15-04-2019, 13:20 Oxunub: 240

Beyinyuma: Bacı-qardaşın cinsi əlaqəsi, ümidsizlik, acizlik… – Araşdırma

Beyinyuma: Bacı-qardaşın cinsi əlaqəsi, ümidsizlik, acizlik… – Araşdırma














Böyük Britaniya Xüsusi Xidmətinin keçmiş zabiti Con Koulman “300 Komitet” kitabında yazır ki, müasir dövrdə insan obrazı dəyişdirilir

Bilik əldə etmək istəyən insanlar müxtəlif vasitələrlə buna nail olurlar. Müasir dövrün imkanlarına əsasən rahat yollara can atırlar. Məsələn, bir kitabın verdiyi intellektə vizual vasitə ilə yiyələnmək mümkündür. Bu səbəbdən bir çox insanlar kitab oxuduğu zamanda itirələcək saatların və ya günlərin əvəzinə filmlərə baxmağı üstün tutur. O cümlədən həm oxumağı, həm də seyr etməyi sevən insanlar da kifayət qədərdir. Həmçinin yalnız ekran işlərini izləməyi sevən insanlar çoxluq təşkil edir.

Filmləri ərsəyə gətirənlər bəzən sui-istifadə maşınını işə salır. Daha doğrusu əksər hallarda ekran işləri tamaşaçılara müxtəlif məqsədlər üçün təqdim edilir. Filmlərdə aydın sezilməyən və alt şüura ötürüləcək kadrlar yer alır. Bununla rejissor və ya ssenarist, yaxud da istehsalçı şirkət istədiyi düşüncəni, ideologiyanı, hansısa mənfi cərəyanı insaların beyninə yürütməyə çalışır. Çox zaman buna nail olmağı bacarırlar. Hətta belə filmlərin əsas mahiyyətini anlayanlarda da, təsir qoya bilirlər. Hər şey gün kimi aydın olsa da, tamaşaçı ekran əsərini izləməyə davam etdikcə, bu zaman işlər istehsalçının planı üzrə gedir.

Cəmi üç filmin ssenarilərinin əsas mahiyyətini izah etməklə bəzi məsələlərə aydınlıq gətirəcəyik.

1) 1998-ci ilə çəkilən The Fakulty (Fakültet) filmində təhsil müəssisəsinə yadplanetli məxluqların hücumundan bəhs edir. Bu məxluqlar getdikcə bütün tələbə və müəllimləri virusa yoluxduraraq öz sıralarına qatır. Çox az tələbədən ibarət kiçik qrup məsələdən xəbərdar olur və bununla mübarizə aparmağa çalışır. Gənclərin arasında ən öndə gedənlərdən biri narkotik aludəçisidir. Onun maşının baqajında daim narkotik maddələr olur. Filmdə tələbələr yadplanetlilərə necə qalib gəlməyin yollarını araşdırır. Məlum olur ki, bu məxluqları yalnız narkotik maddə vasitəsilə məhv etmək mümkündür. Filmin sonunda da yadplanetlilərin başçısı da narkotik maddə ilə öldürülür və təhsil müəssisəsi, o cümlədən müəllim-tələbə heyəti əvvəlki vəziyyətlərinə geri dönürlər. Ekran işində davamlı narkotik vasitənin qurtuluş yolu olduğu göstərilir. Filmdə hətta maddənin necə əldə edildiyi qismən təqdim olunur. Ekran işində narkotik vasitə qurtuluş üçün çox ehtiyatla istifadə edilir. Süjet xəttində maddənin hər kapsulu “qızıldan qiymətlidir” deyə nümayiş olunur. Sonda məhz bu narkotiklə bütün “zombiləşmiş” müəllim-tələbə heyəti sağlamlığına qovuşur. Yadplanetli bədheybət isə məhv edilir.

Beyinyuma: Bacı-qardaşın cinsi əlaqəsi, ümidsizlik, acizlik… – AraşdırmaThe Fakulty (Fakültet)



2) 2007-ci ildə tamaşaçıların ixtiyarına buraxılan Shooter (Atıcı) film vasitəsilə insanlara ümidsizlik aşılanır. Belə ki, ekran əsərində qəhraman obrazda olan Bobbi ölkə prezidentinə qarşı hazırlanan sui-qəsd planını məhv etməlidir. O, snayperlə hədəfi dəqiq vurmaqda mükəmməl atıcıdır. Lakin Bobbinin özünü tələyə salaraq keçmiş hərbçinin silahı ilə prezidentə atəş açılır. Onu isə məhz hadisə yerində öldürməklə işi bağlamağa çalışırlar. Amma bu plan baş tutmur. Peşəkar hərbçi canını qurtarmağı bacarır. Ölkənin bütün hüquq-mühafizə orqanları onun axtarışına başlayır. Bobbiyə qarşı plan isə hökumətin nüfuzlu şəxsləri tərəfindən hazırlanıb. O, bütün bunların qarşısında qalib gəlir və həmin hökumət nümayəndələrini ifşa edir və başqa cinayətlərini də açır. Özünün günahsız olduğunu sübut etsə də, onu oyuna gətirənləri məsuliyyətə cəlb olunmasına nail ola bilmir. Amma ölkəsinin Baş prokuroru Bobbiyə onları özünün cəzalandırmasını işarə edir. Beləliklə, peşakar atıcı onları şəxsən cəzalandırır və film burada sona çatır. Bobbinin bütün mübarizəsinə baxmayaraq, günahkarlar qanunla mühakimə olunmurlar. Peşəkar döyüşçü onu tələyə salmaq və öldürmək istəyən hökumət nümayəndələrinin hakim önünə çıxarılmasına və onlara hökm oxunmasına nail ola bilmir. İşin öhdəsindən yalnız özü gəlir. Burada rejissor və ya filmin istehsalına sərmayə qoyan şirkət tamaşaçıya “haqsızlıqla nə qədər mübarizə aparsan belə, “nəhəng” şəxslərin qanun qarşısında cavab verməsinə nail ola bilməyəcəksiniz, qalib onlardır. Odur ki, mübarizəyə başlamadan, sonlandırın” mesajını verir. Təbii ki, sıradan bir insan Bobbinin mübarizəsinin heç yarısı qədər əzmkarlıq göstərə bilməz.

