"Arif Babayev dedi ki, Alim Qasımovu yamsılamaq..." — Zabit Nəbizadə 31 illik SİRRİ AÇDI
Medeniyyet
Oxunub: 576
8 iy 2019 | 14:21
"Arif Babayev dedi ki, Alim Qasımovu yamsılamaq..." — Zabit Nəbizadə 31 illik SİRRİ AÇDI














ATV-da "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenli xalq artisti, ustad xanəndə Arif Babayevə həsr edilmiş verilişdə gənc həmkarları onun barəsində maraqlı fikirlər səsləndiriblər.
Xalq artisti Teyyub Aslanov A.Babayevin musiqi aləmində böyük nüfuza sahib olduğunu diqqətə çatdırıb:

"Arif Babayevdə xanəndəyə lazım olan hər şey var. Səs, boy-buxun, hörmət... Təsəvvür edin ki, o, hansı məclisə gedirsə, hər kəs ayağa qalxır. Bunun özü böyük nüfuz demədkir. 2007-ci ilə qədər heç vaxt Arif Babayevlə telefonda danışmamışam. 2007-ci ildə mənə əməkdar artist fəxri adı veriləndə çoxlu təbrik zəngləri gəldi. İlk təbrik edənlərdən biri də Arif Babayev idi. Bu özü özlüyündə bir sadəlikdir. Arif Babayev hardadır, Teyyub hardadır? Amma ona baxmayaraq zəng vurur, təbrik edir. Bu, həm də cavanlara böyük örnəkdir".
Digər xalq artisti Zabit Nəbizadə isə sənətkar barədə danışarkən, 31 illik sirrin üstünü açıb:

"Burada bir sirr açmaq istəyirəm. Sənətə gəlişimdə ilk xeyir-duanı Arif Babayevdən almışam. İndiki kimi yadımdadır ki, 1988-ci il idi. Konservatoriyaya-Arif Babayevin yanına getdim. Bilmək istəyirdim ki, məndən xanəndə olarmı. Təxminən yarım saatlıq "Mirzə Hüseyn" segahı oxudum. Arif müəllim demədi ki, ay bala, bu uzunluqda oxuma, vaxtımı alırsan. Oxuyandan sonra tələbələrdən biri dedi ki, Arif müəllim, bu oğlan Alim Qasımovu yamsılayır. Doğrudan da mən 7-8 il Alim Qasımovu yamsılamışam. Arif Babayev dedi ki, Alim Qasımov boyda sənətkarı yamsılamaq da bir sənətkarlıqdır. Bəlkə də o söz olmasaydı, mən bu sənətə gəlməyəcəkdim. O vaxta qədər Arif müəllim bizim kəndə, rayona çox toylara gəlirdi. Mağarın kənarından ona həsədlə baxırdıq. Düşünürdüm ki, görəsən nə vaxtsa ona salam verə biləcəm? Amma Allaha çox şükür ki, bu gün onunla bir kollektivdə çalışıram".
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan