15-04-2019, 15:18 Oxunub: 223

"Ağamirzə məni narkoloji dispanserə yerləşdirdi" — Məşhur meyxanaçının SƏHHƏTİ PİSLƏŞDİ

"Ağamirzə məni narkoloji dispanserə yerləşdirdi" — Məşhur meyxanaçının SƏHHƏTİ PİSLƏŞDİ















Məşhur meyxanaçı Mahir Cürətin səhhəti pisləşib.
Bu barədə söz ustadının özü məlumat verib:

"Mətbuatın məni yada salmağı, axtarmağı mənəvi şəfayətdir. Bir az xəstəxanada yatdım, gördüm ki, ora mənlik deyil. Ağ ciyərimdə nəfəs çatışmazlığı var, bronxial astmadan əziyyət çəkirəm. Yol yeriyəndə, oturduğum yerdə təngənəfəs oluram. Həm də Aydının ölümünü eşidəndə psixi sarsıntı keçirmişdim. Ondan sonra üç gün vəziyyətim çox ağır oldu".

Mahir Cürət ad çəkməsə də, bəzi insanlardan gileyli olduğunu da gizlətməyib:

"Müəyyən şeylər var ki, insan dilinə gətirə bilmir. Aydın ölənə qədər yanında ölən mən... Yerdə qalan hər kəs özü bilər. Aydının dərdini mən bilirdim, sonra hamı özünü dost kimi təqdim etdi. Aydının mənə vəsiyyəti də olmuşdu. Amma bunu açıqlaya bilmərəm. Heç bir həmkarımdan narazı deyiləm, hamının da xətrini istəyirəm. Həmkarlarımdan mənimlə daha çox Ağamirzə maraqlanır. O, bizim hamımızın ustadıdır, xətrini çox istəyirik. Yeganə adamdır ki, onu ustad kimi qəbul edirik".
Söz ustadı bildirib ki, Ağamirzənin sayəsində bir müddət öncə Maştağadakı narkoloji dispanserə yerləşdirilibmiş:

"Anam Ağamirzəyə zəng vurmuşdu ki, Aydından sonra Mahirin vəziyyəti daha da pisləşib. Ağamirzə də Maştağadakı narkoloji dispanserlə danışmışdı. Orada da üç gün qaldım. Çünki həmin dispanserdə həddindən artıq ağır xəstələr müalicə olunur. İndi də dərmanlarımı qəbul edirəm. Yeni səs yazıları hazırlayıram, inşallah, sağalıram".

Qeyd edək ki, Mahir Cürət ANS-in təşkil etdiyi ilk "De, gəlsin!" meyxana yarışmasının laureatlarından olub.
Daha bir meyxanaçı ilə bağlı üzücü xəbər Daha bir meyxanaçı ilə bağlı üzücü xəbər Medeniyyet Ayaqları tutulan Kərim maddi sıxıntı içində — OĞLU DANIŞIR Ayaqları tutulan Kərim maddi sıxıntı içində — OĞLU DANIŞIR Medeniyyet Məşhur meyxanaçı təcili əməliyyata götürülüb Məşhur meyxanaçı təcili əməliyyata götürülüb Hadise Ağamirzədən Kərimlə bağlı — İBRƏTAMİZ ETİRAF Ağamirzədən Kərimlə bağlı — İBRƏTAMİZ ETİRAF Medeniyyet “Tez-tez öz qəbrimi ziyarət edirəm” — Meyxanaçı Ağamirzə “Tez-tez öz qəbrimi ziyarət edirəm” — Meyxanaçı Ağamirzə Medeniyyet