Qeyd etmək lazımdır ki, müasir dövrdə cinayətkarın sivil qaydada qanun çərçivəsində cəzalandırılmasının vacib olduğu bildirilir. Əks təqdirdə atılan bütün addımlar şiddət, terror və insan haqlarına zidd hesab edilir. Belə olan halda filmin kütlənin beyninə ümidsizlik və acizlik ötürməsi şübhəsizdir.




Shooter (Atıcı)

3) Ötən il – 2018-ci ildə çəkilən A Simple Favor (Adi Xahiş) film tamaşaçıda müxtəlif növ mənfi xüsusiyyətlərin formalaşması üçün mesajlar verilir. Ekran işinin qəhrəmanı Stefani obrazı qayğıkeş anadır. Ona filmdə hamı tərəfindən sürəkli xoş sözlər deyilir. Stefani ən yaxşı xüsusiyyətləri özündə cəm edib. Amma filmin gedişində o, bəzi sirlərini açır. Rəfiqəsi Emiliyə ailəli olduğu halda, ögey qardaşı ilə cinsi yaxınlıq etdiyini söyləyir. Bu isə həm ərinin, həm də qardaşının həyatının sonlanmasına gətirib çıxarıb. Ardınca isə Emili ilə dodaqla öpüşür. Filmin gedişatında rəfiqəsi yoxa çıxır və onun meyitini çaydan tapırlar. Stefani Emilinin yoxluğunda əri ilə cinsi əlaqəyə girir və onun yerini alır. Sonradan məlum olur ki, çaydan tapılan meyit rəfiqəsinin əkiz bacısına məxsus imiş. Günün birində Emili ortaya çıxır və rəfiqəsini haqq-hesaba çəkir. Amma həm də bloger olan Stefani rəfiqəsinin cinayətini də açır və bunu gizli kamera ilə lentə alır. Nəhayət, o, qəhrəmana çevrilir və günahkarın cəzalanmasına nail olur. Beləliklə, qardaşı ilə cinsi əlaqəyə girən (rejissor sərt reaksiyaya tuş gəlməməsi üçün onu məhz “ögey qardaşı” kimi təqdim edib), ərinin və qardaşının ölümünə səbəb olan, rəfiqəsinin əri ilə cinsi əlaqəyə girən, hətta rəfiqəsi ilə öpüşən obraz filmin əvvəlindən sonuna kimi qayğıkeş, məsuliyyətli və s. müsbət xarakterli, sonda isə qəhrəman bir şəxsiyyət kimi təqdim edilir.




A Simple Favor (Adi Xahiş)

Düşünürəm ki, filmlər haqqında bu qədər kifayətdir və kifayət qədər belə ekran işləri mövcuddur. Çəkilişlər davam edir, əvvəl gizlin mesajlar ötürülürdüsə, bu, indi açıq-aşkar həyata keçirilir.

Böyük Britaniya Xüsusi Xidmətinin keçmiş zabiti Con Koulman “300 Komitet” kitabında yazır ki, müasir dövrdə “İnsan obrazı dəyişdirilir”. O həmçinin kitabında təxminən belə fikir söyləyir: Kəyfiyyatçılar gizlətdiyi obyekti göz önündə “gizlədirlər”. Yəni heç bir gizli yerdə saxlamırlar, məhz göz önündə. Çünki çoxlarının ağlına gəlmir ki, axtardıqları gözlərinin önündədir.
Niyə bütün filmlərdə Fərda çəkilir? – Açıqlama Niyə bütün filmlərdə Fərda çəkilir? – Açıqlama Medeniyyet “Nar”-dan eşitmə və nitq məhdudiyyətli insanlara növbəti dəstək “Nar”-dan eşitmə və nitq məhdudiyyətli insanlara növbəti dəstək Iqtisadiyyat Seriallar qatil yetişdirir? – Psixoloq açıqlaması Seriallar qatil yetişdirir? – Psixoloq açıqlaması Maraqli Azərbaycan filmlərində 18+ kadrlar - VİDEO Azərbaycan filmlərində 18+ kadrlar - VİDEO Medeniyyet / Video Mütəmadi şəkildə kitab oxumağın faydaları Mütəmadi şəkildə kitab oxumağın faydaları Maraqli