“Coca-Cola” içkinin zərərini gizlətmək üçün alimlərə “haqq” ödəyirmiş – Ağır ittiham
Medeniyyet
Oxunub: 546
10 may 2019 | 15:43
“Coca-Cola” içkinin zərərini gizlətmək üçün alimlərə “haqq” ödəyirmiş – Ağır ittiham














Fransanın “Le Monde” qəzeti çox maraqlı araşdırma dərc edib. Qəzet yazıb ki, “Coca-Cola” şirkəti tibb işçilərini və tədqiqatçıları içkinin sağlamlıq üçün yaratdığı risklərə göz yumması üçün maliyyələşdirir.
Bizimyol.info xəbər verir ki, “Coca-Cola” 2010-ci ildən bəri bu məqsədlə 8 milyon avro xərcləyib. Məqalədə yazılıb: “Ağlasağmaz məbləğlər. Ələ keçməyən müətəxəssislər. Yayımlanmamış nəticələr. Marketinq əməliyyatları tədqiqat adı ilə gizlədilib. Fransız tibbinin tanınmış şəxslərinin idarə etdiyi, açıq-aydın muzdlu məqsədləri olan “institut””.

Müəllif Stefan Orel yazır ki, hələ 2015-ci ildə “The New York Times” “Coca-Cola”nın əməllərini ifşa edən məqalə hazırlayıbmış. Yazı “Global Energy Balance Network” (Qlobal Enerji Balansı Şəbəkəsi) təşkilatının içki şirkəti ilə əməkdaşlığından doğan saxtakarlığını üzə çıxarmışdı. Təşkilat əsasən sağlamlıq problemlərində fikir yayındırmaqla məşğul imiş. Əsas diqqət məqsədli şəkildə artıq çəkiyə yönəldilir, bunun yaratdığı səbəblərdən danışılmır. Bu şəbəkə həqiqətin gizlədilməsi üçün böyük işlər görürmüş. Məsələn, elmi konfranslarda mütəxəssislərin əvvəldən hazırlanmış formada çıxışını, jurnallarda xüsusi materialların yerləşdirilməsini təşkil edirmiş.

“The New York Times” qəzetinin yazısı böyük səs-küy doğurmuşdu. Onda “Coca-Cola”nın baş direktoru şəxsən özü şirkətin ayırdığı maliyyənin şəffaflığına təminatına zəmanət vermişdi. Bundan sonra şirkətin rəsmi saytı da daha şəffaf informasiyalar paylaşmağa başlamışdı.

“Coca-Cola”nı Fransada bir çox məlumatları yaymağa “Foodwatch” qeyri-hökumət təşkilatı məcbur etmişdi. Elə “Le Monde”nin yazısında da 2016-cı ildə yayılan məlumatlardan istifadə olunub.

Müəllif qeyd edir ki, elmi işlər üçün nəzərdə tutulan 8 milyon avro ayrı-ayrı mütəxəssislərə, tibb, idman təşkilatlarına sərf edilib. Bu saxtakarlıqda hətta dietoloqların da iştirakı olub.

Məqalədə bildirilir ki, xərclərin 30 faizi (2,4 milyon avro) “elmi-tədqiqat” işlərinə gedib. Ən çox “CreaBio”ya pul ayrılıb (930 min avro). Adını da “intensiv dad vericilərin öyrənilməsi mövzusunda araşdırma layihəsi” qoyublar.

“Coca-Cola”dan maliyyə almaq baxımından ikinci yerdə fiziologiya sahəsində Avropa ekspertiza institutu (IEEP) gedir. Bu təşkilat 2010-2014-cü illlərdə 720 min avro alıb. İnstitut da öz növbəsində keçən il qazlı içkilərin insulin həssaslığına, qanda şəkər miqdarının artmasına heç bir təsiri olmaması haqda məqalə nəşr etdirib.
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO
Dünən, 13:15
Paşinyandan Azərbaycanla bağlı qərar
Dünən, 13:10
İlham Əliyev Rusiyada səfərdədir
Dünən, 12:10
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA
Dünən, 12:05
Əhaliyə şad xəbər: Bu müddətdən sonra pensiyalar...
Dünən, 11:05
Hava hücumundan müdafiə bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib
Dünən, 11:01
ABŞ-nin hərbi bazasına 5 raket atılıb
Dünən, 10:56
Sülhməramlılar hara gedir? - "Bild"
Dünən, 10:32
Bakı vaxtı ilə Moskva - "Kommersant"
Dünən, 10:26
Erməni mediası Rusiya-Türkiyə problemini qabardır - Kreml sorğu göndərdi
Dünən, 10:22
İsrail 6 məqamda çıxılmaz vəziyyətdə: ABŞ əməkdaşlıq etməsə... - İsrail mediası
Dünən, 09:33
Ağ Ev Ukraynanı məxfi sülh masasından necə geri çəkdi: ABŞ Avropa Birliyini iqtisadi intihara məcbur edir
Dünən, 09:30
"El Klasiko"da 5 qol: "Real" son dəqiqələrdə qələbə qolunu vurdu - VİDEO
Dünən, 09:20
Füzuli şəhərinə daha 39 ailə yola salınıb - FOTO
Dünən, 09:15
Ermənilər nə istəyir? - Kəndimizin yolunu bağlamaqda israrlıdırlar, Paşinyan isə...
20-04-2024, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş