6-02-2019, 14:31 Oxunub: 347

"Yanıma gəlmək olmaz" — Ramiz Əzizbəyli

"Yanıma gəlmək olmaz" — Ramiz Əzizbəyli

















"Özümü yaxşı hiss edirəm. Hələ ki, yataqdayam. Yanıma gəlmək olmaz".
Sputnik Azərbaycan bildirir ki, bu sözləri bir müddət əvvəl əməliyyat olunan Xalq artisti Ramiz Əzizbəyli deyib.

Xalq artisti ayağındakı problemlə bağlı bunları deyib: "Bir ayağımı kəsiblər. İkinci ayağımı da kəsməli idilər. Lakin həkimlər hələ ki, fikirləşirlər. İkinci ayağımı kəsib-kəsməməkdə qərarsız qalıblar. Hələ ki, biz onların cavabını gözləyirik".

Xalq artistinin sözlərinə görə, ehtimal ki, onun ikinci ayağı kəsilməyəcək.
R.Əzizbəyli səhhətindəki ümumi vəziyyətdən də danışıb: "Digər xəstəliklər unuduldu. Hər şey öz qaydasındadır".

Xatırladaq ki, ötən ilin dekabrında Xalq artisti Ramiz Əzizbəyli sol ayağında yaranan qanqrenə görə əməliyyat olunmuşdu. Xalq artistinin qızı isə saytımıza açıqlamasında atasının digər ayağında bənzər riskin yaranmaması üçün Ramiz Əzizbəylinin yenidən əməliyyat oluna biləcəyini söyləmişdi.
“Ayağa qalxa bilmirəm” – Ramiz Əzizbəyli “Ayağa qalxa bilmirəm” – Ramiz Əzizbəyli Medeniyyet Ramiz Əzizbəylidən yeni xəbər Ramiz Əzizbəylidən yeni xəbər Medeniyyet Xalq artistinin ayağı amputasiya edildi Xalq artistinin ayağı amputasiya edildi Medeniyyet "Atam narkozdan ayılmaya bilər, qərarsız vəziyyətdəyik" — Ramiz Əzizbəylinin qızı Medeniyyet Ramiz Əzizbəylinin vəziyyəti ağırlaşdı — Ayağında çürümə başlayıb Ramiz Əzizbəylinin vəziyyəti ağırlaşdı — Ayağında çürümə başlayıb Medeniyyet