İlk kinoaktrisamız, kimyaçı akademikin əzablı həyatı - ARAŞDIRMA
Medeniyyet
Oxunub: 1 531
1 in 2015 | 21:00
Bu qadın Azərbaycanın ilk kino aktyoru və ikinci xanım akademikidir. İlk xanım akademik Validə Tutayuqdan 4 il sonra İzzət xanım da bu ali elmi dərəcəyə layiq görülüb. Kimyaçı akademikin həyatı həm də müəyyən dərəcədə acılarla doludur. Dövrünün ziyalılarından olan həyat yoldaşı Mövsüm İsmayılzadə 1937-ci ilin repressiyasına məruz qalıb. Əvvəlcədən həbs olunacağını hiss edən M.İsmayılzadə dərhal İzzət xanımdan ayrılıb. Bununla da İzzət Oruczadə və onların körpə oğlu Yılmaz sürgün təhlükəsindən xilas olub. Həmin vaxt onların evliliyindən cəmi iki il keçirdi.

Modern. az saytı böyük Cəfər Cabbarlının səhnəyə və ekrana gətirdiyi Azərbaycanın ilk kinoaktrisası, eləcə də elmdə bir sıra ilklərə imza atmış kimyaçı akademik İzzət Orucova haqqında yazını təqdim edir:

İlk dəfə kinoda. Cəfər Cabbarlının danlaqları

"Cəfər çox tələbkar idi. Bəyənmədiyi kadrların dəfələrlə yenidən çəkilməsinə israr edərdi. Məsələn, Sevilin çarşabını başından atması epizodu bir neçə dəfə təkrar çəkildi, amma bu səhnə yenə də Cəfərin xoşuna gəlmədi. O, hər dəfə əllərini bir-birinə vurub deyərdi:

- Yox, İzzət, olmadı. Çarşabı başından atmağın çox süni çıxır. Əsərin kulminasiya nöqtəsi də elə buradır. Sən çarşabı başından elə atmalısan ki, bu səhnə tamaşaçıda cəhalətin və mövhumatın qara pərdəsi olan çarşaba nifrət və qəzəb oyatsın.

Nəhayət, "Sevil" filminin çəkilişi tamamlandı. Film ekranlara buraxıldı. Həmin gün anamı da kinoya baxmağa aparmışdım. Qohumlarımın çoxu da tamaşaya gəlmişdilər. Hamının biletini Cəfər Cabbarlı özü almışdı. Həmin gün çoxlu azərbaycanlı qadın öz çarşabını həmişəlik tulladı. O gün çarşabını atanlardan biri də mənim anam idi".
Bu xatirələr İzzət Orucovanın "Sevil" filminin çəkilişi zamanı, eləcə də ilk dəfə nümayiş etdirilən vaxt keçirdiyi hisləri əks etdirir. O zaman İzzət Orucova gənc bir xanım idi. Onu təsadüfən görən Cəfər Cabbarlı çoxdan bəri axtardığını tapdığı kimi sevinir. Kinoşünas Aydın Kazımzadə həmin hadisəni bu cür nəql edir:
- "Sevil" filmi istehsalata buraxılanda, Cəfər Cabbarlı küçəbəküçə gəzib Sevil roluna qız axtarırdı. Günlərin birində o, "Təyyarə" kinoteatrında bir qızla rastlaşır. Qızın xarici görünüşündə Sevil obrazının cizgilərini görür. Tanımadığı qızın arxasınca düşür, harada yaşadığını müəyyənləşdirir. İsmayıl Hidayətzadəni götürüb onlara gedir. Atası, qardaşları heç cür onun filmdə çəkilməsinə razı olmurlar. Düzdür, o zamanlar aktrisalar ilk addımlarını atmağa başlamışdılar. Amma İzzət aktrisa deyildi. Ürəyindən olsa da, özü də çəkilməyə qorxurdu. Amma Cəfər Cabbarlı da Cəfər Cabbarlı idi... Cavan olsa da, onun ilanı yuvasından çıxaran şirin dili vardı. Çox gəlib-gedəndən sonra ailənin razılığını alır".
Həmin filmdə başqa maraqlı hadisələr də yaşanıb: "Cəfər Cabbarlı hər an, hər dəqiqə İzzətin yanındaydı. Xoşbəxtlikdən bu filmin bütün çəkilişi Cəfərin iştirakı ilə olub. Bəzi epizodlar barədə İzzət xanım həm xatirələrində yazıb, həm də mənə də danışıb. Çəkilişdə hətta elə anlar olurmuş ki, İzzət xanımı öyrətmək üçün Cəfər Cabbarlı çadranı başından açıb özü Balaşın sifətinə çırpırmış... Cəfər Cabbarlı dediyi sözə əməl edir. Hər gün İzzəti faytonla evdən götürüb, axşam da ailəsinə təhvil verir. Film çəkilir və ekranlara çıxanda böyük uğur qazanır. Bundan ruhlanan Cəfər Cabbarlı "Almas"ın da ssenarisini yazır. Baş rola da yenə İzzət xanımı təsdiq etdirir. Amma amansız ölüm böyük sənətkarı aramızdan aparır. Filmi onun həmkarları - Ağarza Quliyev və Braginski davam etdirirlər. Ölümünün bir illiyində film ekranlara çıxır".

Məhv olan ailə

O zaman aktyor sənətinə qəti aid olmayan bir xanımın Sevil və Almaz filmlərində uğur qazanmasından sonra ulduzu parlasa da, çox keçmədən sənət karyerasını başa vurmasına təəccüb etmişdi. Amma heç kim bilmirdi ki, 1929-cu ildə Sevil obrazını canlandıran və uğurlu rolu ilə bütün xanımların (hətta öz anasının belə) çarşabını yerə atmasına səbəb olan aktrisa 1937-ci ildə müəyyən mənada Sevilin taleyini yaşayacaq. Həyat yoldaşı Mövsüm İsmayılov həkim və dövrünün tanınmış ziyalısı idi. Hüseyn Cavid və başqa ziyalılarla yaxın dostluq əlaqəsi olan və millətçilik ruhuna sahib olan M.İsmayılov güllələnmədən möcüzəli şəkildə xilas olur. Lakin bununla qurtula bilməyəcəyini anlayıb təcili şəkildə İzzət xanımdan boşanır. Səbəb isə yeni ailə qurduğu həyat yoldaşının və bir yaşlı oğlu Yılmazın təhlükəsizliyi olur. Əks halda onlar da 1937-ci ildə başqa repressiya qurbanlarının arvad-uşaqları kimi uzaq yerlərə sürgün olunacaqdılar. Lakin bu baş vermir.
İzzət xanım ömrünü yeganə övladına və mühəndislik karyerasına həsr edərək, bir neçə obraz oynadıqdan sonra sənətdən soyuyur.

Azərbaycanın ilk xanım neft mühəndisi

Amma gələcəyin böyük alimi demək olar özünü aktrisa adlandırmırdı: "Məni ilk Azərbaycan kino aktrisası adlandırırlar. Və mən bəzən fikrə dalıram: görəsən, bu, düzgündürmü? Ümumiyyətlə, mən aktrisa olmuşammı? Axı, mən oynamamışam... Yox, mən kamera qarşısında iki qadın taleyini yaşamışam. Bunlar mənim müasirlərim, demək olar ki, yaşıdlarım idi...".

Amma bu xanımın adı ilə elm və sənayedə də bir sıra ilklər yaranır. Neft-sənaye İnstitutunu mühəndislik ixtisası üzrə bitirir. Elə təhsil aldığı müddətdə oynadığı bir neçə rol da olub. Sonradan elmi-tədqiqat obyektlərində bir sıra məsul vəzifələrdə çalışıb. Akademiya daxilində kimya yönlü institutlardan birinin baş direktoru vəzifəsinə qədər yüksələ bilib.
Sonuncu iş yeri isə AMEA-nın Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri olub. İzzət xanımın laboratoriyasında həmkarı olmuş Həqiqət Cavadova İzzət Orucovanı bir alim kimi belə xarakterizə edib:`

"O, əsl insan idi. Neft və Kimya İnstitutundan gələnlər burada əvvəl laborant işləyirdilər. O çox işgüzar idi. Deyirdi ki, hər gün 18 nümunənin 100 dərəcə S-də tərkibini müəyyən edirdim. İndiki laborantlar heç 4-5-ni edə bilmirlər. Akademik, əməkdar elm xadimi olub. Bu cür fədakar olmasında oynadığı Sevil obrazının da rolu olub. Arıca kabineti ancaq direktor işləyəndə olub, bura köçəndə də 4 nəfər işçi onunla əyləşirdik. Bizə bir cavan direktor müavini gəlmişdi, onda mentalitetə yaraşan etik hərəkətlər yox di. Zəng edirdi ki, İzzət xanım yanına getməlidir. Bu, bizə pis təsir edirdi. Ona dedim: İzzət xanım, siz onun ayağına gedirsiz, bu nə deməkdir? Bir dəfə əlinizi stola vurun, ona göstərin ki, siz İzzət xanımsız. Mənə dedi: Həqiqət, bu sadəliyimlə həyatda heç nə itirməmişəm. O cümlə də mənim beynimə həkk olunub.
İzzət xanım sinədəftər idi. Respublikanın az qala hər bir zavodunda gedən işləri, hansı sexdə hansı proseslər gedir hamısını əzbər bilirdi.
İzzət xanımın hər hansı gördüyü elmi iş zavodlarda öz tətbiqini tapıb. Aşqarlar sahəsində uğurlu tədqiqatlar apararaq yüksək elmi nəticələr əldə etmişdi.
Həqiqət xanım qeyd edir ki, hazırda da bəzi zavodlarda İzzət Orucovanın kəşf etdiyi üsullar tətbiq olunur. Hətta belə üsullara görə xeyli alimlər Stalin mükafatı almışdılar.

Sevildən akademikliyə

1972-ci ildə İzzət Orucovanın elmdə ən yüksək elmi dərəcə - akademik adını alması həqiqətən də çox adamın təəccübünə səbəb olur. Çoxları inanmırdı ki, İzzət xanım Cəfər Cabbarlının hər gün kino çəkilişindən sonra faytonla evinə gətirib təhvil verdiyi, hazırda Nizami metrostansiyasının qarşısındakı Azad qadın heykəlinin prototipi olan bir xanım olub. Onların buna inanmamağının da əsas səbəbi İzzət Orucovanın elm sahəsində məhsuldar gördüyü işlər olub. Onun elmi-tədqiqat işlərinin əsas obyekti müasir neft kimyasında ən mühüm problemlərdən biri olan sürtkü yağlarının istehsalı və onların keyfiyyətinin yaxşılaşdırılması olub. 1970-ci ildə İzzət Orucova elmi fəaliyyətinə görə Azərbaycan Dövlət mükafatına layiq görülüb, bir sıra orden və medallarla təltif edilib, o cümlədən dörd dəfə deputat seçilib. Akademik İzzət Orucova Kanada, Almaniya, Macarıstan, Portuqaliya kimi ölkələrdə Azərbaycanın kimya elmini yüksək səviyyədə təmsil edib. Akademikin ictimai fəaliyyət dairəsi də geniş olub. O, Azərbaycan-Almaniya dostluq cəmiyyətinin sədri, Azərbaycan Sovet Ensiklopediyası baş redaksiya heyətinin üzvü olub.
Çox təəssüf ki, İzzət Orucova həyatdan az qala kimsənin xəbəri olmadan köçüb. Amma onu az qala hər gün görürsünüz. Hər gün "Nizami" metrostansiyasının yanından keçərkən, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin qarşısındakı heykələ baxın. O qadın İzzət Orucovadır.

http://modern.az
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...