“Onlar acından ölür, mən 1 toydan 6-7 min qazanıram” – Şəbnəm Tovuzlu
Medeniyyet
Oxunub: 651
18 mar 2019 | 12:58
“Onlar acından ölür, mən 1 toydan 6-7 min qazanıram” – Şəbnəm Tovuzlu














Müğənni Şəbnəm Tovuzlu toy müğənnilərinin efirə buraxılmaması barədə səsləndirilən fikirlərə münasibət bildirib.

Musavat.com-a açıqlama verən ifaçı deyib ki, toy müğənniləri xalq tərəfindən sevilir, verilişlərə də reytinq qazandırır: “Bu söhbətlərə çox güldüm. Bu qanunu kimdir qoyan? Onlar toyda oynamır? Toy müğənniləri bəzilərini çatladır, yaxşı pul qazanmağımızı gözləri götürmür. Pop oxuyanlar acından ölür. Pop, caz, vokal oxuyanlar şəraitlərini bizə göstərsinlər? Bizim yaxşı qazancımızdan niyə narahat olurlar? Biz zəhmətimizlə qazanırıq, 4-5 saat hündürdabanda, ayaq üstə canlı oxuyuruq. İnsanlar da bunu qiymətləndirir. Heç kim pulunu küçədən tapmayıb ki, bizə boş yerə qonorar versin. İzləyirlər, maraqlanırlar, bəyənirlər ki, toylarına dəvət edirlər. Efirlərə də xalqın sevdiyi müğənnilər dəvət edilir ki, tamaşaçı izləsin. Biz olmasaq, efir kimdən reytinq qazanacaq? Bizim fanatlarımız verilişlərimizi izləyirlər, maraqlanırlar. Toya çağıranlar da bizi yalnız efirdə görməyib ki… Çoxu sosial şəbəkədən, “Youtube” kanalımda izləyir, bəyənir, dəvət edir.

Məgər, hər kəsi toya buraxırlar? İnsanlar namuslu, geyimini, davranışını bilən müğənniləri məclisinə dəvət edir, ailəsinin içinə buraxır. Hazırda Rusiya toylarını biz bəzəyirik. Rusiya toyları üçün mənə 6-7 min dolları bəh-bəh ilə verirlər, çünki məni sevirlər. Bunu heç vaxt danmıram. Azərbaycan şou-biznesində normal adam yoxdur ki, çıxıb desin, onu oxuduğu pop, caz saxlayır, toya ehtiyacı yoxdur. Çoxunun ürəyi partlayır ki, kaş, onları da dəvət edib, 5 manat xeyir verələr. Deyirlər ki, siz dünənin uşağısız, niyə toya gedirsiniz, biz illərin sənətkarıyıq, toya dəvət almırıq?! Bu xalqın seçimidir. “Toy müğənniləri efirə çıxmasın” deməklə xalqa hörmətsizlik edirlər. Xalq bizi sevir, efirə çıxırıq, əcəb edirik. Mən konservatoriyada muğamı bitirmişəm, vokal dərsi almışam. Caz da, muğam da, pop da oxuyaram. Oxumuram, cibimi nə doldurursa, onu oxuyuram”.

Qeyd edək ki, son günlər televiziyalarda müğənnilərə daha çox yer verilməsi müzakirələrə səbəb olub. Bir çox sənət adamı kimi xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə də efirlərə toy müğənnilərinin çıxarılmasına qarşı çıxıb. F. Əlizadənin tənqidləri müğənnilər tərəfindən birmənalı qarşılanmayıb.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb