“UNESCO”nun Şəki ilə bağlı qərarı Azərbaycanı qədim mədəniyyətə malik ölkə kimi bütün dünyaya bir daha tanıdacaq
Medeniyyet
Oxunub: 493
8 iy 2019 | 14:14
“UNESCO”nun Şəki ilə bağlı qərarı Azərbaycanı qədim mədəniyyətə malik ölkə kimi bütün dünyaya bir daha tanıdacaq













UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında Azərbaycanın Şəki ilə bağlı irəli sürdüyü nominasiyaya baxaraq siyahıya daxil etməsini ölkəmizin beynəlxalq qurumlarla əməkdaşlığının, o cümlədən beynəlxalq təşkilatların Azərbaycana verdiyi önəmin konkret nəticəsi kimi dəyərləndirmək olar.
“Ölkə.Az” xəbər verir ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” Ümumdünya İrs Siyahısına salınması təkcə mədəni irsimizin qorunması baxımından deyil deyil, eyni zamanda Azərbaycan-UNESKO əlaqələri, turizmin inkişafı və digər məsələlər baxımından əhəmiyyətlidir. Azərbaycanın UNESKO ilə sıx əməkdaşlığının nəticəsidir ki, indiyədək Azərbaycanın mədəni irsinin dünya səviyyəsində tanıdılması və qorunması istiqamətində çoxsaylı layihələr həyata keçirilib. Belə ki, qarşılıqlı əməkdaşlıq nəticəsində “İçərişəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi”, “Qobustan Qaya Sənəti Mədəni Landşaftı” UNESKO-nun Ümumdünya İrs Siyahısında, həmçinin xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısında yer alır. Bu hadisələr Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfənin beynəlxalq miqyasda bir daha etirafıdır. Azərbaycan UNESKO ilə mədəni irslə yanaşı humanitar sahənin müxtəlif sahələri, eyni zamanda elm və təhsil sahəsində sıx əməkdaşlıq edir.

Azərbaycan UNESKO-ya 1992-ci ildə üzv olsa da, əlaqələr 1993-cü ilin sonundan etibarən Heydər Əliyevin yenidən hakimiyyətə dönüşündən sonra inkişaf etməyə başlayıb. Bünövrəsi Ulu Öndər tərəfindən qoyulan və inkişaf etdirilən əməkdaşlıq, daha sonra Prezident İlham Əliyev, H.Əliyev Fondunun Prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilib. Azərbaycanın UNESKO əməkdaşlığı daha dərinləşib. Bunun nəticəsi olaraq Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva UNESKO-nun xoşməramlı səfiri seçilib.
Azərbaycan mədəniyyətinin, mədəni irsinin, elminin dünyaya təqdim edilməsi, o cümlədən verdiyi töhfəsi istiqamətində Azərbaycan Prezidenti ilə yanaşı, Birinci vitse-prezident M.Əliyevanın müstəsna xidmətləri olub.

Azərbaycan-UNESKO münasibətlərinin inkişaf etdirilməsi sahəsində Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir. M.Əliyeva 1995-ci ildən etibarən Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xəttilə Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması istiqamətində uğurla fəaliyyət göstərib. M.Əliyeva Azərbaycanın zəngin mədəniyyətinin qorunması, öyrənilməsi və tədqiqində xidmətlərinə görə UNESKO tərəfindən 2004-cü ilin sentyabr ayında UNESKO-nun şifahi və musiqi ənənələri sahəsində Xoşməramlı Səfiri adına layiq görülüb. M.Əliyevanın rəhbərlik etdiyi H.Əliyev Fondu bu missiyanı daha da genişləndirərək elm, təhsil, mədəniyyət və digər sahələrin inkişafına köməklik göstərir, eyni zamanda beynəlxalq miqyasda davamlı inkişafa dəstək olaraq sülh quruculuğu istiqamətində xidmətlərini davam etdirir. Ölkəmizdə maddi və qeyri-maddi irsin qorunub saxlanılması, Azərbaycanda və xarici ölkələrdə tarixi, dini, mədəni abidələrin bərpası, məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları və s. elmi, mədəni və sosial mərkəzlərin açılması sahəsində Heydər Əliyev Fondunun əməyi böyükdür. M. Əliyevanın səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESKO-nun müvafiq siyahılarında yer almaqdadır.

Dünya mədəniyyətinə qayğı və diqqətinə, həmçinin Azərbaycan mədəni irsinin yaşadılması sahəsindəki töhfələrinə görə M. Əliyeva 2008-ci ildə keçmiş baş direktor Koiçira Matsuura tərəfindən gümüş xatirə medalı, 2010-cu ildə baş direktor İrina Bokova tərəfindən Qızıl Motsart medalı ilə təltif edilib.
2011-ci il oktyabrın 26-da UNESKO-nun xoşməramlı səfiri M. Əliyeva UNESKO-nun baş konfransının 36-cı sessiyası çərçivəsində təşkil olunan "UNESKO-nun dünya mədəniyyəti və dayanıqlı inkişafda rolu nədən ibarətdir?" mövzusunda Liderlər Forumundakı çıxışında dünyada yaşanan dərin maliyyə böhranından və on milyonlarla insanın irqinə, etnik köklərinə və dininə görə ayrı-seçkilik və təcrid olunmanın ağır nəticələri ilə üzləşməsindən bəhs edib. Eyni zamanda, yeni dünya nizamının formalaşdığını və bu prosesin bir çox çətinliklərlə müşayiət olunacağını deyən M.Əliyeva qloballaşmanın humanitar aspektlərinin əhəmiyyətinə toxunaraq, səmimi dialoq və xoş məramın çətinliklərin uğurla aradan qaldırılmasında əsas vasitələr olduğunu qeyd edib.

2013-cü ildə UNESKO-nun baş qərargahında H. Əliyev Fondunun təşəbbüsü və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr edilmiş Beynəlxalq simpozium keçirilib. Simpozium “Seyid Yəhya Bakuvi: Tolerantlığın ifadəsi” mövzusuna həsr olunub. Simpozium çərçivəsində “Azərbaycan – tolerantlıq məkanı” adlı foto-sərgi təşkil edilib.Sərgidə H. Əliyev Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində Azərbaycana dəfələrlə yaradıcı səfərlər etmiş dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə dini tolerantlığı əks etdirən fotoşəkilləri sərgilənib.
UNESKO ilə Azərbaycan arasında əlaqələrin daha da dərinləşdirilməsi məqsədi ilə H.Əliyev Fondu ilə təşkilat arasında bir sıra əməkdaşlıq sənədi də imzalanıb. Bu sənədlərin bir qismi elm və təhsil sahəsi ilə bağlı olub.

Tədbirlərini Azərbaycanda keçirməyə üstünlük verib. Bu beynəlxalq təşkilatların Azərbaycanda beynəlxalq səviyyəli tədbirlərinin keçirməsini ölkəmizin dünyadakı artan nüfuzu və möhkəmlənən mövqeyi kimi dəyərləndirmək lazımdır. Bu məqsədlə 2005-ci il tarixində Bakı şəhərində “UNЕSKО-Аzərbаycаn: gələcəyə körpü” mövzusunda beynəlxalq kоnfrаnsı, 2008-ci ildə “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forum keçirilib. Bu forumda dünyanın müxtəlif ölkələrindən 300-dən çox nümayəndə, o cümlədən bir neçə ölkənin birinci xanımları, İSESKO-nun baş direktoru, YUNESKO-nun xoşməramlı səfirləri iştirak ediblər. Bu tədbirləri siyahısını uzatmaq olar. Çünki Azərbaycan UNESKO və digər beynəlxalq tədbirlərə ev sahibliyi edib və etməkdədir.

Bütün bunlar bir daha Azərbaycan Prezidenti cənab İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizi dünyaya təkcə enerji, iqtisadi cəhətdən inkişaf etmiş ölkə kimi deyil, o cümlədən çox qədim mədəniyyətə, elmə malik və dünya mədəniyyətinə, elminə töhfə verən bir xalq kimi təqdim etmək istiqamətində yürütdüyü siyasətin tərkib hissəsidir. Bu siyasət Azərbaycan rəhbərliyinin prioritetini təşkil edir. Yürüdülən bu siyasətin nəticəsi olaraq gələcəkdə də Azərbaycanın digər mədəni və qeyri-maddi irs nümunələri UNESKO-nun Ümumdünya İrsi siyahısında yer alacaq və dünyaya təqdim ediləcək.

Ölkə rəhbərliyinin yürütdüyü bu siyasət Azərbaycanın turizm sektoruna, xüsusən də mədəni-tarixi turizmin inkişafına öz müsbət töhfəsini verəcək. Bu baxımdan UNESKO tərəfindən “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin Ümumdünya İrsi elan edilməsinin müstəsna rolu olacaq.
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər