“Əfsanə qayıdır”ın yayımını kinoteatrlar dayandırdı
Medeniyyet
Oxunub: 641
7 yan 2019 | 15:00
“Əfsanə qayıdır”ın yayımını kinoteatrlar dayandırdı













Baş rollarını əməkdar artist Dilarə Əliyeva, aktyorlar Fərda Xudaverdiyev, Nicat Rəhimov və Ülfət Bəşirin canlandırdığı “Əfsanə qayıdır” filminin bir neçə kinoteatrda yayımı dayandırılıb. Dərgi.az-ın məlumatına görə, bu haqda ekran işinin rejissoru Emil Abdullayev sosial şəbəkədə yazıb. O, kinoteatrlardan gileylənib: “Bu gündən etibarən “Əfsanə qayıdır” filmi ancaq Nizami Kinoteatrında yayımlanacaq. Bununla bağlı dünəndən bəri mənə çox sayda zənglər, sms-lər gəlir ki, niyə belə olub? İstəyirəm birdəfəlik burada açıqlamasını verim. 27 dekabrdan Nizami Kinoteatrı və “Park Cinema” şəbəkələrində yayıma başlayan “Əfsanə qayıdır” filmi ilk həftəsindən “Park Cinema”da ədalətsiz seans bölgüləri ilə üzləşdi. İlk 5 gününü fotoda da gördüyünüz kimi (Fotodakılar dolu zalların bir qismidir) verilmiş dəxlisiz saatlara baxmayaraq demək olar ki, bütün seansları tam olaraq doldurub. Bu cür anşlaq etməsinə rəğmən “Park Cinema” seans sayını artırmaq əvəzinə filmin ilk həftəsonunda 5 seansa endirdi. Seans saatları bunlar idi: 10:00, 12:00, 23:00, 00:30, 02:30. Bu gün filmin yayımının 10-cu günündə filmin “Park Cinema” şəbəkələrində yayımı dayandırıldı. Bu baş verənlərin nə demək olduğunu həm anladım, həm də anlamadım. 1 il 2 ay üzərində yüzlərlə insanın əziyyəti, zəhməti olan rəng, səs, qrafika işləri Türkiyədə olmuş, çox böyük maliyyə yatırımı edilmiş filmi beləcə, bilərəkdən batırmağa çalışdılar. “Əfsanə qayıdır”ın yayımını kinoteatrlar dayandırdı Mən bir rejissor kimi 28 noyabr 2014-cü ildə xarici filmlərin ölkədə qaz vurub qazan doldurduğu vaxtda, ilk yerli kommersiya filmini çəkib kinoteatrlarda yerli filmlərin önünü açmağa vasitəçilik etmiş insanlardan biriyəm. Ölkədə yerli-xarici filmlər arasında ən çox izlənən 2 filmin rejissoruyam. “Əfsanə qayıdır” filminin prodüsseri, rejissoru və ssenaristlərindən biriyəm. Mənə dəstək olan hər kəsə sonsuz təşəkkürümü bildirirəm. Hər zaman dövlətim, millətim üçün yaxşı nəsə etməyə çalışmışam. Hər zaman Azərbaycan filminin inkişafına çalışmışam. Nə dərəcədə bacardığımı bilmirəm, amma bundan sonra da bunun üçün çalışmağı özümə borc bilirəm. Bu baş verən haqsızlıqları açıqlamaqda məqsədim mənim kimi min bir əziyyət, zülm çəkərək film ərsəyə gətirən yaradıcı insanların ehtiyatlı davranıb, bu tip oyunlara gəlməsinin qarşısını almaqdır. “Əfsanə qayıdır” filmini izləmək istəyənlər Nizami Kinoteatrının bizə ayırdığı yetərli seanslarda izləyə bilərsiz”. Dərgi.az
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO