Azərbaycanlı yeni icadı ilə hamıya meydan oxuyur – FOTO-VİDEO
Medeniyyet
Oxunub: 411
9 dek 2018 | 09:10
Azərbaycanlı yeni icadı ilə hamıya meydan oxuyur – FOTO-VİDEO














Yaşamaq üçün suyun nə dərəcədə vacib olduğu hər kəsə məlumdur. Dağlıq ərazilərdə yaşayanların su təchizatı isə olduqca çətin olur. Odur ki, çoxları çıxış yolunu öz həyətlərində artezian quyuları qazmaqda görür. Lakin dağlıq yerlərdə quyu qazmaq üçün mütləq xüsusi texnika gərəkdir. Əksər yerlərdə isə artezian quyusu qazmaq üçün Sovet istehsalı və qabaritləri olduqca böyük olan “Ural” markalı yük avtomobillərindən istifadə edilir.

Lerik rayon Pirzəkücə kənd sakini, əvvəllər sürücü işləmiş Nemət Əliyev isə artezian qazmaq üçün yeni texnika icad edib. Onun Sputnik Azərbaycan-ın bölgə müxbirinə dediyinə görə, ərsəyə gətirdiyi qurğunu hazırlamaq üçün xarici ölkələrin istehsalı olan avtomobil və digər texnikaların hissələrindən faydalanıb: “Bu maşını artezian su quyularını qazmaq üçün yığmışam. Hətta SSRİ-nin istehsal etdiyi “DT-75” traktorunun, “Zaporojets” avtomobilinin hissələrindən belə, istifadə etmişəm”.

N.Əliyevin icad etdiyi texnika ölçüsünə görə “Ural”lardan kiçik olsa da, qazma gücü onlardan üstündür. Həmçinin az yanacaq sərf edir: “Maşının motoru dizel yanacağı ilə işləyən “Mercedes Benz-Vito” markalı “Minivan” avtomobilinindir, həcmi 2,3 kub santimetrdir, 130 at gücündədir. Yanacaq sərfiyyatı olduqca azdır. Digər quyu qazan maşınlardan qat-qat qənaətcildir. Bir gün ərzində cəmi 15-18 litr yanacaq sərf edir”.

N.Əliyev onu da vurğulayıb ki, ixtira etdiyi qurğunun ölçüsü digər quyu qazan maşınlardan çox kiçikdir: “Qazma oxu 4 metrdir, özünün uzunluğu isə cəmi 3 metr 30 santimetrdir. Bu texnikanın üstünlüyü həm də ondadır ki, ölçüsü kiçik olsa da, Sovet istehsalı olan quyuqazan maşınlardan daha dərin qaza bilir. Digər artezian quyuqazan avtomobillərə porşenli su nasosu quraşdırılıb, mən isə buna təsərrüfatda işlədilən mərkəzləşdirilmiş su nasosu qoşmuşam”.

Maraqlısı odur ki, bu texnikanı yaradanda ixtiraçının əsas məqsədi traktor düzəltmək imiş: “Prezident İlham Əliyev “İslam oyunları”nın simvolu olaraq suyu müəyyənləşdirikdən sonra mən də fikrimi dəyişdim. Artezian quyusu qazan maşın yaratmağı qərara aldım. Allaha şükür, tam ərsəyə gətirmişəm, ancaq hələ ki, xüsusi ad verməmişəm. Bu texnikanın ideyası mənə aiddir və heç kimin köməyi olmadan, təkbaşına yığmışam. Maşının cəmi 3 detalını zavod şəraitində düzəltdirmişəm. Yerdə qalan bütün işləri tokar, elektrik qaynağı və s. hamısını özüm görmüşəm. Təxminən, 18 ay bundan əvvəl bu maşını yığmağa başladım və ötən ay bitirdim”.

“Maddi vəziyyətim tam əl vermədiyi üçün bu maşını yığmağa görə bankdan kredit götürmüşəm. Qurğunu tam hazır vəziyyətə gətirmək üçün 38-40 min manat xərcim çıxıb. İşimi dövlət səviyyəsində tam təkmilləşdirsəm, bu texnikadan çoxmərtəbəli binaların istinad divarlarının, elektrik dirəklərinin bünövrəsinin qazılmasında, hətta ağac əkmək üçün də istifadə etmək olar” – deyə müsahibimiz qeyd edib.

N.Əliyev düzəltdiyi texnikaya dövlət səviyyəsində ad verilməsini və dövlət səviyyəsində istehsal edilməsinə başlanılmasını istəyir. Gələcəkdə isə mini traktor yığmağı planlaşdırır. Yəni ölçüləri “Pikap” avtomobillərinin yük yerlərində daşına biləcək qədər kiçik, gücü isə ölçüsündən çox böyük olsun.

Müsahibimiz onu da bildirib ki, yaratdığı texnika quyu qazdırmaq istəyən sakinlərə çox sərf edir: “Əvvəlki texnikalara boş torpaq qatının 1 metrini 25-30 manata qazdırırdılarsa, mən 15-20 manata qazıram. Daş laylarda isə təbii ki, qiymət dəyişir. Qazılan quyunun məkanından çox şey asılıdır. Boş torpaq və ya çınqıl olanda yaratdığım maşın bir günə öz işinin öhdəsindən gəlir. Torpaq səthinin altında qaya və ya daş qatı varsa, qurğu ancaq 1,50 və ya 1,80 metr qaza bilir”.

Qeyd edək ki, N.Əliyevin bu günə kimi qazdığı ən dərin quyu 56 metr olub.

Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”