Yeyərək də arıqlaya bilərsiniz
Medeniyyet
Oxunub: 539
29 mar 2019 | 12:30
Yeyərək də arıqlaya bilərsiniz














Düzgün bədən quruluşuna malik olmaq hər kəsin istəyidir. Lakin bu o qədər də asan olmur.

Axşam.az xarici KİV-ə istinadən sizi yeyə-yeyə arıqladacaq qidaları təqdim edir:

Yumurta – səhər yeməyində yumurtaya yer verən insanların gün boyu daha az kalori aldığı və 65 faiz daha çox çəkidən azad olduqları müşahidə edilib. Yumurta ana südü kimi keyfiyyətli zülal ehtiva edir və ondakı yağlar iştahı azaldır.

Fındıq – 12 həftə ərzində hər gün təxminən 2 yemək qaşığı (30 qram) fındıq yeyənlər arasında aparılan araşdırma sübut edib ki, onların pəhriz keyfiyyəti yüksəkdir. Yeyilən fındığın bədən kütlə indeksinə hər hansı bir mənfi təsiri yoxdur. Üstəlik, onların daha az karbohidrat yedikləri və xəstəliklərə qarşı daha dayanıqlı olduqları təsdiqlənib.

Qatıq – möcüzəvi zülal qaynağıdır. Tərkibindəki zəngin kalsium sayəsində daha uzun və keyfiyyətli həyat təmin edir. Kalsium çəki azalmasına kömək edən mineraldır. Daim qatıq yeyənlərin aşağı bədən kütlə indeksinə sahib olmaları, daha incə bel və daha az bədən yağına malik olduqları sübut olunub.

Qurupaxlalılar – yüksək zülal, lif, B qrupu vitaminləri, dəmir, kalsium, sink və maqnezium kimi minerallar ehtiva edən qidadır. Çəki azaltmağa kömək olur, xolesterolu və qan təzyiqini azaldır.

Qara şokolad – daim müəyyən miqdarda tünd şokolad yeyən insanların arıq olduğu bir faktdır. Çünki müəyyən miqdarda yeyilən tünd şokolad stress hormonu olan kortizol səviyyəsini aşağı salır, xüsusilə qarın bölgəsində yağlanmanın qarşısının alır.

Zəncəfil – antioksidant tərkibi yüksək olan zəncəfil kökü iltihab və həzm sistemində yaranan problemlərin aradan qaldırılmasına kömək olur. Həmçinin immunitet sistemini gücləndirir. Bundan başqa, yeməkdən sonra içilən isti zəncəfil doyma hissi yaradır. Zəncəfil bədəndəki yağları yandırır, maddələr mübadiləsini sürətləndirir.

Badam – daha az aclıq hiss etdirən və arıqlamağa kömək edən sağlam qidadır. İdmandan əvvəl yeyilən badam yağ yandırılmasını sürətləndirir. Tərkibində yüksək miqdarda lif və zülal vardır. Bu da əzələ istehsalına kömək olur və amin turşusu tərkibi sayəsində əzələlərdə zülal sintezini təmin edir.

Yaşıl çay – bədəndəki yağın yandırılmasını və maddələr mübadiləsini sürətləndirir, piylənmə ilə mübarizə aparır. Eyni zamanda, yaşıl çayda olan kafein iştahı azaldır. Xüsusilə, qarın bölgəsində olan yağların yandırılmasına təsirlidir. Həzmi asanlaşdırır. Sağlam insanlar gün ərzində 2 fincan yaşıl çay içə bilərlər.

Avokado – ürək sağlamlığında olduqca əhəmiyyətli olan avokado təkli ideal lif qaynağıdır. Avokado kalium ehtiva edir ki, bu da köpü azaldır. Salatlara əlavə edilən təzə avokado A vitaminin qatılığını artırır. Gündəlik pəhrizlərdə yarım təzə avokado yeyən insanlar gün ərzində özlərini daha gümrah hiss edirlər.

Qreypfrut – yeməklərdən əvvəl yeyilən yarım qreypfrut çəkinin artmasına mane olur. Yeməkdən sonra yüksələn insulin səviyyəsini azaldır. Beləliklə də, çəki azalmasına mane olan insulin müqavimətinin qarşısını alır. Ancaq qreypfrut bəzi xolesterol dərmanları ilə qarşılıqlı təsirə malikdir. Ona görə də qreypfrut yeməzdən əvvəl həkimlə məsləhətləşin.
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb
Dünən, 13:14
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan XƏBƏR VAR
Dünən, 13:10
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq