Birtərəfli güclü ağrılar, ürək bulanması, qusma – Miqren nədir nə ondan necə qorunmalı?
Medeniyyet
Oxunub: 489
5 yan 2019 | 23:39
Birtərəfli güclü ağrılar, ürək bulanması, qusma – Miqren nədir nə ondan necə qorunmalı?















Günümüzdə miqrendən (başın bir, nadir hallarda hər iki hissəsini əhatə edən güclü və əzabverici epizodik və ya daimi ağrılarla müşayiət olunan nevroloji xəstəlik – red.), demək olar ki, hər kəs şikayətlənir.

Birtərəfli güclü ağrılar, ürək bulanması, işığa qarşı həssaslıq, qusma və s. əlamətlərlə özünü biruzə verən miqren ağrılarının yaranmasının konkret səbəbi olmadığı kimi, müalicəsi də yoxdur.

Sputnik Azərbaycan-a danışan həkim-terapevt Məlahət Abbasova bildirib ki, miqren üz və baş bölgəsini əhatə edən xroniki xəstəlikdir. Miqrenə soyuq, isti, qoxu və s. xarici təsirlərlə yanaşı yuxusuzluq, aclıq və depressiya səbəb ola bilər. Xəstəliyin müalicəsi məqsədilə, sadəcə olaraq ağrını aradan götürmək üçün ağrıkəsicilərdən istifadə etmək olar.

Həkimin sözlərinə görə, miqren ağrılarının şiddətlənməsinə səbəb baş və beyin damarlarının genişlənməsidir: “Uşaqlıq, hətta körpəlikdə belə, miqren ağrıları müşahidə edilə bilər. Ancaq yeniyetməlik dövründə hormonlara təsir edən yaş və stress faktorlarının təsiri ilə 35-45 yaşlarında ağrı və onun gücü gündəlik həyata təsir edir. Miqren xəstələri sinirlərin həddindən artıq həssaslığı ilə dünyaya gəlir”.

M.Abbasova qeyd edib ki, miqren ağrıları zamanı istifadə edilən dərmanlar uzunmüddətli istifadəyə uyğun deyil: “Ağrı zamanı işığa və səsə həssaslıq artır. Bu zaman ürək bulanma, qusma və s. əlamətlər müşahidə edilir. Xəstələrin qaranlıq otaqda yatmaq və qusmaq istəyi miqren ağrısını azaldır”.

“Miqren ağrıları fərqli olur. Uzun müddət ara ilə müşahidə edilən ağrılar “epizodik ağrılar” adlanır. Ağrılar son 3 ayda 15 gün və daha çox olursa, bu, artıq xroniki miqrendir. Xroniki miqrenə depressiya, yuxusuzluq və digər problemlər səbəb ola bilər. Xroniki miqren müalicə edilmədiyi təqdirdə ciddi fəsadlara yol aça bilər” – mütəxəssis vurğulayıb.

Müsahibimiz qeyd edib ki, miqren ağrıları daha çox 20 yaşından sonra başlayır və tutmaları, əsasən 4 mərhələli – prodrom, aura, baş ağrısı və postdrom olur: “Hər miqren tutmasında bütün mərhələlər yaşanmaya bilər. Prodrom mərhələsi zamanı baş ağrısı başlamazdan bir-iki gün öncə xəstələr yaxınlaşan miqren tutmasını müxtəlif əlamətlərlə hiss edə bilərlər. Bu zaman xəstədə qəbzlik, qaraqabaqlıq, narahatlıq, aclıq, boyun tutulması, susuzluq, tez-tez əsnəmə müşahidə edilir”.

Həkimin sözlərinə görə, ikincisi aura mərhələsidir: “Auralı xəstələrdə ağrıdan sonra və ya öncə nevroloji problemlər yaşana bilər. Auralı tutmalarda xəstələrdə toxunma hisslərində gücsüzlük, danışmada pozuntu, görmə qabiliyyətinin azalması, keyimə və s. problemlər müşahidə edilə bilər. Postdrom mərhələsi zamanı isə xəstə özünü tükənmiş hiss edir”.

Terapevt müalicə edilməyən miqren tutmalarının 4 və ya 72 saat davam edə biləcəyini diqqətə çatdırır: “Bu tutmalar nadir hallarda olmaqla yanaşı, həftədə və ya ayda bir neçə dəfə təkrarlanar. Məsləhətdir ki, göy gurultusu kimi ani və şiddətli baş ağrısı, hərarətin artması, cüt görmə, keyimə, danışma problemi, öskürək, gücənmə, ani bir hərəkətdən sonra baş ağrısı, 50 yaşdan sonra başlayan baş ağrıları hiss etdikdə mütləq nevroloqa müraciət etmək lazımdır”.

İndiyədək əksər mütəxəssislər bildiriblər ki, miqrenin konkret səbəbi məlum deyil. Bəzi duzlu qidalar, pendir, alkoqollu içkilər, xüsusilə şərab, yüksək kofeinli içkilər, cinsi aktivlik, fiziki eyforiya da miqrenə səbəb ola bilər. Ailədə miqren xəstəsinin olması da miqren olma ehtimalını artırır. Külək, fırtına, günəş işığı, yüksən nəm səviyyəsi də miqren yarada bilər.

Həkimlər onu da qeyd edirlər ki, qadınlarda miqren xəstəliyi kişilərə nisbətən daha çox olur. Miqrenli xəstələrə məsləhət görülür ki, sağlam qidalansınlar, ac qalmasınlar. Bol su içmək, idman etmək, yuxu rejiminə diqqət yetirmək, stressi artıran mühitlərdən uzaq olmaq lazımdır. Narahat edən hava şəraiti zamanı isə evdən çıxmamaq məsləhətdir.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...