Bu ölkələrdə Youtube, Facebook, Whatsapp, Twitter qadağandır – Siyahı
Medeniyyet
Oxunub: 510
18 noy 2018 | 16:10
Bu ölkələrdə Youtube, Facebook, Whatsapp, Twitter qadağandır – Siyahı













Bu gün internet saytlar, insanların yararlandığı onlayn hesablar bütün dünyada yayılıb və istifadə olunur.
Xüsusilə, sosial şəbəkələr az qala həyatımızın ayrılmaz hissəsinə çevrilib. Buna baxmayaraq, bəzi ölkələrdə şəbəkələrdən istifadə məhdudlaşdırılıb, ya da tamamilə qadağan edilib.

Modern.az sosial şəbəkələrin qadağan olunduğu, nisbətən məhdudiyyət tətbiq edildiyi və ölkələri və bunların səbəblərini araşdırıb.

Sosial şəbəkələrin qadağan edildiyi ən böyük ölkələrdən biri Çindir. Çin Xalq Respublikasında Facebook, Twitter kimi sosial media tətbiqetmələrinə, Google-a və Vikipediyaya giriş yasaqdır. Hətta Çinin sərt qadağaları “New-York Times” kimi məşhur qəzetin saytı da daxil olmaqla bəzi saytlara şamil edilir. Özünün axtarış brauzerlərinə və sosial şəbəkələrə malik olan Çində internetdə kimlərin əlçatan olacağına nəzarət edən xüsusi idarə var.

Son illər Google və Facebook-un bu ölkənin internet şəbəkəsinə üçün etdiyi cəhdlər nəticəsiz qaldı. Hazırda Çində, populyar saytların böyük qisminin adını belə eşitməmiş nəsil yetişir.

Şimal qonşumuz olan Rusiya da internet meydanıan ciddi nəzarət edən dövlətlərdəndir. İşgüzar insanların, iş axtaran şəxslərin başlıca istifadəçisi olduğu Linkedin şəbəkəsi Rusiyada istifadə edilmir. Digər ölkələrdə yaşayan ruslar Rusiyadan çıxdıqdan sonra Linkedin-ə daxil ola bilirlər.

Bundan başqa Yehova Şahidlərinə aid sayt da Rusiyada qadağandır. Bu saytın qadağan olunmasına səbəb kimi cəmiyyəti təhlükəyə atması, izləyicilərinin tibbi yardım almağına icazə verməməsi, ailələri dağıtması iddiaları və uşaq əməyinin istismarı kimi nüanslar göstərilir. Bundan başqa, qadağan olunan dini təriqətin nəzarətindəki kilsələrin də dövlətə təhvil verilməsi tələb olunub.

2018-ci ilin aprel ayında Telegram şəbəkəsinin bəzi mesajları verməsi barədə məhkəmə qərarı çıxaran Rusiya qərarın icrasına nail olmadı. Rəsmi Moskva Telegramı küncə sıxışdırmaq üçün Google və Amazon-un bulud platformalarını məhdudlaşdırıb. Rusiya 15.8 milyon IP ünvanını Teleqram istifadə etdikləri üçün blok etdi. Ancaq məsələnin banklara və online satışla məşğul olan saytlara ziyan vurması səs-küyə səbəb oldu. Ruslar isə VPN istifadə edərək senzuranı aşdılar.

Archive.Org saytı da Rusiyada qadağandır. Bunun səbəbi isə Rusiya hökumətlərinin təcavüzkar hesab etdiyi İslam dövləti haqqında videonun saytda yerləşdirilməsidir. Bu videonun paylaşıldığı 400-ə yaxın saytdan videonun silinməsini istəyən Rusiya bu tələbini qəbul etməyən saytlara girişi məhdudlaşdırdı.

Rusiyada qadağan edilən 74 min saytın arasında məşhur Reddit şəbəkəsi də var. Qadağanın səbəbi isə narkotik təsiri olan göbələyin evdə becərilməsi qaydalarını izah edən məqalənin şəbəkədə yer almasıdır. Bu məqalənin rus istifadəçilərdən gizlədilməsini istəyən rusiyalı tənqidçilər, nəticədə saytın bağlanmasına nail oldular. Məqalə silindikdən sonra Reddit-ə giriş yenidən bərpa olundu. O zaman bu hadisə böyük səs-küyə səbəb olmuşdu.

Skype, Snapchat, Whatsapp, Teleqram, Facetime kimi sosial şəbəkələr isə Birləşmiş Ərəb Əmirliklərində, Qətər və Səudiyyə Ərəbistanında qadağan edilib.

Məlumata görə, bu ölkələrdə internet üzərindən axtarış həyata keçirilməsini təmin edən saytlar uzun müddət yasaqlı qalıb, ya da məhdudlaşdırılıb. Bu qadağanın səbəbi kimi cəmiyyətdəki reaksiyaları azaltmaq olduğu göstərilsə də, sosial şəbəkələrin istifadəsinə məhdudiyyətin tətbiq edilməsinin səbəbi puldur. Bu ölkələrdəki telekommunikasiya sistemlərinin böyük səhmdarları tətbiqetmələri hazırlayan bir çox şirkətdən lisenziya tələb edirlər.

İran da sosial şəbəkələrə girişi qadağan edən ölkələrdən biridir. Burada Teleqram və İnstagrama giriş məhdudlaşdırılıb. İranda 2017-ci ilin 30 dekabrından – 2018-ci ilin yanvarın 13-nə qədər davam edən etirazlar zamanı adıçəkilən sosial şəbəkələrdə hökumət əleyhinə mesajlar səsləndirildi. Müxalifətin hökumət əleyhinə çıxışları İnstagram və Telegram vasitəsilə yayması, bəzi xarici platformalarla buradan əlaqə qurması sosial şəbəkələrin İranda bağlanmasına gətirib çıxardı.

Ayrı-ayrı vaxtlarda Çin, İran, Sudan, Cənubi Sudan, Türkiyə, Suriya, Pakistan kimi ölkələr Youtube şəbəkəsinə qadağa tətbiq ediblər.

Suriyada bu nəhəng platformaya daxil olmaq 2011-ci ildə başlayan vətəndaş müharibəsindən sonra məhdudlaşdırıldı.

Türkiyədə isə uzun müddətdir qadağan olan Vikipediyanın bağlanma səbəbi ləğvi tələb edilən bəzi məqalələrin silinməməsidir. Üstəlik Vikipedia Türkiyəni terrorçu təşkilatlarla əlaqədə olmaqda ittiham etdiyindən qardaş ölkədə bu platformaya giriş qadağandır.

Sosial şəbəkələrdən istifadəyə bu ölkədə rəsmi qadağa yoxdur, amma demək olar, hər hansı hadisə baş verdikdə Türkiyədə Twitter-ə giriş mümkün olmur. Zaman-zaman məhkəmənin qərarı ilə Youtube da məhdudlaşdırılır.

Türkmənistanda Whatsapp Messenger və Viber, eləcə də Youtube, Facebook, Twitter, Vkontakte qadağandır. Türkmənistan hakimiyyəti ölkədə sosial şəbəkələrin istifadəsinə tənqidi yanaşır.

Özbəkistanda da təxmini eyni vəziyyət hökm sürür. İnternetdən istifadə günün bəzi saatlarında məhdudlaşdırılır. Burada sosial şəbəkələr qadağan deyil, hətta Facebook populyardır, amma Skype və Viber-ə giriş imkansızdır.

Tacikistanda da 2012-ci ildə Facebook sosial şəbəkəsindən istifadəyə qadağa tətbiq edilib. Amma aktiv istifadəni nəzərə alaraq, bir neçə ay sonra bu şəbəkəni bərpa ediblər.

Müsəlman ölkələrindən biri olan Pakistan Whatsapp, Viber, Skype, Facebook və Youtube kimi şəbəkələr üçün qadağa tətbiq edib.

Facebook şəbəkəsinə məhdudiyyət qoymuş ölkələrdən biri də Vyetnamdır. Burada hökumət şəbəkədə paylaşılan məlumatları diqqətlə izləyir. Hakimiyyətin ünvanına tənqidi fikirlər səsləndirən istifadəçilər böyük məbləğdə cərimə oluna bilərlər.

2011-ci ildə “Ərəb baharı”ndan sonra Misirdə Twitter, Youtube və Facebook kimi sosial şəbəkələrə qadağalar tətbiq edildi. Ölkədə qeyri-sabitlik yaşandığı dövrlərdə internetə, sosial şəbəkələrə giriş zaman-zaman məhdudlaşdırılır.

Sosial şəbəkələrə qadağa baxımından ən çox adıçəkilən ölkə isə Şimali Koreyadır. Bu ölkədə ümumiyyətlə internetə çıxış yoxdur. Sadə vətəndaşlar üçün internetdən istifadə imkansızdır. Lakin ölkədə daxili məlumat mübadiləsi üçün müvafiq şəbəkə mövcuddur.
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...