1992-ci ildə Laçında qondarma “kürd respublikası” elan etmiş Vəkil Mustafayev öldü - ƏRBİLDƏ DƏFN MƏRASİMİ
Medeniyyet
Oxunub: 619
11 may 2019 | 18:18
1992-ci ildə Laçında qondarma “kürd respublikası” elan etmiş Vəkil Mustafayev öldü - ƏRBİLDƏ DƏFN MƏRASİMİ













1992-ci ilin mayında, Laçın rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğalından iki gün sonra bu ərazilərdə qondarma “Laçın kürd respublikası” elan edən Vəkil Mustafayev ölüb.

Virtualaz.org xəbər verir ki, Vəkil Musfatayev İraqın şimalındakı Kürdüstan muxtariyyətinin inzibati paytaxtı Ərbildə təşkil olunmuş rəsmi dəfn mərasimindən sonra Şeyx Əhməd məzarlığında dəfn olunub.

V.Mustafayevin üç ildir yaşadığı Belçikanın Brüssel şəhərində aprelin 19-da astma xəstəliyindən öldüyü bildirilir. Kürd separatçısı daha əvvəl İtaliyada yaşayırdı.1992-ci ildə Laçında qondarma “kürd respublikası” elan etmiş Vəkil Mustafayev öldü - ƏRBİLDƏ DƏFN MƏRASİMİ






Dəfn mərasimində İraq Kürdüstanı administrasiyasının rəhbəri Məsud Bərzaninin başsağlığı mesajı oxunub. Mərasimə regional kürd hökumətinin və parlamentinin nümayəndələri də qatılıb.

Vəkil Mustafayev 1938-ci ildə Özbəkistanda, sürgünı göndərilmiş kürd ailələrindən birində anadan olub, 80-ci illərin əvvəlləriinə qədər Orta Asiyada yaşayıb və işləyib. 1981-ci ildə o, Azərbaycanda işləməyə göndərilib və daxili işlər orqanlarında vəzifə tutub. “Musto” ləqəbli sovet KQB-sinin agenti kimi tanınırdı və ötən əsrin 80-ci illərinin sonlarında, Qarabağda erməni separatizmi baş qaldıranda o vaxtkı Əli Bayramlı şəhərinin polis rəisinin müavini işləmişdi. Qarabağda erməni separatizmi başlayanda Mustafayev də kürd separatçı hərəkatı başladır və Orta Asiya, İraq, İran və Suriya kürdləri ilə təmasa keçərək “Yakbun” adlı kürd milli hərəkatını yaradır.Laçın işğal olunandan sonra Yerevan bələdiyyəsinin təşkilatçılığı ilə təxminən 50-yə qədər kürd Vəkil Mustafayev başda olmaqla avtobuslarla bu rayona gətirilmişdi. 1992-ci il mayın 20-də həmin qrup tərəfindən Laçında “kürd respublikası” elan edilib, Vəkil Mustafayev qondarma “respublikanın” “baş naziri” seçilib. İnternetdə həmin toplantının videokadrları yer alır. Lakin işğal edilmiş Azərbaycan ərazilərində qondarma “kürd respublikası” yaratmaq planı tezliklə iflasa uğrayıb, Mustafayev Ermənistanı tərk edərək Rusiyanın Krasnodar şəhərinə, oradan isə Avropaya üz tutub.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO