Bir gecənin içində məşhurlaşan aktrisa – Amaliya Pənahova
Medeniyyet
Oxunub: 518
18 in 2019 | 09:43
Bir gecənin içində məşhurlaşan aktrisa – Amaliya Pənahova



“Məni çoxmu sevirsən?”- deyə Kamrandan nazlana-nazlana soruşan ərköyün qız, sevgisini vətənin rifahına qurban verən hökmdar qadın, məkrli həyat yoldaşı, unudulmuş balerina və saydıqca çoxalan müxtəlif xarakterli obrazlarda görmüşük, sevmişik onu. 2018-ci ilin noyabrınadək böyük bir kollektivə rəhbərlik edən “qara paltarlı qadın”… Niyə qara? Buna da, bu günə qədərki həyat və sənət yoluna da özü ilə birgə səyahətə çıxmağımızla işıq salmaq istəyindəyik. Xalq artisti, Bakı Bələdiyyə Teatrının rəhbəri Amlaya Pənahova ilə.

Uşaqlığı Gəncədə keçib, orda dünyaya gəlib. Özünü dinləyək:

“Nənəli – babalı, atalı-analı, bibili-əmili böyük bir ailədə böyümüşəm. Atamın 17, anamın 15 yaşları olanda mən dünyaya gəlmişəm.

Nizaminin “Xəmsə”si yeni çapdan çıxmışdı, kitabda qəhrəmanların illüstrativ şəkilləri uşaqlıq hafizəmdə həkk olunub. O qəhrəmanlarda özümü təsəvvür edirdim. Qonşuluqda Gəncə Teatrında işləyən sənətkarlar yaşayırdılar, onların uşaqları ilə oturub-dururdum, teatra tez-tez gedirdik. Adil İsgəndərov, Barat Şəkinskaya, Məmmədrza Şeyxzamanov kimi böyük sənətkarlar Gəncə teatrından Bakıya dəvət olunub gəliblər. Yeganə o teatra sədaqətli qalan Ələddin Abbasov oldu. Atamla da dost olublar, düzdür atam ondan yaşca kiçikdir. Atam teatr həvəskarı olduğundan teatrda gənc yaşlarında rollar da oynayıb. Sonra hərbi işi üstün tutduğu üçün hərbçi oldu. Onun işi ilə əlaqədar da mən 10 yaşımda olanda biz ailəlikcə Bakıya köçdük.

Sənətə həvəsim o qədər böyük idi ki, televiziya açılanda “Bənövşə” uşaq xoruna ilk yazılanlardan oldum. Atam teatr dərnəyinə məni buraxmırdı, amma xora icazə verdi, görünür düşündü ki, xorun ardına düşüb getmərəm. Xorun rəhbəri Əfsər Cavanşirov idi. Sənətə televiziyadan belə gəldim. Xorda beş il solist olmağım sonrakı teatr fəaliyyətimə çox kömək oldu. Teatrda İlyas Əfəndiyevin “Unuda bilmirəm” tamaşasında ilk dəfə mən səhnədə canlı mahnı ifa etdim.

Məni sənə bağlayan-bağlayan
Eşqim məhəbbətimdir.
Yollarında saxlayan-saxlayan
Sənə sədaqətimdir.

Milli Məclisə deputat seçiləndə orda həmkarlarım məni bu mahnı ilə qarşıladılar. İllər sonra da yaddaşlarda qalıb, sevilir.

İlklər həyatımda çoxdur. İlk övlad, nəvə olduğum kimi. Mənim çıxışımla ilk rəngli televiziya efirə çıxıb. Səhnədə ilk canlı ifa edən aktrisa. İlk dəfə teatr tariximizdə dramaturq aktrisa üçün rol yazıb. “Sən həmişə mənimləsən” tamaşasında Tofiq Kazımov risk eliyib 18 yaşlı tələbə qıza baş rolu verdi. Ondan sonra İlyas Əfəndiyev yeni dram əsərlərində mənim ifam üçün rollar yazdı. Onun teatra təqdim etdiyi 12 əsərinin tamaşasında mən rol oynamışam. “Mənim günahım” televiziya tamaşasını isə özüm hazırlayıb baş rolu oynadım. Teatrda həmin tamaşada Ayqızı ifa etmişdim.

