Kənan Berenə xəyanət edib? - Etiraf təbriki qalmaqal yaratdı
Medeniyyet
Oxunub: 644
1 in 2019 | 13:43
Kənan Berenə xəyanət edib? - Etiraf təbriki qalmaqal yaratdı













Türkiyənin məşhur aktrisası Beren Saatın müğənni həyat yoldaşı Kənan Doğulu barədə paylaşdığı post gündəmi zəbt edib. Serial və kino ulduzunun instaqramda Kənan barədə yazdığı status ayrılıq mesajı kimi qiymətləndirilib.

TV proqramları, köşə yazarları qeyd edir ki, Beren sözügedən postla ayrılığını elan edib. Bundan əlavə, B. Saat “məsumiyyətini itirdin” cümləsini işlətməklə Kənanın ona xəyanət etdiyini açıq-aşkar bildirib. Aktrisa “boşanmaq işin ən asan tərəfidir” yazmaqla bu eyhamı daha da gücləndirib.

Həmçinin Beren ayrılıq iddialarından sonra 4 may tarixində medianın qarşısına əl-ələ çıxmasına da sözügedən statusda yer ayırıb və qeyd edib: “Bir yerlərin qapısından əl-ələ çəkilmiş fotolarımızı eşq kimi başa düşürlər”.

Beren yazdığı postun sonunda həyat yoldaşı ilə vidalaşdığı isə açıq-aşkar görünür. O, “Sən təbii ki, yeni mahnılar yazacaqsan” deməklə, Doğulunun yenidən aşiq olacağını və mahnıları başqa sevgilərdən ilhamlanaraq ortaya çıxacağını qeyd edir.

Aktrisa “Artıq içimdə kin və peşmançılıq yoxdur. Gözümdən axan hər göz yaşına dəyirsən. Yaxşı ki, doğuldun və sənə aşiq oldum” cümləsiylə bu evlilikdən əl çəkdiyini zərif bir şəkildə vurğulayıb. Qeyd edək ki, Beren Kənanla şəkillərini paylaşaraq belə bir status yazmışdı: ““Mən oyun dostumu tapdım, deyəsən” dedim. Gözlərin parıldayaraq mənə baxdın. Gecə bir gitara səsi ilə oyandım. Bir mahnı ifa etdin, ofsunlandım. Biz o mahnını bərabər ifa edib bitirənə kimi eşq mahnısı olduq. Bir-birimizin yaralarını öpən zaman can dostu olduq. Yaydığımız eşq enerjisi ilə ətrafımızda iqlim dəyişikliyinə səbəb olduq, bərabər əyləndik. Sonra bir nöqtədə sən məsumiyyətini itirdin. Mən də oyun dostumu, yol yoldaşımı…

Soruşurlar ki, nə vaxt boşanacaqsan? İnanmaq, bağlanmaq, bağışlamaq- bütün bu ağır bir dövrlə maraqlanan yoxdur. Boşanmaq işin ən rahat hissəsidir. Mən evliliyə də həvəssiz yanaşan tərəf idim. Mənim üçün əsas sevgidir, sevgi də olacaq. İnsanların sevgidən başa düşdükləri bir yastıqda qocalmaq, ya bərabər ölməkdir? Bilmirəm! Sən təbii ki, yeni mahnılar yazacaqsan. Artıq içimdə nə qəzəb, nə peşmanlıq var. Sən mənim gözümdən axan hər göz yaşına dəyər bir insansan. Yaxşı ki, sənə aşiq olmuşam”.
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb