Azərbaycanlı aktyor Türkiyənin dünyanı silkələyəcək ən iribüdcəli TARİXİ FİLMİNDƏ - VİDEO
Medeniyyet / Video
Oxunub: 548
22 noy 2018 | 23:46
Azərbaycanlı aktyor Türkiyənin dünyanı silkələyəcək ən iribüdcəli TARİXİ FİLMİNDƏ - VİDEO














Dünən İstanbulda azərbaycanlı aktyor Namiq Rüstəmxanlının çəkildiyi "Deliler Fatih'in Fermanı" filminin təqdimat mərasimi keçirilib.

Publika.az xəbər verir ki, qala gecəsində baş rol ifaçısı Cem Uçan Sabir, Tənzilə və Cəmil Rüstəmxanlılara öz təşəkkürlərini bildirərək filmin həyata keçməsində onların böyük rolu olduğunu vurğulayıb:

“Dünya standartlarında film çəkməyə çalışdıq. Necə deyərlər, qan, tər və göz yaşıyla çəkdik. Filmdə Çox önəmli aktyorlar rol alıb. Bu günə qədər film bizim idi. Bu gündən etibarən o Türkiyədəki 80 milyon dəlinin filmi olacaq”.

Uçan bildirib ki, filmin çəkilişlərinə bir il hazırlaşıblar:

"Dörd ay ərzində bütün aktyor yoldaşlarımızla peşəkar bir komandadan döyüş dərsi aldıq. İstər fiziki, istərsə də zehni və duyğusal baxımdan böyük əziyyət çəkmişik. Filmdə bir çox aktyorlar zədə aldı. Mən üç dəfə atdan yıxıldım. Amma bunlar bizi heç vaxt qorxutmadı”.

Aktyor İsmayıl Filiz təəsüratlarını belə ifadə edib:

“Dəlilər tarixin tozlu səhifələrində qalan bizim həqiqi qəhrəmanlarımızdır. Öz qəhrəmanlarımızı təkrar xatırlatmağa və türk tamaşaçısı ilə görüşdürməyə çalışırıq”.

Layihədə "Vlad Tepeş" xarakterini canlandıran Erkan Petekkaya də böyük əmək sərf etdiyini vurğulayıb:

"Bu filmdə texniki komanda, qrim, saç ustalarının və geyimlərimizi hazırlayan modelyerlərin böyük əməyi var. Filmi izləyəndə görəcəksiniz ki, hər şey çox çətin idi. Əvvəlcə bütün texniki heyətə və bu işdə əməyi keçən bütün dostlarıma təşəkkür edirəm. Maraqlı, fərqli bir iş görmüşük. İnşallah tamaşaçılarımız bəyənər”.

"Mübariz" xarakterini canlandıran azərbaycanlı aktyor Namiq Rüstəmxanlı isə çox sevincli olduğunu gizlətməyib:

“Əslində bu, sadəcə tarixi izah edən bir film deyil. Bu, günümüzün də filmidir. Çünki izləyərkən də görəcəksiniz ki, Trabzonda şəhid olan Erenimiz (Eren Bülbül), Qarabağda şəhid olmuş Mübariz İbrahimov kimi insanları filmdə canlandırmışıq. Sadəcə Türkiyə tarixi təsvir olunmayıb. Ana, atasını, bütün qohumlarını və yaxınlarını gözləri qarşısında itirən və “Sizi Allaha şikayət edəcəyəm” deyən suriyalı bir uşağın xatirəsi də təsvir olunub”.

Rejissorluğunu Osman Kayanın etdiyi filmin ssenarisini Mustafa Burak Doğu və İbrahim Ethem Arslan qələmə alıb. Filmdə həmçinin Kamil Gülər, Batın Uçan, Serhat Şahin, Mehmet Ali Karakuş, Mehmet Pala, Hakan Yufkacıgil, Berat Efe Parlar, Rüzgar Aksoy, Gökçe Özyol, Demet Tubncer və başqaları rol alıb.

Qeyd edək ki, Türkiyədə "Angel Yapım” şirkətinin istehsalı ilə Osmanlı İmperiyasının dünyanı titrədən ordusunun, ən öndə gedən mərd döyüşçülərinin qəhrəmanlıqlarından bəhs edən "Dəlilər” filmi 20 milyon TL-yə başa gəlib. İddia edilir ki, ekran işi "Game of Thrones” və "Vikings” kimi layihələri kölgədə qoyacaq.

Möhtəşəm səhnələrin yer aldığı və təsirli ssenarisi olan film 15-ci əsrdə Fateh Sultan Mehmetin Eflak Voyvodalığına təyin etdiyi Vlad Tepeşin xalqa etdiyi zülmdən danışır. Tepeş vəzifəsinin ilk illərində Osmanlıya sadiq qalsa da, sonralar əhaliyə qarşı dəhşətli qəddarlıqlar etməyə başlayır. Fatih Sultan Mehmet isə dinindən və millətindən asılı olmayaraq, insanlara edilən bu zülmə səssiz qalmır. Fatih Sultan əvvəlcə Vlad Tepeşə elçisiylə xəbərdarlıq yollayır. Vlad elçinin sarığısını başına mismarlayıb İstanbula göndərəndə Osmanlı sultanın səbri daşır və onun cinayətlərinə son qoymağa qərar verir.

Fatih bu zülmə tezliklə son vermək üçün Baba Sultana əmr verir. Baba Sultan "Dəlilər Birliyi" nin ən cəsur igidlərdən yeddisini Vladın hökm sürdüyü Targoviçdeye göndərir. Bu yeddi qəhrəman: Gökkurt, Aşkar, Mübariz, Çebi, Suskun, Kongar və Adsızdır.
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...