16-05-2019, 09:41 Oxunub: 226

Yəhudi dindarlar “Eurovison”a qarşı çıxdı

Yəhudi dindarlar “Eurovison”a qarşı çıxdı


İsrailin ortodoksal ravvinləri “Eurovision” mahnı müsabiqəsinə qarşı çıxıblar.

“Qafqazinfo” “The Times of Israel”ə istinadən xəbər verir ki, onların fikrincə, Təl-Əvivdə keçirilən yarışma yəhudilərin müqəddəs şabbat gününü təhqir edir.

Müsabiqənin finalı mayın 18-də gün batandan sonra başlamasına baxmayaraq, məşq və hazırlıqlar səhərdən start götürəcək. Buna görə də bəzi yəhudilər həmin gün işləməli olacaq. Bu isə dini qaydalara görə qəti qadağandır. Ravvinlər onu da bəyan ediblər ki, bu cür təhqir yəhudilərin müqəddəs torpaqda yaşamaları üçün təhlükədir.

“Jerusalem Post”un məlumatına görə, dindarların sözügedən bəyanatına İsrailin Baş naziri Benyamin Netanyahu münasibət bildirib. Dövlət rəsmisi qeyd edib ki, hakimiyyət şabbatı təhqir etmək fikrində olmayıb. Baş nazir bildirib ki, “Eurovision” beynəlxalq müsabiqədir və iştirakçıların çoxu əcnəbidir.
Bukmekirlər Azərbaycanı “Eurovision 2019″da 5-ci yerdə görür Bukmekirlər Azərbaycanı “Eurovision 2019″da 5-ci yerdə görür Medeniyyet İsraildən yəhudilərə çağırış - “O ölkəni tərk edin...” İsraildən yəhudilərə çağırış - “O ölkəni tərk edin...” Dunya “Eurovision-2016” mahnı müsabiqəsinin vaxtı açıqlanıb “Eurovision-2016” mahnı müsabiqəsinin vaxtı açıqlanıb Medeniyyet “Eurovision” təmsilçimiz növbəti həftə bəlli olacaq “Eurovision” təmsilçimiz növbəti həftə bəlli olacaq Medeniyyet İTV-dən “Eurovision” xəbərdarlığı İTV-dən “Eurovision” xəbərdarlığı Medeniyyet