onlar sizə kömək edəcəklər.

Alış-veriş etmək olar.

Oğlaq – mürəkkəb, qarışıq, hadisələrin intensiv yaşanacağı bir zamandır. Yeni biliklər, faydalı əlaqələr əldə edə bilərsiniz. Diqqət mərkəzində olacaqsınız. Situasiya sizi yora bilər. Yaxın ətrafınızdakı insanlar sizin imkanlarınızı qismən də olsa, anlayacaqlar.

Günün ikinci yarısında maraqlı işgüzar təklif alacaqsınız.

Ağır, yeknəsək, üzücü və yorucu işdən imtina edin. Belə işə razılaşsanız, əhvalınız pozulacaq, səhhətinizdə problemlər yaranacaq.

Axşam saatları yaradıcı fəaliyyət üçün əlverişlidir.

Dolça – bütün işlərin görülməsinə eyni vaxtda başlamayın. Yığılıb qalan problemləri tədricən həll edin. Ehtiyatla, aramla, tələsikliyə yol vermədən irəliləyin. Təxribatlara uymayın, vədlərə inanmayın. Qərarları müstəqil şəkildə qəbul edin. Yalnız öz maraqlarını düşünən insanların sözlərinə şirnikməyin.

Günün ikinci yarısında mövqeyinizi qoruyun. Geri çəkilmək, məğlubiyyətçilik etmək yaxşı heç nə vəd etmir.

Şəxsi münasibətlərdə təşəbbüskar olun. Rəğbət bəslədiyiniz insanla münasibətləri fəallaşdırmaq üçün ilk addımı atın.

Axşam saatlarını dəyər verdiyiniz insanlarla keçirin.

Balıqlar – vurnuxmaya qatılmayın. Əvvəlcədən hazırlanmış plan çərçivəsində hərəkət edin. Yaxınlarınız işlərinin bir qismini sizə yük etmək istəyəcəklər. Sizə birbaşa dəxli olmayan diskussiyalara qatılmayın. Maraqlı saymadığınız məsələlərin həllinə başlamayın.

Günün ikinci yarısında tamahınızın öhdəsindən gəlin. Yaşlı nəslin nümayəndələrindən biri ilə təmaslarda çətinliklər yaranacaq. Ciddi münaqişəyə yol verməyin, kiçik mübahisələri unudun. Alış-verişdə çox pul xərcləməyin. Yanlış seçim riski böyükdür. (Milli.Az)
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü