Yetim Eyvazın oğlunun qadın olması sosial mediada polemika açdı - Tarixçəsi/video
Medeniyyet
Oxunub: 476
29 noy 2018 | 12:45
Yetim Eyvazın oğlunun qadın olması sosial mediada polemika açdı - Tarixçəsi/video















Sosial şəbəkələrdə ən çox müzakirəyə çıxarılan məsələ tənqidçi mərhum şair Eyvaz Qurbanovun (Yetim Eyvaz) oğlu, müğənni Aqşin Qurbanov Türkiyədə cinsini dəyişərək qadın olmasıdır.

Cahan.info xəbər verir ki, bu barədə teleqraf.com-a açıqlamasında gənc müğənninin özü deyib. O bildirib ki, bu addıma görə peşman deyil:

“Hər kəsin həyatda bir seçimi var, bu da mənim seçimimdir. Mənə belə rahatdır. Arzumu Türkiyədə gerçəkləşdirdim. Heç kim mənə artıq-əskik sual verməsin”.

Yetim Eyvaz 2017-ci ilin iyul ayında dünyasını dəyişib. Xalq içində böyük rəğbəti var. Onun şeirləri, cəmiyyətdəki eybəcərlikləri tənqid edən sözləri həmişə hörmət qazandırıb. Amma övladının belə çıxması ictimai qınağa səbəb olub.

Təəssüf ki, bəzi sosial şəbəkə istifadəçiləri şairi günahlandırıblar. Ancaq onun ittiham olunması yersizdir. Yetim Eyvaz heç vaxt istəməzdi ki, övladı belə çıxsın. İkincisi, valideynlər övladlarının bu yaşda məsuliyyətini daşımırlar.

Sözsüz ki, xalqın içində böyük hörmət qazanmış, öz bölgəsinin Sabiri kimi ad çıxarmış Yetim Eyvazın övladının cinsini dəyişməsi bir ata faciəsidir.

Eyni zamanda onun şeirlərinə, dediyi kəlmələrə kölgə salmır. Əgər onun oğlu cinsini dəyişibsə, öz adını daşıyır. Ancaq hər halda xalq içində hörmət qazanmış atasını düşünərək addımn atardı, bu faktoru nəzərə alardı.

Sosial şəbəkə istifadəçiləri isə ikiyə bölünüblər. Kimisi bunu insanın müstəqil qərarı, şəxsi düşüncəsi sayır, hesab edir ki, Qərb ölkələrində bu hallar olduqca adi qarşılanır, kimisi isə Yetim Eyvaz kimi kişilikdən, mərdlikdən, dürüstlükdən şeirlər yazan bir şairin oğlunun qadın çıxmasını pisləyir, biabırçılıq hesab edir.

Eyvaz Qurbanov 26 fevral 1952-ci ildə Siyəzən rayonunda аnаdаn оlub. Siyəzən şəhər Cəfər Cabbarlı adına 1 nömrəli məktəbdə oxuyub. 10 ildən sonra hərbi xidmətə getib. 21 il sürücü işləyib.

1996-cı ilə kimi çox yaxşı yaşayıb, amma 1996-2006-cı illərdə pul qazanmaq üçün hər əziyyətə qatlaşıb. Odun doğrayıb satıb, sürücülük edirdi. 2006-cı ildə Youtube-da “Yaz yağışı” şeiri ilə populyarlıq qazanıb.

Şeir yazmağa 15 yaşında başlayıb. Öz dediyinə görə, bu günə qədər 2423 şeir yazmışdı. Ümumiyyətlə, onun yazdığı və toylarda söylədiyi musiqili şeirlər böyük şöhrət qazanmış və onu xalqa sevdirmişdi. Eyvaz Qurbanovun 2 qızı və 2 oğlu var idi.

Tromb xəstəliyindən əziyyət çəkən şair 23 iyul 2017-ci ildə 65 yaşında vəfat edib. Amma iki oğuldan biri gündəmə cinsiyyətini dəyişməklə gəlib.

Onun oğlu, cinsini dəyişən müğənni Aqşin Qurbanov atasının öldüyü gündən yas mərasimində iştirak etməyib.Oxu.Az-a bu barədə məlumatı 8 ildir şairin sürücüsü işləyən Anar bəy vermişdi.

“Eyvaz bəyin 3 qız, 2 oğlan övladı var. 20 ildən artıqdır həyat yoldaşından ayrılıb, uşaqlar anaları ilə birgə, şair isə tək yaşayırdı. Lakin Eyvaz bəy övladlarına maddi və mənəvi cəhətdən dəstək olurdu. Onlar da ataları ilə görüşürdü.

Atasının yalnız Aqşinlə münasibətləri yox idi. Neçə ildir ki, görüşmürdülər, ancaq pula ehtiyaca olanda ona da kömək edirdi.

Digər övladlar artıq ailə həyatı qurub, Aqşin anası ilə birgə yaşayır.Aqşindən başqa, digər övaldlar atalarının yas mərasimində iştirak etdilər”.

Anar bəy “Şairin səhhəti pisləşəndə siz onun yanında idiniz, hadisə necə baş verdi, onun son sözləri nə oldu?” sualımıza cavabında bunları deyib:

“Bəli, biz onun evində idik, mənə dedi ki, özümü pis hiss edirəm. Həkim çağırmağı təklif etdim. Dedi ki, “Həkim lazım deyil”. Əhvalının get-gedə daha da pisləşdiyini görüb, onun sözlərinə məhəl qoymayaraq, evə həkim dəvət etdim.

Daha sonra qardaşına xəbər verdim. Onlar gəldilər və həkimin də qərarına görə, xəstəxanaya aparmağı məsləhət gördülər. Lakin şair buna da razı olmadı.

Vəziyyətinin daha da ağırlaşdığını hiss edib, Siyəzən rayon Mərkəzi Xəstəxanasına çatdırdıq. Orada səhər saatlarında keçindi”.
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Dünən, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Dünən, 11:45
Sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntüləri - VİDEO
Dünən, 11:36
MN: Azərbaycan Ordusu Ermənistanın kvadrokopterini zərərsizləşdirib - FOTO
Dünən, 11:14
Azərbaycan XİN Fransaya cavab verib
Dünən, 10:59
“Atam heç bir xəstəlikdən əziyyət çəkmirdi” - Tural Rəcəbli
Dünən, 10:48
Əsgəran avtomobil yolunun inşasına start verilib
Dünən, 10:40
İlham Əliyev Kayrat Sarıbayı qəbul edib
Dünən, 10:35
Hadı Rəcəblinin müəllimlər, sosial şəbəkələr, gəlinlər haqda dedikləri gündəm olmuşdu...
Dünən, 10:27
Sərhədlərin bağlı saxlanmasında İran nüansı... - AÇIQLAMA
Dünən, 10:06
Azərbaycan QHT-si Narkotiklər üzrə Vyana QHT Komitəsinə üzv qəbul edildi
Dünən, 09:55
Aytən Səfərovanın maşını aşdı, xəstəxanadadır - VİDEO
Dünən, 09:37
Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bəlli olub
Dünən, 09:18
Fransa səfiri Azərbaycandan geri çağırıldı
Dünən, 09:10
Hadı Rəcəbli vəfat edib - YENİLƏNİB - AÇIQLAMA
Dünən, 09:00
KİV: Rusiya sülhməramlıları Azərbaycanı tərk edir: TAM VƏ BİRDƏFƏLİK - VİDEO
16-04-2024, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
16-04-2024, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
16-04-2024, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
16-04-2024, 14:34
Akademik Zərifə Əliyeva
16-04-2024, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
16-04-2024, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”