Kinoya daha çox meylli idim. Ona görə Moskva Kinemotoqrafiya İnstitutuna getmək istəyirdim, həm də rus dilində təhsil almışdım deyə, Moskva məni çəkirdi. Atam icazə vermədi.

Burda maraqlandım, yenə xorda olmağım kömək etdi. Xorun məşqlərini etdiyimiz məkanda həm də radio tamaşalar yazılırdı. Orda aktyorları gördüm, mənə dedilər ki, sən aktrisa olmaq istəyirsənsə əvvəlcə dili bilməlisən.
10-cu sinfi keçdim gecə məktəbinə və gündüzlər gedib Teatr İnstitutunda mühazirələr dinlədim. Daxil olanda isə rektorun icazəsi ilə mən inşanı rus dilində yazdım. Bu da necə oldu. İlk dəfə maraqlanıb instituta gələndə qapı ağzında bir nəfərlə rastlaşdım, soruşdum ki, mən kimə yaxınlaşmalıyam burda oxumaq istəyirəm, amma Azərbaycan dilində təhsil almadığım üçün indidən məsləhət almalıyam. O, da mənə dedi ki, gəl mühazirələrə, qəbul vaxtına qədər baxarıq. Soruşdum kimsiniz, məlum oldu rektor Rahib Hüseynovdur.

Adil İsgəndərovun kursuna dinləmələrə gəlirdim, sonra da qəbul olunub onun kursuna düşdüm, çünki o vaxt birinci kursdan sonra Adil İsgəndərov ona verilən kursu bəyənməyib özü kurs yığmışdı. Mən onun kursunda dörd yox, beş il oxumuş oldum.

Atam mənim instituta daxil olmağımı sonradan bildi və mənimlə kəlmə kəsmədi. Anam onun fikirlərini mənə çatdırırdı, zərbələri anam özünə götürürdü. İlk tamaşama ailəmi, qohuməqabanı dəvət etdim gəldilər. Tamaşadan sonra atam böyük ziyafət verdi və məni təbrik etdi. Dedi ki, istəmirdim sən bu sənətin ətrafında fırlananlardan olasan. Gördüm ki, ilk addımından uğur qazandın. Mən bir gecənin içində çox məşhurlaşdım. Premyera olan ilin son gecəsinin televiziyada “Mavi işığ”ını Əli Zeynalovla mən apardıq.

Tofiq Kazımovun dördüncü kurs rejissorları iki tamaşalarında mənə rol verdilər. Orda Tofiq Kazımov məni gördü və İlyas Əfəndiyevin “Boy çiçəyi”nin tamaşasında Nargilə roluna dəvət etdi. Əvvəlcə əsəri verdi oxumağa. Bir gecənin içində neçə dəfə oxuyub ağladım . Səhər soruşdu ki, hansı rolu oynamaq istəyirsən? Dedim əlbəttə Nargiləni. Gəldim Adil İsgəndərovla məsləhətləşməyə dedi icazə vermirəm sən teatrda işləyəsən, mən səni kino üçün yetişdirirəm. O dövrdə Adil İsgəndərovun 30 il çox böyük əziyyətlər çəkdiyi “Azdrama”nı onun əlindən almışdılar. Yetişdirdiyi sənətkarlar ona arxa olmadılar, o, da incidi o teatrdan. Yeni binanın inşasının təhvilinə az qalmış onu işdən çıxartdılar. Adil müəllim artıq kinostudiyada çalışırdı. Ondan sonra teatr neçə-neçə rejissor dəyişdi, nəhayət Tofiq Kazımov baş rejissor təyin olundu. Ona görə Adil İsgəndərov mənə icazə vermək istəmirdi. Ondan icazəsiz getdim teatra və uğur qazandım. Əvəzində gənc dövrlərimdə kinoya çəkilmədim, çünki Adil İsgəndərov məndən incimişdi. Yoldaşım Yusif Muxtarov da kinoya deyil, radioya getdiyi üçün onu da kinoya çağırmırdı.

Teatrda bir-birinin ardınca “Qanlı Nigar”, “Bizim qəribə taleyimiz”, “Unuda bilmirəm”, “Şeyx Xiyabani”, “Təhminə və Zaur”, “Büllur sarayda” çox böyük uğurla gedən tamaşalarda oynadım. O vaxt teatrda Nəcibə Məlikova, Leyla Bədirbəyli, Barat Şəkinskaya kimi nəhənglər vardı. Onlar artıq gənc qız rolunu oynaya bilməzdilər. Mənim gəlişim teatr üçün, onların özləri üçün də yaxşı idi, amma müqavimətlərə də rast gəlirdim. Tamaşaya çıxmalı idim, qrim otağımın qapısını bağlayıb açarları itirən vardı. Səhnə paltarımı kəsib doğrayan vardı. Ailəmi dağıtmağa çalışırdılar.

Yoldaşımla birinci kursdan tanış olduq, nişanlandıq. O, başqa bir ali təhsil almışdı. Dostunun yanına bizim instituta gəlib məni görəndən sonra sənət verib daxil oldu və mənimlə bir kursa düşdü. Yusiflə nişanlı olduq, institutu bitirəndən sonra evləndik. Bir qızımız, bir oğlumuz dünyay gəldi. 48 il birgə çox xoşbəxt yaşadıq. O, da xalq artisti idi, Bələdiyyə Teatrını birgə yaratmışdıq.

Uşaqlarımız bizim sənətə meyllənirdilər, mən imkan vermədim. Oğlum diplomatdır, Meksikada Azərbaycanın səfiridir. Nəvələrim də istədilər, icazə vermədim. İlk nəvəm iki ali məktəb bitirib. Oğlumun oğlu atasının yolu ilə diplomat olmaq istəyir. Kiçik nəvəm deyəsən bizim sənətə gələcək, çox böyük istedadı və qətiyyəti var.

Çətin sənətimiz var. Düzlüyə, həqiqətə, insana inamımı itirmişəm bu sənətdə. Teatr mənim hər şeyimdir, amma gördüyüm haqsızlıqları övladımın yaşamasına qıymaram. Mənim yoldaşım sarıdan dayağım oldu, harda o qarant var ki, onların da dayağı olacaq. Ətrafda o qədər istedadsızlar qaraguruhu əmələ gəlir ki, baş açmağa çətinlik çəkirsən. Öz sənətimdən doktorluq müdafiə elədim. Hamıdan gec xalq artisti oldum. Repertuar hamısı çiynimdə idi. 20 tamaşadan 16-sında baş rolda olduğum bir vaxtda hər şeyi atıb çıxdım teatrdan. 84-cü ildə yaşım 40-ı keçmişdi “Nişanlı qız”da Zərifəni oynadım. 1992-ci ildə çox çətin bir dövrdə teatr çox düşmüşdü, istəyirdim ki, teatrla cəbhələrdə çıxış edək. Nəhayət ki, çıxıb öz teatrımızı yaratdıq. İlk tamaşamız “Medeya” olmuşdu. Milli Dram teatrından ixtisara düşən qocaman sənətkarları da ətrafıma topladım.

Sonralar kinoya ardıcıl dəvət olunurdum, bununla belə istədiyim qədər deyil. Televiziyada külli miqdarda tamaşalarda oynamışam, radio tamaşalar da çox olub.

Beş il millət vəkili oldum. Elə bilirəm ki, orda da boş yer tutmadım. Sənətimiz özü elə siyasətə xidmət edir. Biz xalqa xidmətdəyik, sənətdə də, diplomatiyada da. Sənətkar elə siyasətçidir. Necə siyasət deyil ki, sovet vaxtı İlyas Əfəndiyevin əsərləri ilə səhnədən o tay, bu tay Azərbaycan deyirdik. Xalq sevdiyi sənətkara inanır, siyasəti məhz o, yeridə bilər. Cəbhə bölgələrində bizim tamaşadan əsgər silahını götürüb birbaşa döyüşə yollanırdı.

Həyat yoldaşımı itirdim. Onunla birgə dayağım, dostumhəmdəmim getdi. Ürək sevinmir, gülmür. Ailəm başsızdır, o missiya mənim çiyinlərimə düşdü. O, ən pessimist vaxtlarımda məni həyata ruhlandırıb. Bu gün yoxdur.
Bələdiyyə Teatrı mənim həyatımdır. 20 ildən artıqdır burda canımı qoyuram. Bilirəm ki, bir gün mən olmayanda bu teatr yaşayacaq, çünki təməli möhkəmdir”…

Xatırladaq ki, Amaliya Pənahova 2018-ci noyabrın 8-də 73 yaşında xərçəng xəstəliyindən vəfat edib.

modern.az
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb