2-02-2019, 15:18 Oxunub: 458

Qarabağ qazisinin bu çıxışı Mehriban Əliyevanı kövrəltdi — VİDEO

Qarabağ qazisinin bu çıxışı Mehriban Əliyevanı kövrəltdi — VİDEO
















Fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında qazi Kamil Musəvinin çıxışı duyğulu anlar yaşadıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi tədbirdə çıxış edən K.Musəvi Prezident, Ali Baş Komandanın “İrəli” əmrinə qazilərin də hər an hazır olduğunu bildirib.

“Kimlərsə düşünər ki, vücudlarının hər hansısa bir üzvünü itirmiş insanlar nə cür döyüşə bilər. Amma vallah, ayağımız yoxdur, sürünərək, gözümüz yoxdur, hiss edərək döyüşə gedəcək. Yetər ki, yaşasın xalqımız, yetər ki, var olsun müstəqil Azərbaycanımız”.

Qazinin bu sözləri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da duyğulanmasına səbəb olub.

Xatırladaq ki, Musavi Kamil İbadət oğlu 1990-cı ildə Qazax rayonunda anadan olub. O, Firdovsi Umudovun dəvəti ilə sərbəst güləş üzrə Azərbaycan yığma komandasına cəlb edilib, bir sıra qələbələrə imza atıb. Xeyli müddət yığma komandada olduqdan sonra hərbçi olmaq qərarını verib.
Özü bu haqda deyir ki, Firdovsi Umudov bizi orda sadəcə idmançı kimi yox, həm də əsgər kimi yetişdirirdi. Xüsusən də bayraq qaldırmaq mərasimləri sanki məni hərbi sahəyə doğru itələyirdi və belə də oldu.

Kəşfiyyat qrupunun komandiri vəzifəsini icra edən Kamil Musavi 2015-ci il oktyabr ayının 12-də gecə saat 23:46-da Talışkənd istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman bir gözü və ayağından yaralanıb. Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyatçı baş leytenantı olan Musavi "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medal, "Vətən Naminə" medalı və "General Həzi Aslanov" medalları ilə təltif edilib.
Prezident və xanımı respublika toplantısında iştirak edir Prezident və xanımı respublika toplantısında iştirak edir Siyaset Qazimizdən xanıma Qarabağla bağlı möhtəşəm cavab: “Axırıncı Azərbaycan kişisi…” (VİDEO) Qazimizdən xanıma Qarabağla bağlı möhtəşəm cavab: “Axırıncı Azərbaycan kişisi…” (VİDEO) Medeniyyet / Video BDU-nun dosenti Mehriban Əliyevanın yeni köməkçisi oldu BDU-nun dosenti Mehriban Əliyevanın yeni köməkçisi oldu Siyaset Mehriban Əliyevadan sevindirici XƏBƏR - Halal olsun bunu da etdi Mehriban Əliyevadan sevindirici XƏBƏR - Halal olsun bunu da etdi Siyaset "Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması Azərbaycan qadınının yüksək statusunu göstərir" Siyaset