Mindən çox antibiotik var, amma cəmi 200-ü... — Xəstəliklərə qarşı təbii vasitələr
Medeniyyet
Oxunub: 431
13 noy 2018 | 11:50
Mindən çox antibiotik var, amma cəmi 200-ü... — Xəstəliklərə qarşı təbii vasitələr












Payız və qış ayları zökəm xəstəliklərinin ən çox yayıldığı dövrdür. Xüsusilə immun sistemi zəif olanlar bəzi xəstəliklərə qarşı həssas olurlar. Soyuq aylar ərzində bir neçə dəfə virus infeksiyalarına yoluxanlar antibiotiklərdən istifadə etmək məcburiyyətində qalırlar. Lakin bu preparatlardan tez-tez istifadə etmək heç də arzuolunan deyil.
AzərTac xəbər verir ki, bu barədə məlumat verən həkim-fitoterapevt Elnur Eldaroğlu deyib: “Antibiotiklər, əslində, bakteriyaları məhv etmək üçün nəzərdə tutulan dərman preparatlarıdır. Tənəffüs sistemi, bağırsaq, böyrək və sidik yolları xəstəlikləri zamanı antibiotiklərdən geniş istifadə olunur. Lakin xəstəlikdən asılı olaraq antibiotiklər dəyişir və onun uzun müddət istifadəsi düzgün deyil. Antibiotiklər mikrobların artıb törəməsinin qarşısını alan, onları məhv edən maddədir. Bu maddə təbii və ya yarımsintetik şəkildə bitki və kimyəvi mənşəli məhsullardan alınır. Orqanizmə daxil olan istənilən antibiotik kənar mikrobların məhvinə hədəflənir. Yersiz istifadə olunanda bizə lazım olan bakteriyaları da öldürür ki, nəticədə balans pozulur”.

O bildirib ki, hazırda mindən çox antibiotik istehsal olunsa da, yalnız onun 200 növü daha çox istifadəyə yarayır. Bəzi həkimlər ən sadə xəstəlik zamanı da antibiotikdən istifadə edilməsini məsləhət görürlər. Lakin bu sahədə ən yaxşısı aparılan diaqnozdan sonra müalicənin təyin edilməsidir: “Düzgün diaqnozun qoyulması ilə xəstəliyin müalicəsində antibiotikə ehtiyac olub-olmadığını müəyyən etmək mümkündür. Məsələn, öskürək zamanı bəlğəm əkilməlidir. Aşkar olunan bakteriyaya qarşı hansı antibiotikdə həssaslıq varsa, məhz onu qəbul etmək lazımdır. Qrip virusuna yoluxma zamanı aptekdən antibiotik almaq səmərəsizdir”.

Həkim antibiotikin təbii bitkilərdən əldə edilməsindən danışıb: “Xüsusilə uşaqlar xroniki xəstəliklərdən əziyyət çəkəndə və uzun müddət dərman qəbul etdikdə propolisdən istifadə olunması daha məqsədəuyğundur. Payız-qış aylarında profilaktika məqsədilə həmin arı məhsulunda faydalanmaq olar.
Propolislə yanaşı orqanizmin müqavimətini artırmaq üçün çiçək tozu, udi-hindi tozu və s. istifadə etmək mümkündür. Məsələn, adaçayını dəmləyib içmək də yaxşı vasitədir. Cökə, qreypfrut şirəsi qəbul etmək də tövsiyə olunur. Virus əleyhinə ən yaxşı təsir göstərən bitkilərdən biri də dəmrovotu və exinasiyadır”.

Həkim-fitoterapevtin dediyinə görə, bu məqsədlə çox vaxt zəncəfil, darçın, kəklikotu bitkilərindən də istifadə edilir, əslində isə həmin bitkilərin qətiyyən antibiotik təsiri yoxdur. Daha çox tərqovucu və tonuslandırıcı təsir göstərsə də, patogen (xəstəlik yaradan) bakteriyalara təsir etmir.
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır