“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası başlayır – İstanbulda virtual müharibə
Medeniyyet
Oxunub: 606
20 fev 2019 | 19:41
“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası başlayır – İstanbulda virtual müharibə














İstanbulda “Palmali” Şirkətlər Qrupu tərəfindən Xocalı Soyqırımının anım günü ilə əlaqədar böyük “Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası keçiriləcək. İstanbul Universitetində baş tutacaq Kampaniya dörd dildə (ingilis, türk, rus və fransız) əsasən tələbələrdən ibarət könüllülər tərəfindən aparılacaq.

26 fevral, 2019-cu il, saat 12:00-da İstanbul Universitetində başlayacaq kampaniyanın əsas məqsədi başda “Twitter” olmaqla, bütün sosial şəbəkələrdə o günün anlam və önəminin dünyaya çatdırılmasıdır.
“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası zamanı könüllülər #hocalıiçinpaylaş və #shareforkhojaly həştəqləri ilə sosial şəbəkədə həm Türkiyə, həm də dünya üzrə ilk sıralara daxil olmağı hədəfləyirlər. Üzərində “Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyasının xüsusi geyimi olan və sosial media üzrə xüsusi təlim keçmiş 200 könüllü gün ərzində bu həştəqlərlə Xocalı Soyqırımı başda olmaqla, Qarabağ həqiqətlərini dünyaya çatdıracaq, Xocalıya ədalət üçün dünyaya meydan oxuyacaqlar.

Bu barədə açıqlama verən “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov bildirib ki, “Məqsədimiz təkcə Türkiyədə deyil, bütün dünyada Xocalı ağrı-acısını, orada yaşananları paylaşmaq, yeni çağın ən təsirli silahı olan sosial media vasitəsi ilə erməni daşnaqlarının vəhşicəsinə törətdikləri cinayətlərini beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaqdır. Bu səbəbdən də dünya azərbaycanlılarını Xocalı üçün bu həqiqətləri paylaşmaqda aktiv olmağa dəvət edirik”.

Qeyd edək ki, “Palmali” Şirkətlər Qrupunun dəstəyi və təşkilatçılığı ilə keçiriləcək “Xocalı üçün paylaş” Sosial Media Kampaniyasına təşkilatı dəstəyi “Yeni Çağ” Media Qrupu və İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi (Azerbaycan Kültür ve Dayanışma Topluluğu) verir. Layihənin koordinatorları Aqil Ələsgər, Nihad Allahyarlı və Rəşid Mustafazadədir.

Saat 12-də başlayacaq və gecə 23:59-a qədər davam edəcək kampaniyaya millət vəkilləri, elm xadimləri, ictimai xadimlər, iş adamları, sənətçilər və digər tanınmış şəxslər qatılacaqlar.

Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...