14-05-2019, 09:44 Oxunub: 484

Fərdanın boşanma səbəbi məlum oldu – VİDEO

Fərdanın boşanma səbəbi məlum oldu – VİDEO


Aktyor Fərda Xudaverdiyev ilk dəfə şəxsi həyatı ilə bağlı “ATV maqazin onlara” verilişində danışıb.

Sənətçi xoşbəxt olmadığı üçün boşandığını deyib:
“Öldüm-dirildim. Ailənin dağılmağında və birləşməyində ən böyük rolu xoşbəxtlik oynayır. Tam xoşbəxt olmayanda, vurnuxmağa başlayırsan. Ona görə də, vaxtında bitirmək lazım idi. Övladlarıma görə bitirməli idim. Bir evin altında o övladları elə görmək istəmirdim. Ölkədə bir uşağa 154 manat aliment verilirsə, hər uşağıma 500-600 manat pul ayırıram. Qazancımın 70 faizini onlara verirəm. Mənim qədər Azərbaycanda aliment verən adam yoxdur. Məndən xahiş etmişdilər ki, bizi dünyaya gətir?”.

Aktyor sənətdən getməyi haqda elan verməsi və sonradan fikrini dəyişməsi barədə də söz açıb:

“Deyirlər ki, getdi, qayıtdı. İnsanlar niyə bu qədər biganədir? Onlar dost deyillər, həşəratlardı. Getməyim şou deyildi. Bəlkə, həqiqətən ölüb gedəydim? Bu, necə səni dost kimi silkələməyib? Sən necə vicdansız adamsan? Bir neçə nəfəri həyatımdan çıxardım”.

Fərda psixoloji yardım aldığını da etiraf edib:

“Dörd peşəkardan dərs aldım. İlk dəfə həmin adamın yanına gedəndə hönkür-hönkür ağlayıb, danışa bilmirdim”.

Qeyd edək ki, sənətçi bir müddət öncə ikinci dəfə ailə həyatı qurub. Onun ilk evlilikdən iki, ikincidən isə bir oğlu var.

Bu da Fərdanın uşaqlıq FOTOSU Bu da Fərdanın uşaqlıq FOTOSU Medeniyyet “İntihar edə bilərəm” – Fərda sənətdən getməyi barədə “İntihar edə bilərəm” – Fərda sənətdən getməyi barədə Medeniyyet “Viski masasında oturan qadın ailəmi dağıtdı” – Fərdanın boşandığı arvadı “Viski masasında oturan qadın ailəmi dağıtdı” – Fərdanın boşandığı arvadı Medeniyyet Türkiyənin ən bahalı boşanma prosesləri — Milyonluq alimentlərin SİYAHISI Türkiyənin ən bahalı boşanma prosesləri — Milyonluq alimentlərin SİYAHISI Medeniyyet Fərda boşanması haqda ilk dəfə danışdı Fərda boşanması haqda ilk dəfə danışdı Medeniyyet