“Anam və bacım da bu xəstəlikdən dünyasını dəyişib...” - Xərçəngə qalib gələn aparıcı...
Medeniyyet
Oxunub: 368
10 dek 2018 | 13:34
“Anam və bacım da bu xəstəlikdən dünyasını dəyişib...” - Xərçəngə qalib gələn aparıcı...














“Bu xəstəliyə qalib gəlmək üçün pozitiv olmuşam və qarşıma məqsəd qoyaraq demişəm ki, sən mənim üçün qripdən ağır xəstəlik deyilsən”

Artıq doqquz aydır ki, xərçəng xəstəliyi ilə mübarizə aparan tanınmış vəkil və aparıcı Zülfiyyə Bayramova xəstəliyinə qalib gəlib.

Bir müddət öncə Türkiyədən müayinədən qayıdan Z.Bayramova açıqlamasında əsrin bəlası hesab olunan xərçəng xəstəliyinə necə qalib gəlməsindən danışıb:

“Həm Azərbaycanda, həm də Türkiyədə müayinədən keçdim və həkimlər bildirdilər ki, artıq bədxassəli şiş yoxdur, yəni bundan xilas olduq. Amma kimyaterapiya olunmağımın bir çox orqanlarıma mənfi təsiri olub. Ona görə ağ ciyərimdə, mədəmdə cüzi problemlər yaranıb və həkimlər bildirdilər ki, bunlar da müalicədən sonra düzələcək. Bir ildən sonra tam olaraq hər şey qaydasına düşəcək, amma yenə də hər ehtimala qarşı üç aydan bir müayinədən keçəcəm”.

Z.Bayramova bundan sonra həmişə bu xəstəlikdən əziyyət çəkən insanlara dəstək olacağını bildirib:

“Xərçəng xəstəliyindən əziyyət çəkən insanlarla daim görüşürəm. İndi də bir xəstəyə baş çəkmək üçün hazırlaşıram. Bununla bağlı qarşıma məqsəd qoymuşam. Mən həm də anamı və bacımı da xərçəng xəstəliyindən itirmişəm. Anamla bacım çox zəif oldular. Mən öz üzərimdə eksperiment keçirdim ki, pozitiv olsam, heç nəyi vecimə almasam qalib gələ bilərəmmi. Heç özəl olaraq da qidalanmırdım, elə nə istəyirdim yeyirdim. Artıq saçlarım çıxmağa başlayıb. Keçdiyim ekperimenti bütün onkoloji xəstələrlə paylaşmağı qarşıma məqsəd qoydum, dedim ki, əgər bu uğurlu olarsa, onlar da bundan faydalansın. Şükür ki, istədiyim alındı və hətta türk həkim müayinə edəndə dedi ki, “Qız sən neyləmisən”. Bu xəstəliyə qalib gəlmək üçün pozitiv olmuşam və qarşıma məqsəd qoyaraq demişəm ki, sən mənim üçün qripdən ağır xəstəlik deyilsən. Nə qədər canımda can var, bu xəstəlikdən əziyyət çəkən insanların yanında olacam”.
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO