“O, polisə verilib, döyüldüyü üçün Cahangirə soyadını verib” – Hüseyn Dəryanın ilk xanımı ilə müsahibə, FOTOLAR
Medeniyyet
Oxunub: 634
20 mar 2019 | 16:49
“O, polisə verilib, döyüldüyü üçün Cahangirə soyadını verib” – Hüseyn Dəryanın ilk xanımı ilə müsahibə, FOTOLAR















Son günlər mərhum reper Hüseyn Dəryanın qızı Ayişənin “Bizimləsən” verilişinə çıxaraq, reperin ikinci evliliyindən olan oğlundan DNT testi etdirməsini istəməsi gündəmdən düşmür. 16 yaşlı Ayişə demək olar ki, hər gün efirə çıxsa da, reperin ikinci həyat yoldaşı oğlunun test etdirməsinə razı olmur. O, bildirir ki, ondan ancaq bu cür tələbi Hüseyn Dərya özü edə bilər.

Bu dəfə məsələyə məşhurun ilk həyat yoldaşı Seva qarışıb. O, musavat.com-un suallarına cavab verərək, yaşananlara aydınlıq gətirib:

– Seva xanım, iddia edilir ki, Hüseyn Dərya ilə ayrılmağınıza səbəb Sona olduğu üçün indi qisas alırsınız. Buna görə də DNT testi istəyirsiniz…

– Hüseyn Dərya məndən deyil, mən ondan ayrılmışam, çünki mənə xəyanət etdi. Mən də qadın qüruruma xəyanəti sığışdıra bilmədim və boşandım. Bizim ailəmizi Sona dağıtdı. 16-17 yaşlı, 11-ci sinif şagirdi, özündən 10 yaş böyük, evli və uşaqlı adamın ailəsini dağıtdı. Hüseyn sonradan səhvini başa düşdü, mənə geri qayıtdı, amma gec idi. Mən xəyanəti və yalanı bağışlamıram. Biz heç kimdən qisas almırıq. Qızım içindəki şübhələrə aydınlıq gətirmək istəyir. Bu, onun seçimidir, mən də qızımın istəyinə hörmətlə yanaşıram.

– İndiyə kimi niyə belə tələblər irəli sürməmisiniz, şübhələnməyinizə əsas varmı?

– Mən heç vaxt bu haqda düşünməmişəm. Ehtiyac yoxdur. Amma qızım istəyir, onun əmin olması üçün mən də yanında oluram. Qızımı tək qoyası deyiləm ki… Amma bilin ki, o test mənə lazım deyil. Əgər lazım olsaydı, 5 il gözləməzdim. Bizim ailə efir insanı deyil. Qızımın şübhələri var, çünki ətrafda xeyli insan Cahangirin Hüseynin oğlu olmadığını deyir. Hüseyn bizə deyirdi ki, Cahangir onun oğlu deyil, ona ad-soyadını verməyə məcbur qalıb. Polisə verilib, döyüldüyü üçün məcbur qalıb. Hüseyn iddia edirdi ki, o, narkotikdən istifadə edirdi və övladı olması mümkün deyildi. Qızım bunları atasının ağzından eşitdiyi üçün bu cür addım atır. Sona nikah kağızını və uşağın doğum haqqında şəhadətnaməsini göstərir. O sənədlərdən bizdə də var. Biz DNT testi istəyirik. O, özü-özündən arxayın deyil, niyə qaçır? 2006-cı ilin oktyabrında onlar nikah bağlayıb, Cahangir isə həmin ilin dekabrında doğulub. Onlar nikaha gedəndə Sona 7 aylıq hamilə imiş, Hüseyn məcburiyyətdən evlənib. “Bizimləsən”in eksperti olan Hacı Sonanın göndərdiyi kəbin kağızına baxdı, bildirdi ki, bu, kəbin kağızı deyil. Deməli, Sona camaatı aldadır.

– Sona da verilişdə dedi ki, 10 ildən çoxdur, eyni nömrəni işlədir. Niyə Ayişə Sonaya yox, “Bizimləsən” verilişinə müraciət edib?

– Nə mənim, nə də qızımın Sonadan xəbəri yox idi. Düzdür, qızım istəsəydi, mən Sonanın nömrəsini tapa bilərdim. Qızım dedi ki, atamın sözlərindən sonra mən Sonadan heç nə tələb edə bilmərəm, çünki onların məni düzgün yönləndirəcəklərindən əmin deyiləm. Sona xanım deyir ki, Ayişə istəsə, ona zəng edə, Cahangirə bacılıq edə bilərdi. Onun sözləri səmimi və inandırıcı deyil. Məsələn, deyir ki, Hüseyn küçələrdə qalanda heç kim ona dəstək olmadı. H.Dərya qəzaya düşəndə gecə ilə təyyarəyə minib, Moskvadan Bakıya gəldim. Bakıda olan Sona yanında deyildi. Ayişə şəffaflıq üçün “Bizimləsən” verilişinə çıxdı.

– İddia edilir ki, Ayişə məşhur olmaq üçün bu addımı atır. Bu, nə dərəcədə doğrudur?

– Əgər qızım məşhur olmaq istəsəydi, Hüseyn Dəryanın qızı kimi telekanallara çıxar, məşhurluq üçün çalışardı. Amma Ayişənin tək istəyi qardaşının doğma olub-olmadığını dəqiqləşdirməkdir. O, xaricdə təhsil alıb, istedadlı və savadlıdır. Ona məşhurluq lazım deyil.

– DNT testi edilsə, Cahangirlə Ayişə bacı-qardaş çıxsa, nələr dəyişəcək?

– Ayişə və Hüseynin ailəsi Cahangirin reperin oğlu olub-olmamasını bilmək istəyir. Əgər həqiqətən oğludursa, onu da Ayişə kimi bağırlarına basıb, sevəcəklər. Çünki Hüseynin bioloji balası onların qanından, canındandır. Əgər Hüseynin oğlu olmasa, Ayişə yenə də Cahangiri sevəcək və ömrünün sonuna kimi onun yanında olacaq.

“O, polisə verilib, döyüldüyü üçün Cahangirə soyadını verib” – Hüseyn Dəryanın ilk xanımı ilə müsahibə, FOTOLAR“O, polisə verilib, döyüldüyü üçün Cahangirə soyadını verib” – Hüseyn Dəryanın ilk xanımı ilə müsahibə, FOTOLAR
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...