Ranar “Maşın”dan əlini nə üçün çəkdiyini etiraf etdi
Medeniyyet
Oxunub: 423
3 yan 2019 | 20:50
Ranar “Maşın”dan əlini nə üçün çəkdiyini etiraf etdi

















Xəbər veriyimiz kimi,”Maşın” şounun qalibi aktrisa Xəyalə Quliyeva olub.

“Dərgi.az” xəbər verir ki, finala Xəyalə və aparıcı Ranar Musayev qalıb. Sonda isə Ranar avtomobildən əlini çəkib və yarışmanı tərk edib. R.Musayev ona ünvanlanan suallara sosial media hesabında cavab verib:

“Hər kəsə ayrı cavab verə bilməsəm də, suallarınıza cavab olaraq, söz verdiyim paylaşımım:

Xəyalə çox mübariz oyunçu idi, onun iradəsinə heyranam. Təbi ki, Xəyalənin yerinə Sərxanla finalda olsaq, nəticələr başqa cür olacaqdı, amma mən oyundan qızları çıxara bilməzdim. Hələ Sərxanı çıxardığıma görə indiyə qədər üzülürəm. 100 dəfə ondan üzr istəmişəm.
O ki qaldı finalda əlimi çəkməyimə, heyif ki, o videonun ardı efirə getmədi. Əvvəla mənə 3-cü gecə güc gəlmişdi. İstəsəm, davam edə bilərdim. Sadəcə bilirdim ki, udsam da maşını Xəyaləyə verəcəm. Buna görə də nə özümü, nə də onu incitdim. 2 gün maşın ətrafında durduq. Bəs etdi. əlimi çəkəndə olan mübahisə maşına görə deyildi. Sadəcə Xəyaləyə dedim ki, sənə avtomobil vacibdir, mənə qalibiyyət hissi. Mən qalib olum, maşın sənin olsun. O, mənə inanmadı, bu da xətrimə dəydi.

Bu səbəbdən orada dayanmaq istəmədim. Fikrimi dedim və getdim. Getdikdən sonra anladım ki, sözlərim onun xətrinə dəydi, nəinki o mənim. Buna görə də halım çox pis oldu, köməyə çağırdım ki, məni Xəyalənin yanına aparın. Qayıtdım Xəyaləni öpdüm, qucaqladım. Üzr istədim ki, qalibiyyətinə sevinsin. Onun maşın istəyi mənim qalib olmaq hissimdən vacib və üstün idi. Ona baxanda özümü saxlaya bilmirdim ki, istəyi çox böyükdür, mən udsam, bununla yaşaya bilmərəm. Hər iki halda udsam da, uduzsam da maşın onun olacaqdı. Bu halda özümə sual verdim ki, Ranar, sənə nə vacibdir? Qalibiyyət, yoxsa azadlıq? Bu suala olan cavabımla da məsələ bitdi, əlimi çəkdim.

Ona qədər isə sadəcə istəyirdim ki, Xəyaləyə mənə etibar edə biləcəyini sübut edim. Bir tərəfdən də düşündüm ki, o, indiyə qədər etibar etmədisə, bundan sonra da nəyisə sübut etməyin mənası yoxdur.

Sağlamlıq isə daha vacibdir. Çünki hər ikimiz yıxılana qədər əlimizi götürən deyildik. Burada mübarizə tək fiziki gücdən, psixoloji vəziyyətdən asılı olmadı. Ürəyimin beynimə dedikləri daha üstün oldu. O da mənə əlimi çəkdirdi. Başqa heçnə, nə yuxusuzluq, nə ac-susuzluq, nə də digər təbi ehtiyaclar.

Şounun ilk günündən belə artıq bilirdim ki, sona qalsam, avtomobil ehtiyacı olanın olacaq. Mənə sadəcə emosiya lazım idi, onu da aldım. Onun üçün özümü qalib kimi hiss edirəm. Oyun bitdi. Əsl qalib ən güclü finalçı oldu, yəni Xəyalə.

Qaliblər isə müzakirə olunmur. Müzakirə etsək də onun mübarizəsinə yalnız heyran olmaq olar. Bir daha təbrik edirəm. Bu maşın Xəyaləyə və ailəsinə uğurlu, düşərli olsun. Əsas odur ki, şoudan əvvəl bir-birimizə söz verdiyimiz kimi, baş verənlərdən asılı olmayaraq, hamımız dost qalaq. Elə də oldu. Məgər, qalibiyyət bu deyilmi? Maşını udmadığıma görə pis olmuram. Sevginiz ən böyük qazancımdır”.
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