Üzeyir Hacıbəylinin xatirəsi yad edilib
Medeniyyet
Oxunub: 441
24 noy 2018 | 11:10
Üzeyir Hacıbəylinin xatirəsi yad edilib















Bu gün Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin xatirə günüdür. Bu münasibətlə bəstəkarın Ev-muzeyində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Üzeyir Hacıbəylinin qohumu, professor Telman Ağdamski bəstəkarın həyat və yaradıcılığı barədə qısa məlumat verib.

Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası bütün Şərqdə ilk opera olub və Azərbaycan musiqisi tarixində yeni səhifə açıb. Tamaşanın premyerası 1908-ci ildə Bakı Dram Teatrının səhnəsində böyük uğurla keçib. Bundan sonra bir-birinin ardınca Ü.Hacıbəylinin yeni əsərləri – “Şeyx Sənan”, “Rüstəm və Zohrab”, “Şah Abbas və Xurşudbanu”, “Əsli və Kərəm” muğam operalarını, “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarının premyeraları tamaşaçılara təqdim edilib.

Üzeyir Hacıbəyli təkcə bəstəkar deyil, həm də görkəmli maarifçi idi. O, “Yeni iqbal” qəzetinin baş redaktoru, sonra həmin qəzetin naşiri, daha sonra “Azərbaycan” qəzetinin redaktoru olub. 1917-ci il oktyabr inqilabından və Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Üzeyir Hacıbəyli respublikada musiqi təhsilinin inkişafına şərait yaradır, Azərbaycanda peşəkar musiqi sənətinin inkişafına xeyli qüvvə sərf edirdi. 1920-1930-cu illərdə o, özünün təşəbbüsü ilə yaradılmış musiqi məktəbinə rəhbərlik edib, xalq çalğı alətləri orkestri, ilk Azərbaycan xoru və başqa kollektivlər yaradıb. Elə həmin dövrdə Üzeyir Hacıbəyli tədris işi ilə məşğul olub: Bakı Konservatoriyasının prorektoru, daha sonra rektoru olub, 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının İncəsənət İnstitutunun direktoru təyin edilib.

O, iki çağırış SSRİ Ali Sovetinin deputatı olub, Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edib. İctimai işinin çox olmasına baxmayaraq, respublikada musiqi mədəniyyətinin müxtəlif məsələlərinə, xalq musiqisinin öyrənilməsinə həsr edilmiş məqalələr yazmaqda davam edirdi.

Üzeyir Hacıbəylinin 1936-cı ildə yazdığı “Koroğlu” operası isə həmin dövrdə onun bəstəkar kimi yaratdığı ən yaxşı əsər hesab edilir. O həm də özünün bir sıra səhnə əsərlərinin libretto müəllifi olub. Böyük Vətən müharibəsi illərində bəstəkar vətənpərvərlik mövzusunda bir sıra mahnılar, “Vətən və cəbhə” kantatası, habelə “Sənsiz” və “Sevgili canan” romanslarını, Qələbə günü münasibətilə “Qələbə himni” yazıb.
Azərbaycanın Əməkdar incəsənət xadimi, SSRİ Xalq artisti, iki dəfə Stalin mükafatı laureatı, akademik və professor Üzeyir Hacıbəyli Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və bir sıra medallarla təltif olunub.

Üzeyir Hacıbəyli 1948-ci il noyabrın 23-də Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub. Bəstəkarın xatirəsini əbədiləşdirmək üçün Azərbaycan Dövlət Konservatoriyasına (1995-ci ildən Bakı Musiqi Akademiyası), simfonik orkestrə, Bakıdakı və respublikanın digər şəhərlərindəki küçələrə onun adı verilib. Azərbaycan mədəniyyət xadimləri üçün Üzeyir Hacıbəyli adına mükafat təsis olunub, Vyanada və Bakıda ona abidə ucaldılıb.

Mərhum şair Tofiq Bayramın şeirlərindən biri dahi bəstəkarın yaradıcılıq irsinin qorunub saxlanması və təbliği üzrə böyük iş aparan müəssisəyə - Üzeyir Hacıbəylinin Ev-muzeyinə həsr edilib.

Tədbirdə Asəf Zeynallı adına musiqi məktəbinin tələbəsi Amalya Məmmədova həmin şeiri oxuyub.

Sonra tədbirin bədii hissəsi başlanıb, bəstəkarın əsərlərindən parçalar səslənib.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb