9-02-2019, 11:36 Oxunub: 284

Hər gün əncirli süd içməyin inanılmaz təsiri — MİNİLLİK MÖCÜZƏ

Hər gün əncirli süd içməyin inanılmaz təsiri — MİNİLLİK MÖCÜZƏ














Heç kimə südün və əncirin insan sağlamlığına olan müsbət təsiri sirr deyil. İngiltərə kral ailəsinin ən sevimli qidalarından biri olan əncir minillərdir ki xalq təbabətində də geniş istifadə edilir.
Publika.az bildirir ki, bu iki möcüzəvi qida birlikdə istifadə edildikdə daha böyük fayda verir. Kalsium baxımından zəngin olan süd və təbii antioksidant olan əncir birlikdə bir çox xəstəliyin öhdəsindən gəlir.

Xüsusilə böyümə çağındakı uşaqların içməsi gərəkli olan süd sümüklərin sürətli və sağlam inkişafına töhfə verir. Tərkibindəki vitamin və minerallar sayəsində ömrün geridə qalan çağlarında meydana gələ biləcək sümüklərin əriməsi riskini aşağı salır. Əncir isə antioksidant maddə və liflə zəngindir. Bu qida eyni zamanda, həzm sisteminə nəzarət edə bilir. Qəbzlik kimi böyük problemin öhdəsindən gələn əncir 5 ədəd olmaqla istifadə edildiyində bədənin ehtiyacı olan enerjinin 80%-ni qarşılayır.

Əncirli süd

Daim həzm problemi yaşayan insanlar qəbzlik və şişkinlikdən şikayət edər. Lakin yeməkdən sonra bu problemlə qarşılaşmaq istəmirsinizsə, bu məsləhətə əməl edin.

Qaynayan 3 fincan südün içinə 6 ədəd quru əncir atıb 10 dəqiqə bişirin. Daha sonra blenderdən keçirib yeməklərdən öncə və sonra istifadə edin.

Öskürək

Qış aylarında artan virus səbəbilə yuxarı nəfəs orqanları xəstəlikləri artar. Bu da nəfəs yollarında ciddi narahatlıq yaradar. Ən ağrılı nəticəsi isə quru öskürəkdir. Bunun öhdəsindən gəlmək üçün 1 fincan südün içinə 2 ədəd əncir atıb qaynadaraq için. Gündə 2 fincan içmək öskürəyi və digər problemləri aradan qaldırır.

Xroniki yorğunluq

İş və sosial həyat, sağlam olmayan qidaların qəbul edilməsi insan bədəninə mənfi təsir göstərir. Xroniki yorğunluq və ağrılar məhz bu zaman artmağa başlayar. Bu yorğunluqdan qurtulmaq istəyirsinizsə, səhər yeməyindən öncə bir fincan südün içinə 1 qaşıq bal və quru əncir qatıb için. Bu qarışıq həm də dərinin parlaq və qüsursuz olmasını təmin edər.
Zeytun yağı və əncir qurusunun MÖCÜZƏVİ FAYDALARI Zeytun yağı və əncir qurusunun MÖCÜZƏVİ FAYDALARI Medeniyyet Əsla uşaqlarınızın süd dişlərini ATMAYIN! - İnsan orqanizmi üçün İNANILMAZ FAYDA Əsla uşaqlarınızın süd dişlərini ATMAYIN! - İnsan orqanizmi üçün İNANILMAZ FAYDA Maraqli Qurani-Kərimdə adı keçən — 12 QİDA MƏHSULU və FAYDALARI Qurani-Kərimdə adı keçən — 12 QİDA MƏHSULU və FAYDALARI Maraqli Siqareti tərgitmək istəyənlər bu qidaları yesin-SİYAHI Siqareti tərgitmək istəyənlər bu qidaları yesin-SİYAHI Sosial Kişi xəstəliyinin qarşısını alan qidalar - SİYAHI Kişi xəstəliyinin qarşısını alan qidalar - SİYAHI Maraqli