İtaliya mətbuatı Heydər Əliyevdən yazdı
Medeniyyet
Oxunub: 537
11 may 2019 | 11:11
İtaliya mətbuatı Heydər Əliyevdən yazdı















Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Heydər Əliyev Fondunun yaranmasının 15-ci illiyi münasibətilə İtaliyanın “L’Opinione” qəzetində italyan jurnalist-tədqiqatçı Domeniko Letizianın geniş məqaləsi dərc olunub.
Azərbaycanın İtaliyadakı səfirliyindən "Ölkə.Az"a verilən məlumata görə, məqalədə ölkəmizdə bu iki önəmli tarixin qeyd edildiyi, Azərbaycanın müasir tarixinin Ulu Öndər Heydər Əliyevlə ayrılmaz şəkildə bağlı olduğu, Ümummilli Liderin dəyərlərinin Azərbaycan xalqı tərəfindən yaşadıldığı bildirilir. Məqalədə Ulu Öndərin sovetlər dönəmində respublikaya rəhbərlik etdiyi dövrün yenilənmə, dinamik inkişaf və mədəni intibah dövrü kimi yadda qaldığı, 1982-cı ildən Heydər Əliyevin SSRİ Baş nazirinin müavini kimi Sovetlər Birliyinin əsas liderlərindən biri olaraq səhiyyə, elm, yüngül və ağır sənaye, nəqliyyat, komunikasiya, mədəniyyət və təhsil kimi sahələrə rəhbərlik etdiyi bildirilir.

SSRİ-nin süqutu və müstəqilliyin bərpasından sonra Azərbaycanın böyük çətinliklərlə üzləşdiyi, 1993-cü ilin may-iyun ayları arasında vətəndaş müharibəsi və yenicə əldə olunmuş müstəqilliyi itirmək təhlükəsi ilə qarşılaşdığı məqamda xalq tərəfindən Heydər Əliyevin ölkəni bu çətin vəziyyətdən çıxara biləcək yeganə şəxs kimi seçildiyi vurğulanır. 1993-2003-cü illər prezidentliyi dövründə Heydər Əliyevin Azərbaycanı dərin problemlərdən xilas edərək ölkənin geosiyasi və beynəlxalq mövqeyini gücləndirdiyi, sabitlik və iqtisadi yüksəlişə doğru apardığı bildirilir.

Məqalədə qeyd olunur ki, Heydə Əliyev Azərbaycan üçün dünyəvilik, azadlıq və müstəqillik ideyalarını təcəssüm etdirir, çağdaş və modern dövlət institutlarının, vətəndaş cəmiyyətinin və iqtisadiyyatın inkişafını dəstəkləyən qurumların yaradılmasını təmin edir, ölkənin Şərq və Qərb arasında strateji yerləşməsi və malik olduğu zəngin təbii ehtiyatlarından bəhrələnərək Azərbaycanın modernləşməsinə zəmin yaradır, 1988-1994-cü illər arasında bir milyon qaçqın və məcburi köçkünlər kimi ağır humanitar nəticələrə səbəb olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həllinə istiqamətlənmiş siyasət həyata keçirir.

Müəllif bildirir ki, Heydər Əliyev 1997-ci ildə İtaliyaya səfər edən Azərbaycanın ilk prezidenti olmuşdur. Səfər vaxtı Ulu Öndərin İtaliyanın siyasi rəhbərliyi və önəmli iqtisadi strukturlarının başçıları ilə keçirdiyi görüşlərin iki ölkə arasında növbəti mərhələdə əlaqələrin inkişafına təkan verdiyi və hazırda Azərbaycan və İtaliya arasında əlaqələrdə davamlı siyasi, iqtisadi və mədəni mübadilələrin müşahidə olunduğu, 2020-ci ildə tikintisi sona çatacaq Trans-Adriatik Qaz Boru Kəməri kimi Avropa üçün strateji əhəmiyyət daşıyan layihənin reallaşmasının əlaqələrin daha da güclənməsinə gətirib çıxaracağını deyir.
Məqalədə qeyd olunur ki, Ulu Öndər Heydər Əliyevin zəngin mənəvi irsini yaşatmaq, ölkəmiz üçün azərbaycançılıq fəlsəfəsininin vacibliyini vurğulamaq və yeni nəsillərdə milli dövlətçilik ideyasını aşılamaq üçün təsis edilən və fəaliyyətinin 15-ci ildonümünü qeyd edən Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, texnologiya, ətraf mühit, ictimai və bir çox başqa sahələrdə müxtəlif layihələr həyata keçirməklə yeni cəmiyyətin qurulması, ölkənin sosial və iqtisadi inkişafı prosesində aktiv iştirak edir.

Müəllif Heydər Əliyev Fondunun mədəniyyət, incəsənət dünyasında, eləcə də dinlərarası dialoq və multikulturalizmlə bağlı ideyaların yayılması baxımından əhəmiyyətindən danışaraq, İtaliya və Müqəddəs Taxt-Tacda islam və katolik mədəniyyətləri arasında əməkdaşlıq üçün çox işlər gördüyünü yazır. Fond tərəfindən Vatikan Apostol Kitabxanasında, Müqəddəs Marçellino və Pyetro və Müqəddəs Sebastian katakombalarında aparılmış bərpa işlərindən danışan müəllif bu işlərə Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti və Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevanın göstərdiyi diqqəti xüsusi qeyd edir.

Məqalədə Heydər Əliyev Fondunun İtaliyada önəmli tədbirlər, çoxsaylı sərgi və konsertlər təşkil edərək, o cümlədən bu il də Venesiya Biennalesində milli pavilyon ilə iştirak edərək Azərbaycan mədəniyyətinin, adət-ənənələrinin tanınmasını təbliğ etdiyi, Romanın Villa Borghese parkında Nizami Gəncəvinin heykəlinin ucaldılması, Romanın Kapitolini muzeyinin Folosoflar zalının bərpası kimi önəmli layihələr həyata keçirdiyi, habelə Fondun İtaliyanın universitetləri və akademik mühitini Azərbaycanla birləşdirən tarix və arxeologiya sahəsində görülən önəmli işlərin təşəbbüskarı olduğu bildirilir, İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ildə Azərbaycana səfəri zamanı açılışı edilmiş Florensiyanın Galleria degli Uffizi muzeyindən gətirilmiş əsərlərdən ibarət Şah İsmayıla həsr olunmuş sərginin də məhz Fond tərəfindən təşkil olunduğu qeyd olunur.
Məqalə ilə bu keçiddən tanış olmaq mümkündür.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO