"Azərbaycanda qadınlara əlçatmaz olan heç bir fəaliyyət sahəsi yoxdur" — Deputat
Medeniyyet
Oxunub: 485
13 noy 2018 | 17:17
"Azərbaycanda qadınlara əlçatmaz olan heç bir fəaliyyət sahəsi yoxdur" — Deputat















Azərbaycan Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, deputat Sevinc Fətəliyeva Böyük Britaniya parlamentində təşkil olunan Ümumdünya Qadınlar Konfransında iştirak etmək üçün noyabrın 7-8-də Londonda səfərdə olub.
Konfransda parlamentarilər qadın liderlərin fəaliyyətinin gücləndirilməsi, qadın parlamentarilərin öz parlamentlərində mümkün qədər səmərəli və nüfuzlu olmalarının yolları barədə müzakirələr aparıblar.

Səfər çərçivəsində deputat “The London Post” qəzetinə müsahibə verib. Müsahibədə Sevinc Fətəliyeva konfransla bağlı təəssüratlarını bölüşüb, Azərbaycanda qadın hüquqlarının tarixi və vəziyyətindən danışaraq deyib:
“Konfrans iştirakçıları hazırda bütün qadın parlamentarilərin üzləşdiyi məsələləri müzakirə ediblər. Siyasətdə qadın olmaq nə deməkdir, bu yolda olan maneələri necə dəf etmək lazımdır, səmərəliliyi necə artırmaq olar, qadınların siyasətdə daha çox təmsil olunmasını necə təmin etmək mümkündür kimi məsələləri nəzərdən keçiriblər. Həmçinin konfransda qızların təhsili, qadınlara qarşı zorakılıq, qadınların iqtisadi müstəqilliyi və ailə ilə siyasi karyeranın qurulması mövzuları da müzakirə olunub. Konfransda, demək olar ki, dünyanın bütün qitələrindən, müxtəlif dinlərin, müxtəlif mədəniyyətlərdən, haqlarını müxtəlif yollarla əldə edən, lakin eyni dəyərləri və bənzər çətinlikləri paylaşan qadınlar iştirak edirdilər. Bütün dünyada qadınlar daim siyasətdə daha çox təmsil olunmaq və bərabər hüquqlar uğrunda mübarizə aparırlar. Biz bu il Azərbaycanda qadınların seçmək və seçilmək hüququ qazanmalarının 100-cü ildönümünü qeyd edirik. Ona görə də Azərbaycanda qadınların hüquqları mövzusu uğur hekayəsi hesab oluna bilər. Lakin digər ölkələrin təcrübəsi də çox qiymətlidir. Konfransdakı bütün müzakirələrin ana xətti ondan ibarət idi ki, coğrafi məkan və milliyyətindən asılı olmayaraq qadınlar özlərinə daha çox inanmalıdırlar. Biz hər zaman ailəsi olan qadınların da kişilər qədər özlərini işə həsr edə biləcəklərini sübut etmək ehtiyacı duyuruq. Daha etimada və gender əsaslı ayrı-seçkiliyi aradan qaldırmağa ehtiyac var. Azərbaycanda qadın hüquqlarının bizim üçün dəyərli olan uzun tarixi irsi var, o qorunur və gündən-günə inkişaf etdirilir. 100 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyəti dövrünü qabaqlayan çox mütərəqqi qərar verildi – müsəlman şərqində ilk dəfə olaraq qadınlar da kişilərlə bərabər seçmək və seçilmək hüququ qazandılar. Ənənəvi olaraq qadınlar təhsil, elm, səhiyyə və mədəniyyət sahələrində daha çox təmsil olunurlar. Lakin bu gün dövlət dəstəyi sayəsində qadın məmurların, hüquq-mühafizə orqanları işçilərinin, siyasətçilərin və ictimai xadimlərin sayı artmaqdadır. Ölkənin Birinci vitse-prezidenti qadındır, qadın deputatların sayı çoxalır. Azərbaycanda qadınlara qapalı, yaxud əlçatmaz olan heç bir fəaliyyət sferası yoxdur. Qadın hüquqları Konstitusiyada təsbit olunub və dövlət siyasətində əksini tapıb”.
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"